Month: February 2021

  • Бакинские вечера после смягчения карантина – ВИДЕО

    Учитывая заметное сокращение случаев заражения COVID-19 и необходимость усиления экономической активности, оперативный штаб при Кабинете министров Азербайджана принял решение разрешить деятельность некоторых секторов производства, торговли и услуг.

    Смягчение ужесточенного карантинного режима оживило улицы Баку.

    Сотрудники Baku TV запечатлели центральную часть столицы в вечерние часы.

    Представляем данный видеосюжет.

  • Sərt karantindən sonra Bakı gecələri – VİDEO

    COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.

    Sərtləşdirilmiş karantin rejiminin yumşaldılması Bakı küçələrində canlanmaya səbəb olub.

    Baku TV-nin əməkdaşları axşam saatlarında şəhərdəki aktivliyi lentə alıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 6 февраля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 105 916 428.

    За весь период пандемии скончались 2 309 033 человека, выздоровели – 77 536 293.

    В Северной Америке насчитывается 31 363 748, в Европе – 31 087 956, в Азии – 23 447 296, в Южной Америке – 16 303 414, в Африке – 3 662 921 инфицированный.

    По числу зараженных лидируют США (27 407 324), Индия (10 815 222), Бразилия (9 449 088), Россия (3 934 606) и Великобритания (3 911 573).

    В Турции коронавирус выявлен у 2 516 889 человек, Иране – 1 452 380, Грузии – 261 018, Армении – 167 726.

    На сегодня в Азербайджане подтверждены 230 907 случаев инфицирования COVID-19, 224 760 человек выздоровели, 3 153 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 105 916 428 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 309 033 xəstə ölüb, 77 536 293 nəfər sağalıb.

    Şimali Amerikada 31 363 748, Avropada 31 087 956, Asiyada 23 447 296, Cənubi Amerikada 16 303 414, Afrikada isə 3 662 921 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (27 407 324 nəfər), Hindistan (10 815 222 nəfər), Braziliya (9 449 088 nəfər), Rusiya (3 934 606 nəfər) və Böyük Britaniyadır (3 911 573 nəfər).

    Türkiyədə 2 516 889, İranda 1 452 380, Gürcüstanda 261 018, Ermənistanda isə 167 726 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadadır (75 732 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 230 907 nəfərin 3 153-i ölüb, 224 760-i sağalıb.

  • Gədəbəydə maşın yandı

    Gədəbəy rayonunun Leşkər kəndində VAZ markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İntihar edənlərin beynindəki fərq açıqlanıb

    Xroniki depressiya beyindəki astrotsitlərin sayının kəskin azalması ilə əlaqəlidir.

    Qazeta.ru-nun məlumatına görə, bu barədə Duqlas Universitetinin Psixi Sağlamlıq İnstitutunun kanadalı mütəxəssisləri bildirir.

    Tədqiqatçılar intihar edən və depressiya diaqnozu qoyulan kişilərin beyin toxumasını zehni sağlam insanlardan alınan nümunələrlə müqayisə etdikdən sonra bu nəticəyə gəliblər.

    Araşdırma müəllifləri bu dəyişikliklərin beynin pozulmasına və depressiv simptomların ortaya çıxmasına səbəb ola biləcəyini etiraf etsələr də, bunun astrositlərin hansı funksiyaları ilə əlaqəli olduğunu və bu hüceyrələrin sayının necə artırılacağını hələ öyrənə bilməyiblər.

    Bununla belə, elm adamları nikbin düşüncədədirlər: neyronlardan fərqli olaraq, astrositlər yetkin insanlarda belə çox sayda əmələ gələ bilir. Buna görə də, onların saylarının azalmasının səbəbi tapılsa və düzəltmək üçün bir yol tapılsa, xroniki depressiyalı bir çox insana kömək etmək mümkün olacaq.

  • Bakıda 22 yaşlı gənc bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib

    “Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

    Belə ki, 1998-ci il təvəllüdlü Səfərli Təbriz Hafiz oğlu naməlum şəxs tərəfindən evlərinin yaxınlığında bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Telegram” yanvarda ən çox yüklənilən mobil tətbiq olub

    Son zamanlar populyarlığını artıran “Telegram” mesenceri cari ilin yanvar ayında dünya üzrə ən çox yüklənilən qeyri-oyun tətbiqi olub.

    TASS “Sensor Tower” şirkətinə istinadən xəbər verir ki, rusiyalı Pavel Durovun rəhbərliyi ilə yaradılan mesencer “TikTok” və “WhatsApp”ı qabaqlamağı bacarıb.

    Hazırda “Telegram”ın yüklənmə sayı 63 milyona çatıb ki, bu da ötən ilin yanvar ayı ilə müqəyisədə dörd dəfə çoxdur. Mesencerə ən yüksək tələbatın olduğu ölkələr Hindistan və İndoneziyadır.

    Yüklənmə sayına görə ikinci yerdə 62 milyonluq göstərici ilə “TikTok” qərarlaşıb. Həmçinin ilk beşlikdə “Signal”, “Facebook ” və “WhatsApp” da yer alıb.

  • Ötən ay Azərbaycanda intihar edən şəxslərin sayı açıqlanıb

    Bu ilin yanvar ayında Azərbaycanda qeydə alınan intihar hadisələrinin sayı açıqlanıb.

    “Report”un əldə etdiyi məlumata görə, ötən ay ölkədə 33 nəfər intihar edib.

    Bu statistika yanvar ayının 1-dən 27-dək olan dövrü əhatə edir.

  • Masallı sakini qardaşını öldürdü

    Masallı rayonunda qətl hadisəsi baş verib.

    Fevralın 5-də saat 19 radələrində Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Masallı rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Musayev Rauf Feyzi oğlunun aralarında yaranmış mübahisə zamanı balta ilə Zeydulla Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.