Month: February 2021

  • İsrail Baş prokuroru karantinin uzadılması qərarını ləğv etdi

    İsrailin Baş Prokuroru Avicay Mandelblit hökumətin bu gün başa çatan karantini daha iki gün uzatmaq qərarını ləğv edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Baş prokuror bu addımına səbəb kimi sözügedən qərarın Nazirlər Kabinetində səs çoxluğu ilə qəbul edilmədiyini göstərib.

  • Ağcabədidə yanğın olub

    Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 133 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.

    Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Со светофоров на ряде улиц Баку уберут цифровые таймеры

    Со светофоров на ряде улиц Баку уберут цифровые таймеры, сказал в пятницу Trend пресс-секретарь Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    Он отметил, что это произойдет на территориях, где чаще всего происходят ДТП.

    “В связи с этим на данных улицах регулярно проводились наблюдения, в результате чего было принято решение создать здесь пешеходные “зебры”, регулируемые светофором. На других улицах и проспектах цифровые таймеры светофоров останутся”, – сказал М.Агаев.

  • Bakıda işıqforlardan taymerlər yığışdırılır

    “Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır”.

    Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:

    “Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri quraşdırılır”.

    Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.

  • В Баку мужчина свел счеты с жизнью

    В Баку произошло самоубийство.

    33-летний Г.Азизов повесился в ванной комнате общежития, расположенного в поселке Дарнагюль Бинагадинского района, передает Report.

    Районная прокуратура проводит расследование по данному факту.

  • Bakıda daha bir intihar hadisəsi

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, 33 yaşlı G.Əzizov Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın hamam otağında özünü asıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Сегодня день рождения великого азербайджанского композитора Гара Гараева

    Сегодня исполняется 103 года со дня рождения выдающегося азербайджанского композитора и педагога Гара Гараева.

    Гара Абульфаз оглу Гараев родился 5 февраля 1918 года в Баку в семье известного врача, профессора Абульфаза Гараева и Соны ханым Ахундовой-Гараевой. Отец композитора был заслуженным деятелем науки, ведущим педиатром Азербайджана и диагностом, а его мать Сона ханым окончила Бакинский филиал школы Святой Нины.

    В 1926 году Гара Гараев был принят в музыкальную школу при Азербайджанской государственной консерватории. В 1930 году он поступил в класс фортепиано Бакинского музыкального факультета при Азербайджанской государственной консерватории. В 1935 году учился на факультете композиции государственной консерватории в классе профессора Леопольда Рудольфа.

    Во время учебы он изучил основы азербайджанской народной музыки у профессора Узеира Гаджибекова, который впервые использовав ашугские мотивы в произведении для трио виолы, виолончели и фортепиано, вдохновил Гара Гараева на создание в 1965 году симфонической транскрипции произведения “Ашыгсаягы”.

    В 1937 году Г.Гараев стал членом Союза композиторов Азербайджана, а в 1938 году – студентом Московской государственной консерватории.

    В том же году он написал свое первое крупное произведение для хора, симфонического оркестра и танцевального ансамбля – кантату “Песня сердца” на слова Расула Рзы, а также принял участие в Декаде азербайджанского искусства в Москве.

    В 1941 году Г.Гараев работал художественным руководителем Азербайджанской государственной филармонии имени М.Магомаева. В 1943-м он написал первую симфонию. В 1944 году стал заместителем председателя правления Союза композиторов Азербайджана. В 1946 году окончил Московскую государственную консерваторию имени П.И.Чайковского по классу композиции Дмитрия Шостаковича.

    В 1946 году Г.Гараев работал преподавателем в классе композиции Азербайджанской государственной консерватории. В том же году он был избран секретарем Правления Союза композиторов СССР. В 1948 году стал доцентом Азербайджанской государственной консерватории.

    С 1950 по 1953 годы Гара Гараев был ректором Азербайджанской государственной консерватории имени Узеира Гаджибекова. С 1955 по 1976 год – депутатом Верховного Совета СССР IV-IX созывов. С 1956 по 1973 год – первым секретарем Союза композиторов Азербайджана.

    Г.Гараев был не только гениальным композитором, но и ученым – мыслителем с богатым мировоззрением, энциклопедическими знаниями, философскими обобщениями, широкой эрудицией и острым умом. Несмотря на то, что ученый не проводил специальных исследований в области музыкальной науки, теории и эстетики, он, тем не менее, оставил богатое научное и публицистическое наследие, множество статей, обзоров, отчетов и выступлений, интервью. Его мысли, идеи, взгляды позволили композитору занять почетное место в азербайджанском музыковедении.

    Гара Гараев – автор опер “Родина”, “Нежность”, балетов “Семь красавиц”, “Тропою грома”, “Лейли и Меджнун”, кантат “Песня сердца”, “Песня о счастье”, “Гимн дружбы” и других произведений.

    Он воспитал огромное число студентов. Его ученики отличаются высоким профессионализмом и индивидуальностью, особенным, неповторимым стилем.

    Гара Гараев был женат на Татьяне Нечаевой. От этого брака у них родилось двое детей – сын Фарадж и дочь Зулейха.

    Композитор скончался 13 мая 1982 года в Москве и был похоронен на Аллее почетного захоронения в Баку. Автором его надгробного памятника является архитектор Талят Ханларов.

  • Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin doğum günüdür

    Bu gün Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayevin anadan olmasının 103-cü ildönümüdür.

    Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. Qara Qarayevin atası – əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə nəzəriyyəçi kimi də böyük ad-san qazanıb, anası Sona xanım isə “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirib. O, həm də fortepiano ifaçılığı təhsili alıb.

    1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.

    Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

    1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub.

    1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını bəstələyib. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olub.

    1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub. 1946-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirib.

    1946-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. 1946-ci ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.

    Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 1955-ci ildən 1976-cı ilə qədər IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub. 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib.

    Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri – xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində şərəfli yer tutmasına haqq qazandırıb.

    Qara Qarayev “Vətən”, “Zəriflik” operalarının, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərinin, “Könül Nəğməsi”, “Səadət nəğməsi”, “Dostluq himni” kimi kantataların və s. əsərlərin bəstəkarıdır.

    O, saysız-hesabsız tələbə yetişdirib. Onun tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinə məxsus dəst-xətti ilə seçiliblər.

    Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib.

    Q.Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın qəbir daşını memar Tələt Xanlarov hazırlayıb.

    1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib. 1984-cü ildə Bəstəkar Qara Qarayev gəmisi dənizə buraxılıb. 1989-cu ildə 8 illik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib.

    1991-ci ildə Bakı şəhərinin “Avrora” metro stansiyasının adı dəyişilərək bəstəkarın xatirəsinə Qara Qarayev metrostansiyası adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev” poçt markası buraxılıb.

    2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsi yerləşən ev muzeyinin açılış mərasimi olub.

  • В Баку в результате несчастного случая погиб рабочий

    В прокуратуру Хазарского района Баку поступила информация о гибели рабочего при проведении ремонтно-строительных работ на территории поселка Гала.

    Об этом сообщает надзорный орган.

    В ходе предварительного расследования было установлено, что Вахид Велиев скончался на месте от травм головы, полученных в результате удара помпой бетономешалки.

    По данному факту возбуждено уголовное дело по статье 162.2 (нарушение правил охраны труда, повлекшее по неосторожности смерть человека) УК АР.

    В настоящее время ведется следствие по установлению причин инцидента и привлечению виновных к ответственности.

  • Bakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü – RƏSMİ

    Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Xəzər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı betonqarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.