Month: February 2021

  • Türkiyə əhalisi 83.6 milyon nəfərə çatıb

    Türkiyə əhalisi 83.6 milyon nəfərə çatıb.

    Bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Statistika İnstitutuna (TürkStat) istinadən məlumat yayıb.

    Qurumun bu gün dərc etdiyi hesabata əsasən, 2020-ci il ərzində Türkiyə əhalisi 0,55%, yəni 459 365 nəfər artaraq 83.6 milyon nəfərə çatıb.

    Əhalinin 41 915 985 nəfərini kişilər, 41 698 377 nəfərini isə qadınlar təşkil edir.

    Faiz nisbətilə ifadə edildikdə, ölkə əhalisinin 50,1%-i kişilərdən, 49,9%-i isə qadınlardan ibarətdir.

    Qeyd edək ki, hesabatda ölkədə yaşayan 3 milyona yaxın suriyalı qaçqının ümumi əhali sayına əlavə olunması məsələsi dəqiqləşdirilməyib.

  • “Qızıl Qlobus”a namizəd filmlər açıqlandı – SİYAHI

    “Oskar”ın müjdəçisi kimi xarakterizə edilən “Qızıl Qlobus” mükafatı fevralın 28-də müxtəlif nominasiyalarda öz sahiblərini tapacaq.

    “Haber Global” bu il 78-ci “Qızıl Qlobus” mükafatına namizəd olan filmləri açıqlayıb.

    “Dram janrında çəkilmiş ən yaxşı film” nominasiyaları:

    -The Father

    – Mank

    – Nomadland

    – The Trial of the Chicago 7

    – Promising Young Woman

    “Musiqili komediya janrında çəkilmiş ən yaxşı film” nominasiyaları:

    – Borat Subsequent Moviefilm

    – Hamilton

    – Music

    – Palm Springs

    – The Prom

    “Ən yaxşı xarici film” namizədləri

    – Another Round

    – La Llorona

    – The Life Ahead

    – Minari

    – Two of Us

    “Ən yaxşı animasiya filmi” namizədləri

    – Onward

    – The Croods: A New Age

    – Over the Moon

    – Soul

    – Wolfwalkers

    “Musiqili komediya janrında çəkilmiş ən yaxşı serial” namizədləri

    – Schitt’s Creek

    – Ted Lasso

    – The Great

    – The Flight Attendant

    – Emily in Paris

    “Dram janrında çəkilmiş ən yaxşı serial” namizədləri

    – The Crown

    – Lovecraft Country

    -The Mandalorian

    – Ozark

    – Ratched

    “Ən yaxşı ssenari” namizədləri

    – Emerald Fennell ( Promising Young Woman)

    – Jack Fincher (Mank)

    – Aaron Sorkin (The Trial of the Chicago 7)

    – Florian Zeller, Christopher Hampton (The Father)

    – Chloe Zhao (Nomadland)

  • MM-də korona ilə bağlı vəziyyət müzakirə edildi

    Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin səhiyyə və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

    Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlayn toplantını giriş sözü ilə açan səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov koronavirus infeksiyasının mövcudluğunun dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat etdiyini deyib. Bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə olunmasıdır. Əhliman Əmiraslanov qeyd edib ki, COVID-19 infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.

    Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Hazırda koronavirusla bağlı vəziyyətin sabit olduğunu, sağalma hallarının yoluxmanı üstələdiyini bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.

    Onlayn iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında vacib element olduğunu diqqətə çatdırıb. O, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, ötən il 23 rayonda icbari tibbi sığorta tətbiq olunub, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.

    Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışıb.

    Onlayn dinləmədə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı qurumun pandemiya dövründə gördüyü işlər, xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib.

    TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış məntəqələrində prosesin idarə olunması, xəstələrə psixoloji dəstək xidmətləri, beynəlxalq əməkdaşlıq məsələlərindən geniş söhbət açıb. Bildirilib ki, pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan modul tipli 12 yeni xəstəxana, 570 çarpayı yerlik Yeni Klinika istifadəyə verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulub, çoxsaylı birgə layihələr həyata keçirilib.

    Dinləmədə çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Məlahət İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkəmizdə virusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib, bu tədbirlərin infeksiyanın yayılmasının qarşısının alınmasında böyük rol oynadığını bildiriblər. Çıxışçılar dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Diqqətə çatdırılıb ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır.

    Onlayn toplantıda deputatları maraqlandıran suallar cavablandırılıb.

    Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev və müvafiq qurumların nümayəndələri iştirak ediblər.//sfera.az

  • Lütfi Zadəyə həsr olunan poçt markası dövriyyəyə buraxılır

    Görkəmli azərbaycanlı alim, qeyri-səlis məntiq termininin müəllifi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həmmüəlliflərindən biri olan Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası hazırlanıb.

    Median.Az-ın məlumatına görə, “Azərmarka” MMC-dən bildirilib ki, marka fevral ayının sonunda dövriyyəyə buraxılacaq.

    Qeyd edək ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub, 2017-ci il sentyabrın 6-da ABŞ-da (Kaliforniya, Berkli şəhəri) dünyasını dəyişib.

  • Вилаят Эйвазов произвел новое назначение

    В МВД Азербайджана произведено новое кадровое назначение.

    Как сообщает Unikal.org, приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова Князь Гасанов назначен начальником Низаминского районного управления полиции ГУП города Гянджа.

    Отметим, до этого К.Гасанов занимал должность замначальника Шабранского РОП.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni Aparat rəhbəri təyin edilib.

    “Report” xəbər verir ki, bu vəzifəyə Rəşad Allahverdiyev təyin olunub.

    R.Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb.

    ETSN-in mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

  • Назначен председатель правления Фонда возрождения Карабаха – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Рахмана Тофиг оглу Гаджиева председателем правления Фонда возрождения Карабаха.
    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinə sədr təyin etdi – SƏRƏNCAM

    Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.

    AZƏRTAC-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilsin”.

  • Prezidentin xüsusi nümayəndəsi və xüsusi nümayəndənin müavini vəzifəsi yaradılır

    Azərbaycanda iki yeni vəzifə yaradılıb.

    AZƏRTAC-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na edilmiş dəyişiklikdə öz əksini tapıb.

    Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib.

    Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.

    Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

    Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Gəncədə mübahisə zamanı xəsarət alan qadın xəstəxanalıq oldu

    Gəncə şəhərində 42 yaşlı qadın kəsici-deşici alətlə xəsarət alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü C.Verdiyeva kəsici-deşici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin kafi olduğu bildirilir. Qadının mübahisə zəminində xəsarət aldığı deyilir.

    Faktla bağlı araşdırma aparılır.