Month: February 2021

  • OPEK+ monitorinq komitəsinin iclası tövsiyəsiz başa çatdı

    OPEK+ nazirlərinin monitorinq komitəsinin bugünkü iclası mart ayı üçün neft hasilatı həcminə dair hər hansı bir tövsiyə olmadan başa çatıb.

    Bu barədə TASS OPEK-dəki iki mənbəyə istinadən məlumat yayıb.

    Məlumata əsasən, nazirlər neft bazarındakı cari vəziyyətlə bağlı OPEK katibliyinin hesabatını müzakirə edib və hasilat kvotası üzrə tövsiyələri aşan ölkələri izafi neft hasilatını kompensasiya etməyə çağırıblar.

    Bir saatdan artıq davam edən görüşdə mart ayı üzrə neft hasilatı kvotası ilə bağlı heç bir tövsiyə xarakterli qərar qəbul olunmasa da, martın 3-də monitorinq komitəsinin, martın 4-də isə artıq nazirlərin görüşünün keçiriləcəyi dəqiqləşdirilib.

    Məhz sonuncu tədbir zamanı aprel üzrə hasilat barədə qərarın qəbul olunacağı gözlənilir.

    Qeyd edək ki, OPEK+ nazirlərinin monitorinq komitəsinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Rusiya və Səudiyyə Ərəbistanının başçılıq etdiyi komitənin əsas funksiyası razılaşmaya əməl olunmasına nəzarət etməkdir.

  • Əli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi – SİYAHI

    “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.

    Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.

    Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

    Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrrləri və Baş nazirin köməkçisi daxildir.

    Müəyyən edilib ki, komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra – Strategiya) layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.

    İqtisadiyyat Nazirliyi Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməli, 15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməli (Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı), Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməli, görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.

    Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Əli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi

  • Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    Goranboy rayonunda yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı-Qərvənd avtomobil yolunda qeydə alınıb.

    Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

    Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İndiyədək ölkə üzrə neçə tibb işçisi peyvənd olunub?

    Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir.

    Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

  • Fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin NƏZƏRİNƏ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərə müraciət edib.

    Nazirliyin müraciətində deyilir:

    “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdünü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilirdi.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

    Ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur. Tələb olunan sənədlər:

    ­ Şəxsiyyət vəsiqəsinin surəti;

    ­ Fəxri adın vəsiqəsinin surəti”.

  • Bu həftə Azərbaycana daha yarım milyon doz peyvənd gətiriləcək

    Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

    Qeyd edilib ki, daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.

  • Azərbaycanda 65 yaşdan yuxarı şəxslər vaksinasiya üçün SMS-lə çağırılacaqlar

    Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq.

    Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

    Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

    65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

    Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

    Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi barədə sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    “Tərəqqi” medalı ilə

    Əliyeva Kamila Ağadadaş qızı

    Sadıqova Zülfiyyə İsa qızı

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Alışanova Şölə Tofiq qızı

    Haqverdiyeva Kəmalə Kamil qızı

    Həsənov Zöhrab Məhyəddin oğlu

    Məmmədov Seymur Qurban oğlu.

  • Prezident rektoru vəzifəsindən azad etdi – SƏRƏNCAM

    Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev Sərəncam imzalayıb.