Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.
Bunu Trend-ə açıqlamasında 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.
Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:
“Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Onu da qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna “soyuq zəncir” deyilir və bu zəncir qırılmamalıdır”.
Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb.
Xatırladaq ki, fevral ayının 1-dən etibarən ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verilib.
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsiredici maddə olan tramadol həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq RPŞ-nə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.
Həmin şəxslərdən tramadol həbləri aşkarlanıb.
Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
На основании информации, поступившей в оперативно-следственный отдел Северного территориального главного таможенного управления, на контрольно-пропускном пункте “Самур” был остановлен грузовой автомобиль DAF, за рулем которого находился гражданин Азербайджана.
Об этом сообщила пресс-служба Государственного таможенного комитета.
В ходе досмотра прибывшего из России транспортного средства в его салоне были обнаружены спрятанные 1 300 таблеток и 120 флаконов лекарственных препаратов различных наименований, а также 175 медицинских свечей.
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük komitəsindən verilən məlumata görə, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1 300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.
Генконсульство Азербайджана в Лос-Анджелесе сняло короткометражный фильм на английском языке о Гарегине Нжде – армянском фашисте, сотрудничавшем с гитлеровской Германией во время Второй мировой войны, а также о политике героизации фашизма, проводимой в сегодняшней Армении.
Об этом говорится в сообщении Генконсульства.
В фильме отмечается, что издаваемая в США влиятельная еврейская газета “Форвард” недавно впервые провела широкое расследование в связи с размещенными по всему миру памятниками лицам, которые когда-то сотрудничали с фашистской Германией, убивали евреев во время Холокоста или пособничали в этом нацистам. По данным издания, 22 из этих памятников в настоящее время находятся в Армении, и все они установлены Гарегину Нжде.
В настоящее время Армения является одной из лидирующих стран в мире по количеству таких памятников, и сегодня там есть мемориалы и монументы, воздвигнутые Гарегину Нжде, а также улицы, села и площади, названные в его честь. Отмечается, что Нжде, возглавлявшего армянский легион вермахта, основанный нацистской Германией в 1942 году, до сих пор чтят в РА и диаспорских организациях как национального героя. Армянский легион воевал за Германию в Крыму, Польше, Франции и на Кавказе, откуда нацисты отправляли евреев в лагеря смерти.
В 2016 году в Ереване был установлен памятник пособнику фашизма, приговоренному к 25 годам лишения свободы за сотрудничество с нацистской Германией, на церемонии открытия которого участвовали тогдашний президент Армении Серж Саргсян и другие официальные лица. В столице РА есть площадь и станция метро имени Нжде, по заказу государства снимаются фильмы, воспевающие “героизм” этого палача-фашиста.
В фильме со ссылкой на Антидиффамационную лигу отмечается, что Армения занимает второе место в Европе по уровню антисемитизма.
Гарегин Нжде считается одним из лидеров радикальной Армянской революционной федерации (“Дашнакцутюн”) и основателем цехакронизма – расистской дашнакской идеологии (1933-й год, Бостон, США).
В фильме говорится о том, что дашнаки, которые в то время поддерживали Гитлера и Холокост, и сегодня активны в Штатах. Национальный комитет армян Америки (ANCA) в настоящее время является лоббистским крылом дашнаков в Конгрессе США.
İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması siyasəti haqda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb.
Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.
Filmdə bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudiləri öldürən və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Bildirilir ki, məhz “Forward” qəzetinin araşdırmasına görə həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.
Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Həmin Erməni Legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü və həmin ərazilərdən faşistlərin yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.
Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə İrəvan şəhərində Serj Sarqsyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, İrəvanda Njdenin adını daşıyan meydan və metro stansiyası mövcuddur və dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir. Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yer tutduğu filmdə qeyd olunur.
Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatını təsis etdiyi bildirilərək, bu hərəkatın nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirdiyi vurğulanır.
Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.