Month: February 2021

  • Bakıda “Ford” yandı

    Bakı şəhərinin Suraxanı rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi, idarəetmə paneli və oturacaqları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Масаллы в доме обнаружено обгоревшее тело мужчины

    В двухэтажном доме в селе Моллаоба Масаллинского района произошел пожар, сообщает МЧС.

    Сгорели воспламеняющиеся конструкции на втором этаже строения и автомобиль Opel, находившийся на используемом в качестве гаража первом этаже.

    В ходе осмотра дома было обнаружено обгоревшее тело Мугабила Абдуллаева (1966 г.р.).

    По данному факту проводится расследование.

  • Masallıda dəhşətli hadisə: 55 yaşlı kişinin yanmış meyiti tapıldı

    Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 300 kv.m olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə və qaraj kimi istifadə olunan 1-ci mərtəbəsində ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Kuman: “Messinin “Barselona”da qalacağından əmin deyiləm”

    İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman Messinin sonrakı idman taleyi ilə bağlı fikirlərini bildirib.

    “The Athletic”in yaydığı məlumata görə, hollandiyalı çalışdırıcı komandanın kapitanını başqa klubun geyimində təsəvvür edə bilmir.

    “Messi “Barslonada” qalacaqmı? Əmin deyiləm. Əlbəttə, buna ümid edirəm. O, əla oyunçudur. Bizim üçün, komanda üçün matçları qazanır. Onu çalışdırmaq mənim xoşuma gəlir. Hər gün məşqlərdə onun keyfiyyətlərini görmək inanılmazdır. Messi “Barsa”ya uşaq ikən gəlib və mən onu başqa klubun geyimində təsəvvür etmirəm”, – deyə Kuman qeyd edib.

    Xatlırladaq ki, argentinalı ulduzun klub ilə müqaviləsi bu ilin iyun ayında başa çatır.

  • СГБ: Расим Мамедов обвиняется в присвоении миллионов манатов

    Глава ООО Baku Steel Company Расим Мамедов привлечен к уголовной ответственности, сообщает Служба государственной безопасности (СГБ) Азербайджана.

    Была расследована информация о фактах, связанных с злоупотреблением председателем наблюдательного совета компании Р.Мамедовым своими должностными полномочиями и совершением незаконных действий, наносящих значительный ущерб развитию металлургической промышленности, а также правам физических и юридических лиц, охраняемым законом.

    У следствия возникли обоснованные подозрения в том, что Р.Мамедов, будучи главой компании, в корыстных целях присвоил 13,2 млн манатов, поступивших от продаж предприятия, растратил произведенную продукцию на сумму 42 млн манатов, нанеся этим существенный ущерб финансовым ресурсам и стабильности ООО Baku Steel Company. Также Р.Мамедов неоднократно совершил мошенничество в крупном размере в отношении ряда лиц, воспользовавшись их доверием.

    Р.Мамедову предъявлено обвинение по статьям 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 179.4 (присвоение и растрата с причинением особо крупного ущерба), 178.3.2 (мошенничество с причинением крупного ущерба) Уголовного кодекса. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    В настоящее время следствие продолжается.

  • DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat yaydı: Milyonlarla manat pul mənimsəyib

    Rasim Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

    Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

    Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • МИД Австрии: Азербайджан играет важную роль в диверсификации энергоснабжения Европы

    Австрия и Азербайджан успешно сотрудничают в энергетической сфере.

    Об этом сообщило Министерство европейских и международных дел Австрии, передает Trend

    “Несмотря на то, что проект Nabucco завершился не так, как хотелось бы, в настоящее время Азербайджан играет важную роль в диверсификации энергоснабжения Европы. Мы видим, как эта страна становится поставщиком газа посредством Балкан и Италии. Недавно в Европу были транспортированы первые кубометры газа с Каспийского моря. Для нас это было долгожданной новостью. В то же время мы наблюдаем расширение деятельности SOCAR в Австрии. У компании уже есть несколько АЗС в Штирии и других частях страны”, – отметили в министерстве.

  • Avstriya XİN: “Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində vacib rol oynayır”

    Avstriya və Azərbaycan enerji sahəsində yaxşı əməkdaşlıq edir.

    Bunu Trend-ə Avstriya Avropa və Beynəlxalq İşlər Federal Nazirliyindən bildiriblər.

    Qeyd olunub ki, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsinin vacib hissəsidir:

    “Nabucco” layihəsi bizim istədiyimiz kimi başa çatmasa da, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsində vacib rol oynayır. Biz görürük ki, Azərbaycan Balkan və İtaliya vasitəsilə qaz tədarükçüsünə çevrilir. İlk qaz həcmləri bir müddət əvvəl Xəzərdən Avropaya nəql edilib. Avstriya üçün bu, çoxdan gözlənilən xəbər idi. Eyni zamanda biz SOCAR-ın Avstriyada fəaliyyətinin genişlənməsinin şahidi oluruq. Ştiriyada və Avstriyanın digər hissələrində artıq şirkətin bir neçə yanacaqdoldurma məntəqəsi mövcuddur”.

  • Kosmosa uçmaq üçün “Space X” şirkətinə ilk pul ödəyən milyarderin adı açıqlandı

    “Falcon 9” raketi ilə kosmosa dörd nəfər uçacaq.

    “Associated Press” xəbər verir ki, onlardan biri – “Shift4 Payments” şirkətinin yaradıcısı, 37 yaşlı amerikalı milyarder Cared Ayzekman artıq uçuş üçün tələb olunan ödənişi edib.

    O bildirib ki, kosmik gəmini özü idarə edəcək.

    Qeyd edək ki, dünyanın ən zənginlərindən olan İlon Maska məxsus “Space X” şirkəti bu ilin sonunda bütün heyəti vətəndaşlardan olan “Falcon 9” raketini Floridadan kosmosa buraxacağını açıqlayıb.

  • Səudiyyə Ərəbistanından xəbərdarlıq: Koronavirusun yeni dalğası

    Səudiyyə Ərəbistanının Səhiyyə naziri Tevfiq Əl-Rabiyə ölkədə koronavirusun yeni dalğası təhlükəsinin olduğunu bildirib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Onun sözlərinə görə, yeni dalğa təhlükəsi son günlər ölkədə yoluxanların sayının artması ilə əlaqədardır.

    “Son günlərdə rayonların əksəriyyətində koronavirusa yoluxma mütəmadi və əhəmiyyətli şəkildə artır. Yoluxmada artım yanvarın ilk həftəsi ilə müqayisədə 200 faiz olub. Bunun əsas səbəblərindən biri insanların toplanmasıdır. Görüşlər və profilaktik tədbirlərə etinasızlıq davam edərsə, bizdə ikinci dalğa başlanacaq”, – deyə səhiyyə naziri bildirib.