Month: February 2021

  • İmişli şəhərində meyit tapılıb

    İmişli rayonunda kişi meyiti tapılıb.

    “Report”un xəbərinə görə, hadisə İmişli şəhərinin mərkəzində qeydə alınıb.

    Rayon prokurorluğunun əməkdaşlarının araşdırmaları nəticəsində həmin şəxsin şəhər sakini, 46 yaşlı Səməd Dədəkişiyev olduğu müəyyənləşib.

    Onun üzərində zorakılıq əlamətləri görünməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Maskalı halda smartfonun üztanıma funksiyasından istifadə etmək mümkün olacaq

    İOS əməliyyat sisteminin yeni versiyasında “Apple Watch” vasitəsilə “iPhone”nun ekran kilidinin açılması funksiyası reallaşdırılıb.

    Bu barədə “Engadget” məlumat verib. Məlumatda bildirilir ki, müvafiq funksiya əməliyyat sisteminin 14.5 versiyasında tətbiq olunub. Əgər “iPhone” sahibi üzündə maska olduğu halda smartfonun ekran kilidini “FaceID” ilə açarsa və “ağıllı telefon” sahibini tanımazsa, o zaman smartfon sahibinin qolundakı “Apple” saatına müraciət olunacaq. Saat vasitəsilə smartfonun sahibinin şəxsiyyəti təsdiqlənəcək. Həmin anda saat sahibi qolunda yüngül titrəyiş hiss edəcək və “Apple Watch”a əməliyyatın uğurla keçməsi haqda məlumat daxil olacaq.

    Qeyd edək ki, iOS 14.5 hələlik yalnız proqram istehsalçıları üçün əlçatandır. Yeni əməliyyat sistemi ilə çalışan smartfonların yaxın zamanlarda satışa çıxarılacağı gözlənilir.

  • Abşeronda iki avtomobil toqquşdu

    Abşeronda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Yeni Saray yolunda qeydə alınıb.

    Belə ki, 90-MH-585 dövlət nömrə nişanlı “Mercedes Benz Viano” markalı maşın ara məsafəsini düzgün tənzimləyə bilmədiyi üçün “99-LU-289” dövlət nömrə nişanlı “Great Wall Haval H3” markalı avtomobilə çırpılıb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyyə maşını gəlib.

  • “Instagram”da silinən paylaşımların bərpası funksiyası işə salınıb

    Ölkəmizdə çoxmilyonlu istifadəçi ordusu olan “Instagram” sosial şəbəkəsi yeni funksiyası ilə çoxlarını sevindirib.

    TASS xəbər verir ki, bundan sonra silinən “Stories” paylaşımlarını bir sutka ərzində, digər paylaşımları isə bir ay ərzində bərpa etmək mümkün olacaq.

    Yenilik barədə məlumat “Instagram”ın mətbuat xidməti tərəfindən yayılıb. Məlumatda bildirilib ki, sözügedən funksiya ilə bərabər, şəbəkənin təhlükəsizliyi daha da artırılıb. Artıq bundan sonra hakerlərin şəxsi hesabları açması və məlumatları oğurlaması daha çətin olacaq.

  • Ильхам Алиев принял президента Фонда этнического взаимопонимания США – ФОТО

    3 февраля Президент Азербайджана Ильхам Алиев принял в формате видеоконференции главу и учредителя Фонда этнического взаимопонимания США Марка Шнайера, сообщает АЗЕРТАДЖ.

    М.Шнайер выразил главе государства благодарность за условия, созданные для еврейской общины наравне с представителями других религиозных и этнических общин в нашей стране. Подчеркнув, что в Азербайджане проживает самая крупная еврейская община среди мусульманских стран, М.Шнайер высоко оценил внимание и заботу, проявляемые Президентом Ильхамом Алиевым.

    Глава государства отметил, что граждане еврейского происхождения очень дороги нам. Они, как и представители других религиозных и этнических общин, на протяжении веков живут в Азербайджане в условиях дружбы и братства.

    Во время беседы состоялся обмен мнениями по перспективам азербайджано-американских отношений в сфере межкультурного диалога.

  • İlham Əliyev və Mark Şnayer Azərbaycanla ABŞ əlaqələrini müzakirə etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.

    Dövlətimizin başçısı yəhudilərin ölkəmizin dəyərli vətəndaşları olduqlarını qeyd edib, digər dini və etnik icmaların nümayəndələri kimi onların da Azərbaycanda əsrlər boyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşadıqlarını bildirib.

    Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək – RƏSMİ

    Müharibə zamanı travma və ya xəsarət almış şəxslərə dərhal xidmət göstərilməsini təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə, Müdafiə, Səhiyyə nazirlikləri və TƏBİB nümayəndələri ilə birgə işçi qrup yaradılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

    O bildirib ki, işçi qrupun yaradılmasının əsas məqsədi hərbi travma və xəsarət alan müharibə iştirakçısı olmuş vətəndaşlarımıza operativ yardımı təmin etməkdir:

    “Bu işçi qrup çərçivəsində beş region və Bakı üzrə qruplar yaradılıb. Operativ qaydada ucqar kəndlərdən tutmuş bütün respublika üzrə hazırlanan siyahı çərçivəsində qazilərimiz ziyarət ediləcək.

    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların yaşadıqları ünvanlarda və müalicə aldıqları tibb müəssisələrində ilkin müayinələr aparılıb. Müayinələr əsasında qazilərimiz üç kateqoriyaya bölünüb: ağır, orta və yüngül.

    İşçi qrup tərəfindən müharibə zamanı xəsarət almış 3 minə yaxın hərbi qulluqçunun əyani müayinəsi həyata keçirilib. Hər biri üzrə müəyyən protokol tərtib edilib. 30 nəfərdən çox qazidə əlilliyin təyinatı aparılıb. Artıq biz onlar üçün protez istehsalına başlamışıq. Onlar agentliyimizin tabeliyində olan reabilitasiya müəssisələrinə yerləşdiriliblər”.

    O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə artıq 2020-ci ilin son aylarında əlavə 23 növ reabilitasiya vasitələri xidmət göstərilən sahəyə əlavə edilib və ümumi reabilitasiya vasitələrinin sayı 57-ə çatıb.

  • Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət açıqlandı

    Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

    Bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

    O qeyd edib ki, Xalq artistinin səhhəti normaldır:

    “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

    G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

    Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə R.Hüseynovun müalicəsi nəzarətə götürülüb.

  • Вилаят Эйвазов назначил главу отдела полиции Сумгайыта

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова начальник Лянкяранского районного отдела полиции полковник Фаган Азадалиев освобожден от занимаемой должности, передает Unikal.org.

    Согласно другому приказу министра, он возглавил отдел полиции Сумгайыта.

  • Vilayət Eyvazov Sumqayıta rəis təyin etdi

    Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi polis polkovniki Fəqan Azadəliyev vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

    Hələlik Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyinat yoxdur.