Month: February 2021

  • Mağazadan oğurluq edən üç yeniyetmə saxlanıldı

    Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozların oğurlanması barədə müraciət daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb.

    Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Депутаты ММ обсудят вопросы вакцинации

    В Милли Меджлисе Азербайджана планируется обсудить текущую ситуацию в стране в связи с коронавирусной инфекцией (COVID-19).

    4 февраля ожидается проведение в формате видеоконференции совместного заседания комитетов по здравоохранению и экономической политике, промышленности и предпринимательству.

    Депутаты обсудят вопросы вакцинации и другие мероприятия по борьбе с пандемией.

  • Deputatlar vaksinasiyanı müzakirəyə çıxarır

    Milli Məclisdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirəyə çıxarılacaq.

    Fevralın 4-də bununla bağlı parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans şəklində birgə iclasının keçirilməsi nəzərdə tutulur.

    İclasda vaksinasiya və görülən digər tədbirlər barədə məsələlərin müzakirəyə çıxarılması gözlənilir.

  • DİN Yevlax sakininin rüşvətlə bağlı iddialarına cavab verdi

    Daxili İşlər Nazirliyi Yevlax rayon sakini Ceyhun Baxışəliyevin bəzi sosial şəbəkə kanallarında polis əməkdaşı haqqında səsləndirdiyi iddialara cavab verib.

    Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, adıçəkilən şəxsin əsassız iddialar səsləndirməsi həqiqəti əks etdirmir, səs yazısı isə polis əməkdaşına məxsus deyil, montajdır: “2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq, gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin “VAZ-2107” markalı avtomobilin sürücüsü C.Baxışəliyev olduğu müəyyən olunub.

    Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətə uyğun olmayan məzmunda şikayəti tam əsassızdır”.

  • Bakıda 217 nömrəli marşruta iritutumlu avtobuslar cəlb edildi

    Bakıda 217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    İiritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı marşrut xəttinin daimi istifadəçiləri olan Məhəmmədi kəndinin sakinlərinin məmnunluqları bildirilib.

    Məlumatda bildirilib ki, dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olub.

  • Türkiyənin daxili işlər naziri “Twitter”i boykot etdi – VİDEO

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter”in postlarla bağlı siyasətinə etiraz edərək “Telegram”a keçdiyini bəyan edib. O, hər kəsi onun nümunəsi üzrə hərəkət etməyə çağırıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl “Twitter” nazirin Kəbənin şəklini yerə sərənlərlə bağlı tvitini silib. S.Soylu isə cavabında sosial şəbəkə idarəçilərini “cinsi azlıqların tərəfdarları” adlandırıb.

    Nazir hazırda bu mövzu ilə bağlı “Haber Global”ın efirində canlı yayımda çıxış edir.

  • Qubadlının Alaqurşaq kəndindən görüntülər – VİDEO

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun Alaqurşaq kəndindən videogörüntülər yayımlayıb.

    Median.Az həmin görüntüləri təqdim edir:

  • Bakıda avtomobili saxta nömrəylə idarə edən sürücü həbs olundu

    Bakıda polisin qanuni əmrinə tabe olmayan sürücü həbs edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Samux rayon sakini,1983-cü il təvəllüdlü Kamil Mirsayad oğlu Muradov idarə etdiyi “Khazar” markalı avtomobilin üzərinə Litva Respublikasına məxsus saxta dövlət qeydiyyatı nişanını təhkim edərək fevralın 1-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydasını pozub.

    Sürücü ərazidə xidmət aparan polis əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis əməkdaşları sürücünü dayandırdıqdan sonra K.Muradov mübahisə etməyə başlayıb.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, saxlanılan sürücü ərazi aidiyyəti üzrə 9-cu polis bölməsinə gətirilib və barəsində toplanılmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. K.Muradov fevralın 2-də məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.

  • “WhatsApp”da bir neçə yeni funksiya istifadəyə veriləcək

    Populyar “WhatsApp” messencerində bir neçə yeni funksiya istifadəyə veriləcək. Onların hamısı messencerin veb-versiyasında, eləcə də “MacOS” və “Windows” əməliyyat sistemləri üçün proqramlarda tətbiq ediləcək. Bu barədə “The Independent” nəşrinin məlumatında deyilir.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, əsas yenilik təhlükəsizlik funksiyalarının yenilənməsi ilə əlaqədar olacaq. Hazırda messencerin fərdi kompüter versiyasının istifadəçiləri kompüterdə yazışmalara daxil olmaq üçün əvvəlcə smartfonla “QR” kodunu skan etdikləri halda gələcəkdə əlavə olaraq sifət və ya barmaq izini skan etməli olacaqlar.

    Tərtibatçıların rəsmi məlumatına görə, bu, qonşu və ya həmkarın istifadəçinin icazəsi olmadan “WhatsApp” hesabına qurğular qoşmaq imkanını azaldacaq.

    Son proqram yeniləməsi ilə daktiloskopik sensor və üz skanerini dəstəkləyən bütün qurğu sahibləri təchiz ediləcək. “WhatsApp” nümayəndələri “Android” və “iOS” sistemlərinin qurğuda skanı məlumatları kənar serverlərə göndərmədən etməyə imkan verdiyindən istifadəçilərin biometrik məlumatlarına çıxış imkanlarının olmayacağını əlavə ediblər.

    Yeni funksiyaların bir neçə həftə ərzində messencerdə istifadəyə veriləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmır.

  • Bakıda əhaliyə satılan məhsulların dəyəri artıb

    Bakı şəhəri üzrə 2020-ci ildə ticarət dövriyyəsinin həcmi 23 milyard 62,2 milyon manat olub.

    Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2019-cu illə müqayisədə ticarət dövriyyəsinin həcmi 0,5 faiz artıb.

    Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11 milyard 286,3 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.