Month: February 2021

  • Bu il Bahar yarmarkasının qapıları açılacaqmı? – VİDEO

    Hər il Novruz bayramı ərəfəsində Bahar yarmarkası təşkil olunur. Lakin ötən il pandemiya səbəbindən bu yarmarkalar fəaliyyət göstərmədi.

    Baku TV xəbər verir ki, keçən il yarmarkada yarımçıq qalan işlər bu il tamamlanıb.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətindən Baku TV-yə bildirilib ki, Bahar yarmarkalarının açılması ilə bağlı qərarı yalnız Nazirlər Kabineti yanında operativ qərargah verə bilər.

  • Türkiyə prezidenti Ceyhun Bayramovu qəbul etdi – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

    Bu barədə Türkiyə Prezidentinin saytı məlumat yayıb.

    Bildirilib ki, görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

  • Президент Азербайджана принял сопредседателя Международного центра Низами Гянджеви – ВИДЕО

    23 февраля Президент Азербайджана Ильхам Алиев принял сопредседателя Международного центра Низами Гянджеви Исмаила Серагельдина в формате видеоконференции.

  • Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.

  • Nazim Babayev: “Soyuq havada məşq keçməyin fəsadlarını yaşayıram”

    “16 metr 57 santimetr məsafəyə tullanmaqla Balkan çempionatında qızıl medal qazandım”.

    Bunu Oxu.Az-a qapalı məkanda keçirilən Avropa çempionatının üçtəkanla tullanma növü üzrə qalibi Nazim Babayev deyib.

    O, üç gün əvvəl Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilmiş XXVI Balkan çempionatında qızıl medal qazanıb. Nazim həmin yarışda çempion olsa da, zədə alıb:

    “Bu yarışdan 10 gün əvvəl İstanbulda Türkiyə Açıq çempionatında iştirak etmişdim. Orada belimdən zədələndim deyə, yaxşı çıxış edə bilmədim. Bakıda müalicə alıb düzəldim.

    Balkan ölkələrinin çempionatında isə altı cəhddən dördünü edə bildim. Beşinci cəhdə hazırlaşan vaxt topuğumda ağrı hiss etdim. Yenidən zədələndim və yarışda iştirakımı davam etdirə bilmədim. Amma bununla belə, çempion olmağı bacardım.

    İndi yenidən müalicə alıram. İki həftə sonra Polşanın Toruny şəhərində Avropa çempionatı (5-7 mart) olmalıdır. Ona hazır olmağa çalışıram”.

    Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı ilk dəfə təmsil edəcək Nazim Babayev soyuq havalarda açıq məkanda məşq keçməyin fəsadları ilə üzləşdiyini bildirib:

    “Əslində mən fevralın 6-sı və 9-da Fransadakı iki yarışda iştirak etməliydim. Bunlar Dünya Turu çərçivəsində keçirilən Mets və Lyevandakı yarışlar idi. Bu yarışlardan dəvət almışdım. Lakin Avropaya səfər məhdudiyyətləri üzündən heç birində iştirak edə bilmədim.

    Hazırda onurğa sütunumda sinir sıxılıb. Bu da sağ ayağımın arxa əzələsinə və topuq nahiyəsinə ağrı verir.

    Nazirlər Kabineti yanında Operativ Qərargah bir ay olar ki, qapalı məkanda məşq keçməyimizə imkan verib. Ancaq onlar da bu barədə çox gec qərar verdi. Nəticədə noyabr, dekabr, yanvar aylarında açıq havada məşq keçməli oldum. Düşünürəm ki, indiki zədələrim də soyuq havada məşq keçməyin nəticəsidir. Onun fəsadlarını yaşayıram. Belimdən zədə alanda əyilib-dura bilmirdim. Soyuq onurğa sütunuma işləyib”.

  • Paytaxt yollarında sürət həddi endirilidi – XƏBƏRDARLIQ

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – Hava Limanı – Bilgəh və Zığ dairəsi – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, buz bağlama ehtimalını nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”.

  • Agentlikdən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

    Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə almalı və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalıdırlar:

    “Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

  • DSX-dan əməliyyat: Beyləqanda narkotacir saxlanıldı – FOTO

    Narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb.

    Dövlət Sərhəd Xidmətindən bildirilib ki, 22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında bir nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

    Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etdib. Həmin şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

    Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib,. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi dörd kiloqram 74 qram narkotik vasitəyə (üç kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?

    “Hotellərdə aparılan monitorinq proseslərinin nəticəsi olaraq ciddi nöqsanlara rast gəlinməyib. Qaydaları pozan hotellər cərimələnib, ümumilikdə isə vəziyyət qənaətbəxşdir”.

    Bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov monitorinq tədbirlərinin nəticələri barədə məlumat verərkən deyib.

    “İndiki məqamda daxili turizm imkanları yaranıb. İnsanlarımız regionlara səfərlər edirlər. Hotellərdəki doluluq faizi də artıb. Xüsusilə də, qış turizminə malik ərazilərdə insanların sayında artım müşahidə edilib. Ona görə də, idarəetmə ilə bağlı müəyyən dəyişikliklər edilib və bir çox xidmətlər yalnız hoteldə rezervasiyadan keçən qonaqlara təklif olunub. Çünki əks halda istirahət mərkəzlərində kütləvilik yaranır. Bu halda risklər ortaya çıxır və bu risklər gələcəkdə epidemioloji vəziyyətə də təsir göstərə bilər”.

    O qeyd edib ki, həftə içi və həftəsonu ilə bağlı məhdudiyyətlər bir qədər fərqlənir. Hazırda isə həm Qəbələ şəhərində, həm də Qusarda yerləşən qış turizm obyektlərində müəyyən məhdudiyyətlər var. O cümlədən, “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində müvafiq məhdudiyyətlər qüvvədədir.

    Xatırladaq ki, daha əvvəl Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.

    Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə malik olan xizəkçilərin istifadə etməsi mümkündür.

  • Вилаят Эйвазов назначил первого замначальника ГУП Гянджи

    В органах внутренних дел произведено новое назначение.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова полковник-лейтенант Ниямеддин Гасымов назначен первым заместителем начальника Главного управления полиции (ГУП) города Гянджи.

    До этого назначения Н.Гасымов занимал должность начальника по оперативной работе в Главном управлении полиции города Баку.

    Отметим, первый замначальника ГУП города Гянджи, полковник-лейтенант Чингиз Асланов был освобожден от занимаемой должности и назначен начальником Балакенского районного отдела полиции.