Month: February 2021

  • Так выглядят новые водительские удостоверения Азербайджана – ФОТО

    В Азербайджане продолжается выдача водительских прав нового образца.

    Это предусмотрено изменением, внесенным в Закон “О дорожном движении”. Решением Кабинета министров АР утверждены изображение, спецификация и образец водительских прав, передает Median.Az.

    Вся информация в удостоверении указана на двух языках – азербайджанском и английском.

    Кроме того, важнейшим изменением в новых правах является их соответствие Венской конвенции о дорожном движении, которая регламентирует вопрос порядка следования информации о водителе на удостоверениях.

    На отечественных удостоверениях старого образца порядок следования информации (имя, фамилия, отчество) был нарушен, что создавало проблемы для местных автомобилистов за рубежом. Удостоверения нового формата содержат всю информацию о водителе в соответствии с Венской конвенцией.

    Данное новшество поможет решить и проблемы, с которыми местные водители сталкиваются за границей. К примеру, ранее в странах Европы азербайджанские водители не имели возможности арендовать автомобили, а также оформлять страховку из-за того, что в водительских удостоверениях старого образца вся информация была написана на азербайджанском языке, в котором имеются такие буквы, как ə, ğ, ö, ü, ş, затруднявшие использование азербайджанских водительских удостоверений за границей.

    Теперь проблема с признанием в Европе водительских удостоверений, выдаваемых гражданам Азербайджана, решена.


  • Sürücülük vəsiqələri dəyişdi – FOTO

    Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

    Yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün “İSO/İEC 7810 Kimlik kartları – Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.

    Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus katerqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.

    85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

    Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılıb. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ – opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunub.

    Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunub.

    Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.

    Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ – opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir. (report.az)


  • “Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək” – 8 Mart hazırlıqları “Whatsapp” qruplarında

    8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən “ənənəvi” pul yığılması halları müşahidə olunur. Təhsil Nazirliyi bu kimi hallara qarşı mübarizə apardığını dəfələrlə bəyan etsə də, neqativ hallar yenə qalmaqdadır.

    Təhsil eksperti Kamran Əsədov problemlə bağlı Sfera.az-a danışarkən bildirib ki, bu cür hallara daha çox Bakı məktəblərində rast gəlinir:

    “Bizə də kifayət qədər müraciətlər daxil olur – xüsusilə Bakının bir neçə məktəblərindən. Regionlarda isə bu hallara rast gəlinmir. Paytaxt məktəblərində əlamətdar günlərlə bağlı xüsusi iclaslar təşkil edilir. Əvvəllər bunu direktor, direktor müavinləri, sinif rəhbərləri edirdi. İndi valideyn-müəllim şurası yaradıblar, komitə adı veriblər və onlar “Whatsapp” qruplarında bu istiqamətdə valideynlərlə əlaqə yaradırlar”.

    Ekspertin sözlərinə görə, bir neçə məktəblərdə uşaqlar pandemiyaya görə dərsə getməsələr də, maraqlı hallar baş verib:

    “Belə ki, müəllimin bank hesabının nömrəsi qruplara atılır və pulun ödənilməsi tələb edilir. Sanki məktəblərimiz şadlıq sarayıdır və kimsə gəlib nəmər yazdırır. Bu, iyrənc haldır. İstənilən valideyn imkanı çərçivəsində övladının müəlliminə təşəkkürünü bildirir. Kimisi bunu hədiyyə almaqla da edə bilər. Amma bayramlara görə konkret məbləğin müəyyənləşdirilməsi və yığılması iyrəncdir.

    Problem nəzarət və cəza mexanizminin olmamasıdır. Məktəblərlə bağlı mütəmadi olaraq şikayətlər daxil olur və bu araşdırılmır. Tutaq ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi bu istiqamətdə ümumi məlumat deyil, konkret fakt tələb edirlər. Amma faktlar aşkara çıxarsa, məktəbdə həmin uşağın başına nə oyun açılacağını hər kəs bilir. Ciddi nəzarət mexanizmi olmalı, müraciət daxil olan kimi araşdırma aparılmalıdır. Təbii ki, məktəbə hansısa qurumdan nümayəndə gələndə orada işləyənlər narahat olacaqlar, bu hallara son qoyulacaq”.

    Müsahibimiz qeyd edib ki, Təhsil nazirliyi uzun müddətdir, bir prinsiplə işləyir:

    “Nazirlik bildirir ki, anonim müraciətlər qəbul edilmir. Anonim müraciətlər isə nazirliyin şəffaflığına inanılmadığına görə edilir. Qorxurlar ki, bundan sonra uşaq daha da sıxışdırılsın, bu zaman isə nazirlik həmin şagirdin yanında olmayacaq. Bu gün orta ümumtəhsil məktəblərində bu və ya digər məqsədlər üçün pul yığılması aidiyyatı qurumların öz işlərini görməməsinin nəticəsidir.

    K.Əsədov konkret fakt göstərərək sözlərinə belə davam edib: ”Bizə məktəblərin birində 50 manat yığılması ilə bağlı müraciət daxil olmuşdu. İmkanı zəif olan şagirdlərdən biri 50 deyil, 20 manat verib və müəllim həmin pulu uşağın başına çırpıb ki, bunu nə edirəm? Valideynlər sosial şəbəkələrdə faktları yazmasalar, jurnalistlər məsələni işıqlandırmasalar, problem həllini tapmayacaq. Nazirliyin özünün alt qurumlarını idarə etmək gücü yoxdursa, o zaman insanlar nə etsin? Qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir və 4447 orta ümumtəhsil müəssislərində çalışan işçilərin 81 faizini qadınlar təşkil edir. 1,6 milyon şagird var. Təsəvvür edin, Bakıda 440 min şagird mövcuddur və ən çox pul yığımı buradadır. Hətta xüsusi qiymətlər qoyulub. Hesab edirəm ki, ciddi cəza tədbirlər görülməlidir – işdən azad etmək, şiddətli töhmət və.s. Bəlkə bundan sonra nəyinsə qarşısını almaq olar.

    Pul verməyən şagirdə qarşı ciddi psixoloji təzyiqlər edilir, bunları hər kəs bilir. Düşünürəm ki, ən azından martın 8-nə yaxın tarixlərdə valideynlər məktəblərə buraxılmamalıdır. Pul yığılması ilə bağlı səs yazısı və ya digər faktlar varsa, bunlar ictimailəşdirilməlidir. Bir daha qeyd edirəm ki, bu məsələlər könüllülük prinsipi ilə ola bilər, şəxsi işləridir. Lakin konkret pulların yığılması absurddur. Bu cür halların olduğunu heç kim inkar etməsin”.

  • “Hamıya peyvənd olunmağı məsləhət görürəm” – 100 yaşlı nənə

    5 gün əvvəl COVID-19 əleyhinə peyvənd olunan Lənkəran rayonunun Boladi kənd sakini, 100 yaşlı Şananə Əli qızı Mahmudova özünü yaxşı hiss etdiyini deyib.

    O, Azvision.az -a açıqlamasında bildirib ki, qızı Dilarə İsrafilova ilə birlikdə Lənkəran rayon xəstəxanasında vaksinasiya olunub.

    “İkinci doza peyvəndi 28 gün sonra, yəni martın 15-də vuracaqlar. Heç peyvənd olunduğumuzu hiss etmədik. Hər hansı narahatçılıq olmadı, həyatımız öz axarında davam edir. Özümü yaxşı hiss edirəm, peyvənddən sonra heç bir problem yaşamadım”.

    100 yaşlı nənə hər kəsi peyvənd olunmağa dəvət edib.

    “Hamıya məsələhət bilirəm ki, gedib peyvənd olsunlar. Bununla virusdan canları qurtarsın. Kimlər ki, peyvənd vurdurmamışdı, onlar da peşman oldular. Gördülər ki, mən peyvənd olunandan sonra yaxşıyam, onlar da gedib vaksinasiyadan keçdilər”.

  • İctimai nəqliyyat işləmir, bayram yarmarkalarının günü dəyişəcəkmi? – Açıqlama

    Ötən həftə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olundu. Lakin bəzi vətəndaşlar həftəsonları ictimai nəqliyyat işləmədiyi üçün yarmarkalara gedə bilmədiklərindən şikayətlənirlər.

    Nəzərə alaq ki, müəyyən qism vətəndaşlar yarmarkalara uzaq yol qət edərək gəlir. Maraqlıdır, həftəsonları ictimai nəqliyyatın işləməməsi nəzərə alınaraq yarmarkaların həftəiçi keçirilməsi mümkündürmü?

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev Sfera.az-a açıqlamasında həftəsonu keçirildiyinə baxmayaraq, yarmarkalara marağın az olmadığını bildirib:

    “Əvvəllər yarmarkalar yalnız şənbə və bazar günləri təşkil edilirdi. Lakin indi həftəsonları ictimai nəqliyyat vasitələrinin işləmədiyini nəzərə alaraq, həftənin cümə günü də yarmarka fəaliyyət göstərdi. Qeyd edim ki, həmin gün də, həftəsonu da kifayət qədər alıcı var idi. Alıcı kasadlığı yaşanmadı”.

    Qurum rəsmisi qeyd edib ki, yarmarkalar növbəti həftə də eyni günlərdə olacaq: “Həmçinin nəzərdə tutulub ki, “Gənclik”dəki yarmarka növbəti həftə fasiləsiz olaraq, 10 gün davam etsin. Yəni, fevralın 26-sından martın 7-nə qədər. Bu baxımdan vətəndaşlar həmin yarmarkalardan yararlana bilərlər”.
    Xatırladaq ki, “Kənddən Şəhərə” yarmarkalarında birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.
    “Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

    – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

    – Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

    – Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

  • Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq nə dərəcədə qanunidir? – VİDEO

    В последние дни в соцсетях критикуются действия сотрудников полиции в отношении лиц, нарушающих правила ношения масок.

    Самир Джафаров обратился на İctimai TV и рассказал, как его оштрафовали.

    “В автобусе, разговаривая по телефону, я опустил маску на подбородок, и полицейский составил на меня протокол и потребовал уплатить штраф на месте. После моего отказа меня доставили в ближайшее отделение полиции”, – рассказал С. Джафаров.

    Есть ли юридическое основание требовать от гражданина уплаты штрафа на месте, а при отказе забирать его в отделение?

    Согласно закону “О безналичных расчетах”, уплата административных штрафов производится только в безналичном порядке.

    Согласно статье 150 Кодекса об административных проступках, штраф должен быть уплачен не позднее 30 дней. В законодательстве нет упоминания об уплате на месте.

    По словам адвоката Шамсаддина Алиева, в момент оформления штрафа у гражданина может не оказаться 100 манатов при себе, но это не дает основания полиции доставлять его в отделение.

    “Полиция составляет протокол на лицо, нарушившее правила, и выдает ему копию. Гражданин должен уплатить штраф”, – заявил адвокат.

    Подробности – в сюжете İctimai TV.

  • Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq nə dərəcədə qanunidir? – VİDEO

    Son günlər polis əməkdaşlarının vətəndaşlara qarşı maska taxmaq üçün göstərdiyi “yüksək xidmət” sosial şəbəkələrdə qınağa səbəb olub.

    İctimai TV-ə müraciət edən Samir Cəfərov polisin onu necə cərimə etməsindən danışıb:

    “Avtobusda maskanı çənəmə endirib telefonla danışarkən, polis əməkdaşı mənə maskaya görə protokol yazdı. Daha sonra cəriməni yerində ödəməyi tələb etdi. Bundan imtina etdiyi üçün məni yaxınlıqdakı polis bölməsinə apardılar”.

    Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?

    Nağdsız hesablaşmalar haqqında qanuna əsasən, inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

    İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.

    Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz:

    “Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir”.

    Daha ətraflı İctimai TV-nin süjetində:

  • Пожар в жилом доме в Гяндже: эвакуированы восемь человек

    На балконе квартиры общей площадью 50 квадратных метров, расположенной на втором этаже жилого дома в Кяпазском районе Гянджи, сгорела одежда и оконная рама.

    Об этом сообщили в МЧС.

    Восемь жителей дома были эвакуированы.

    Пожар потушен.

  • Gəncədə yaşayış binasında yanğın: Səkkiz nəfər təxliyyə edildi

    Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin eyvanında geyim əşyaları bir kvadratmetr sahədə və pəncərə çərçivəsi bir kvadratmetr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən səkkiz nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda bir ailənin üç üzvü bıçaqlandı

    Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıblar.

    Şücaət Əzimov isə qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb.

    Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.