Month: February 2021

  • Ötən gün borclu şəxs qismində 19 nəfər saxlanılıb

    Daxili İşlər Nazirliyi (DİN) 2021-ci il fevral ayının 19-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı dörd fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

  • Sabah hava necə olacaq?

    Azərbaycanda fevralın 21-nə olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Havanın Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 1,05 доллара за баррель – до 63,73 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,05 dollar düşərək 63,73 dollar təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

  • Qubada gecə saatlarında fəaliyyət göstərən çayxana aşkar edilib

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

    Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

  • Hoteldə arvadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası martın 5-ə təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində törədilib.

    Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq zərbəsi endirib. Qadın hadisə yerindəcə ölüb. M.Şamilov polisə gedərək törətdiyi əməli etiraf edib.

    Məlum olub ki, cütlük ayrı yaşayıb. Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl M.Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib.

    Onların iki azyaşlı övladı var.

  • Təbrizdə Azərbaycan dilində lüğətin təqdimatı keçiriləcək

    “Təbrizdə Azərbaycan dilində çap edilən lüğətin təqdimat mərasimini keçirəcəm”.

    Bu sözləri “Xalxalım” qəzetinə müsahibəsində Azərbaycan dilində lüğətlər toplusunun müəllifi Əhəd Beyute bildirib.

    Ə.Beyute qeyd edib ki, Azərbaycan dili lüğətinin birinci cildi yalnız “A” hərfinə şamil edilir:

    “Lüğətin digər cildlərində “A” hərfinə aid sözlər və digər hərflər də yazılır. Bütün lüğəti ən qısa müddətdə hazır vəziyyətə gətirmək üçün əlimizdən gələni edəcəyik”.

    Müəllif əlavə edib ki, bu lüğəti yazmaq üçün bir çox mənbələrdən istifadə edib:

    “Kitabxana materiallarından əlavə Azərbaycan vilayətlərinin bir çox kəndlərini və köçərilərin yaşadıqları yerləri gəzdim, həmin bölgələrin ağsaqqalları ilə söhbət etdim, dilin incəliklərinə vardım. Lüğətdəki sözlər yalnız Azərbaycan dilində istifadə edilən sözlərdən tərtib edilib. Daha sonra professorların təsdiqi və universitet müəllimlərinin rəyi ilə həmin sözlər dəqiqləşdirilib”.

  • В какие страны могут отправиться граждане Азербайджана?

    Нынешние поездки граждан Азербайджана в Турцию чаще совершаются в лечебных и деловых целях.

    Об этом заявил председатель экспертного совета Ассоциации турагентств Азербайджана Гекдениз Гахраманов, сообщает Trend.

    По его словам, в связи с закрытием границ из-за пандемии с марта по июль 2020 года поездки по какому-либо направлению были невозможны.

    “Открылись первые рейсы в братскую Турцию. Хотя это специальные рейсы, они, как всегда, остаются самым популярным направлением для наших граждан”, – сказал Гахраманов.

    Председатель экспертного совета отметил, что в настоящее время из Баку совершаются прямые рейсы в Стамбул, Анкару и Измир. Из этих городов можно отправиться в любой город Турции.

    Он сказал, что надеется на открытие летом прямых рейсов в Анталью и Бодрум.

    “С этого месяца граждане Азербайджана могут посетить Россию. Для этого достаточно, чтобы тест на COVID-19 был отрицательным, дополнительных разрешений получать не нужно. Уже почти год, как наши граждане могли выезжать в Россию только по специальным разрешениям или ввиду близких родственных связей. С начала февраля данные запреты сняты”, – добавил Гахраманов.

    Он добавил, что в настоящее время также осуществляются рейсы в Минск.
    По его словам, граждане, получившие отрицательный тест на COVID-19, имеют возможность отправиться туда.

    “Однако хочу отметить, что из-за пандемии COVID-19 рейсы по многим направлениям все еще закрыты, и такая ситуация будет сохраняться еще некоторое время. Это создает трудности для полноценного запуска туристической отрасли”, – сказал он.

  • Azərbaycan vətəndaşları hazırda hansı ölkələrə səfər edə bilirlər?

    Azərbaycan vətəndaşlarının Türkiyəyə hazırkı vəziyyətdə etdiyi səfərlər daha çox müalicəvi və işgüzar məqsədlər daşıyır.

    Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

    Onun sözlərinə görə, pandemiya səbəbindən sərhədlər bağlandığı üçün 2020-ci ilin mart ayından iyul ayına qədər heç bir istiqamətə səfər etmək mümkün olmayıb:

    “İlk uçuşlar məhz qardaş Türkiyəyə açıldı. Bu uçuşlar xüsusi reyslər olsa da, hər zaman olduğu kimi bizim vətəndaşlar üçün ən populyar istiqamət olaraq qalır”.

    G.Qəhrəmanov qeyd edib ki, hazırda Bakıdan İstanbula, Ankaraya və İzmir şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu şəhərlərdən də Türkiyənin istənilən şəhərinə səfər etmək imkanı var. O, yay aylarında Antalya və Bodrum istiqamətlərinə də birbaşa uçuşların başlayacağına ümid etdiyini söyləyib:

    “Bu aydan etibarən Rusiyaya Azərbaycan vətəndaşları səfər edə bilərlər. Bunun üçün COVİD-19 testinin neqativ olması kifayətdir, əlavə icazələrin alınmasına artıq ehtiyac yoxdur. Bir ilə yaxındır ki, vətəndaşlarımızın Rusiyaya səfər etməsi yalnız xüsusi icazələr və ya yaxın qohumluq əlaqələri nəticəsində mümkün olurdu. Bu aydan etibarən bu qadağalar aradan qaldırılıb. Bu istiqamətdə də canlanma müşahidə olunur”.

    G.Qəhrəmanov hazırda Belarusun Minsk şəhərinə də uçuşların olduğunu nəzərə çatdırıb. Assosiasiya sədrinin sözlərinə görə, COVİD-19 testi neqativ çıxmış vətəndaşların Minsk şəhərinə səfər etmək imkanı var:

    “Lakin qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyası səbəbindən bir çox istiqamətlərə uçuşlar hələ də bağlı olaraq qalır və bu vəziyyət bir müddət davam edəcək. Bu da turizm sektorunun tam işə başlamasında çətinliklər yaradır”.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова полковник-лейтенант Азер Гусейнов назначен заместителем начальника службы Мингячевирского РОП.

    Ранее он занимал должность заместителя начальника Гаджигабульского отдела полиции.