Month: February 2021

  • Vilayət Eyvazovdan – TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Hüseynov Mingəçevir Şəhər Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

    O, bundan əvvəl Hacıqabul Rayon Polis şöbəsində müavin vəzifəsində çalışıb.

  • В Баку начинается суд над мужчиной, жестоко убившим жену

    В Хачмазе завершено предварительное расследование по уголовному делу в отношении Рашада Рашидова, обвиняемого в убийстве жены.

    Уголовное дело, направленное в Бакинский суд по тяжким преступлениям, передано в производство судьи Эльдара Исмаилова, сообщает Report.

    Следует отметить, что инцидент произошел 10 августа прошлого года в Хачмазском районе. Пострадавшая скончалась в больнице от полученных травм.

    В ходе расследования, проведенного районной прокуратурой, появились обоснованные подозрения в том, что убийство было совершено мужем потерпевшей Р.Рашидовым во время конфликта.

    Мужчине предъявлено обвинение по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) УК АР.

  • Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

    Xaçmazda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

    Qeyd edək ki, hadisə ötən il avqustun 10-da saat 14:00 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Nəticədə zərərçəkmiş aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölüb.

    Xaçmaz rayon prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Rəşad Rəşidova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

  • В Масаллы за незаконную охоту привлечена к ответственности группа лиц

    За незаконную охоту на территории села Тазакенд Масаллинского района Азербайджана задержаны жители села Пенсар Астаринского района Х.Алиев, Р.Шукюров и В.Агаев.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, сотрудники Масаллинского РОП обнаружили у задержанных 15 незаконно добытых ими диких птиц, а у Р. Шукюрова – охотничье ружье ТОЗ-БМ без соответствующих документов.

    В отношении каждого из них был составлен протокол по статье 272.3 (грубое нарушение правил охоты) Кодекса об административных проступках.

  • Masallıda qanunsuz ovla məşğul olanlar məsuliyyətə cəlb edildi

    Masallı rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayev saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlayıblar.

    Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

  • Mobil telefon ustanın əlində partladı – VİDEO

    Türkiyənin Batman şəhərində təmir zamanı mobil telefon partlayaraq yanmağa başlayıb.

    “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    Məlumata əsasən, partlayış ustanın mobil telefonun şişən batareyasını çıxartmaq istəyərkən baş verib.

  • В России мужчина с мачете ограбил продуктовый магазин – ВИДЕО

    Мужчина с предметом, похожим на мачете, забрал деньги из кассы продуктового магазина в поселке Шушары в Пушкинском районе Петербурга, его разыскивают, сообщает пресс-служба Главного управления МВД по Петербургу и Ленинградской области, пишет РИА Новости.

    По данным пресс-службы, сообщение об инциденте поступило 18 февраля от продавца магазина. По его словам, неизвестный, угрожая мачете, забрал 15 тыс. рублей (более 344 манатов – ред.) и скрылся.

    Возбуждено уголовное дело по части 2 статьи 162 УК РФ “Разбой”.

  • Rusiyada satıcını maçete ilə hədələyib soyğunçuluq etdilər – VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində maçete ilə silahlanmış kişi ərzaq mağazasına daxil olaraq satıcıdan kassada olan pulları ona verməyi tələb edib.

    “İzvestiya” xəbər verir ki, soyğunçuluq hadisəsi mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

    Satıcı pul tələb edən şəxsə müqavimət göstərmədən kassada olan 15 min rublu (təxminən 345 manat) kişiyə verib.

    Soyğunçuluqla bağlı cinayət işi başlanıb.

  • İlon Mask kağız puldansa bitkoini üstün sayır

    ABŞ-ın “Tesla” və “SpaceX” kimi yüksək texnoloji şirkətlərinin sahibi İlon Mask nağd pula nisbətən, bitkoinin daha cəlbedici sərmayə vasitəsi olduğunu bildirib.

    “Reuters” xəbər verir ki, tanınmış ixtiraçı “yalnız axmaq adam kağız pulların getdikcə öz cəlbediciliyini itirdiyi bir dövrdə alternativ sərmayə vasitələri axtarmaz”, – deyə bəyan edib.

    Daha sonra milyonçu əlavə edib ki, bitkoin də ən az kağız pul qədər yaxşıdır.

    Qeyd edək ki, hazırda adıçəkilən kriptovalyutanın yüksəlişi davam edir. Ötən gün Bakı vaxtilə saat 18:54-də bitkoinin dəyəri 53.262 dollaradək artıb.

  • Bakıda fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

    Bakıda fəhlənin hündürmərtəbəli binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlandı.

    Fevralın 19-da saat 16.00 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

    İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılmış və nəticədə aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.