Month: February 2021

  • Bakı sakinləri Salyanda külli miqdarda narkotiklə saxlanıldı

    Bakı şəhər sakinləri Salyanda narkotiklə tutuldu.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və A.Yaqubov saxlanılıblar. S.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı oradan üç kiloqramdan artıq heroin, 170 qram tiryək və 120 qram metamfetamin aşkar edilərək götürülüb.

  • Peyvəndin ilk dozu vurulduqdan sonra maska ​​taxmaya bilərik?

    “İki komponentli peyvənddən danışırıqsa ilk inyeksiyadan sonra immunitetin yaranması tez bir zamanda baş vermir”.

    “Rossiya-1” telekanalının məlumatına görə, bu barədə Moskvada Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko koronavirus peyvəndinin ilk dozu tətbiq edildikdən sonra maska taxmaqdan imtina etməyin mümkün nəticələri barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, birinci dozadan ikinci dozaya qədər olan müddət psixoloji baxımdan ən çətin dövrdür, lakin bu zaman fərdi qoruyucu vasitələrin rədd edilməsi və sosial məsafənin qorunmaması yoluxmaya səbəb ola bilər.

    Protsenko, peyvəndin ilk dozasından sonra koronavirus hallarının qeydə alındığını təsdiqlədi:

    “Bu xəstələrdə xəstəliyin gedişi vaksinasiya edilməyənlərlə eynidir”, – deyə o qeyd edib.

  • AQTA-dan quş qripi ilə bağlı vətəndaşlara – XƏBƏRDARLIQ

    Hazırda dünyanın 45 ölkəsində, o cümlədən ölkəmizlə qonşu olan Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir.

    Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı müvafiq qərarlar qəbul edilib.

    Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Bəs bununla bağlı vətəndaşlar hansı qaydalara əməl etməlidir:

    – Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

    – Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və sair.);

    – Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

    – Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

    – Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;

    – Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

    – Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.

    Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyə olunur.

  • “Bu, ədalətsizlik oldu” – Qurban Qurbanov

    “Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk”.

    Median.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis nəticənin ədalətli olmadığını bildirib: “Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik”.

    Baş məşqçi qış fasiləsində transfer etmədiklərinə görə təəssüf hissi keçirmədiyni söyləyib: “Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi”.

    Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: “Özüm təkrarlara baxmamışam. Sadəcə, toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm”.

    Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: “Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir”.

  • İqor Korotçenko: “Elə təəssürat yaranır ki, sanki Ağdamda, Füzulidə atom bombası partlayıb”

    “Adamda elə təəssürat yaranır ki, elə bil Ağdamda, Füzulidə atom bombası partlayıb”.

    Median.Az-ın məlumata görə, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ziyarətinin təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib.

    “İşğal altındakı torpaqların Azərbaycanın tərkibinə keçməsi, 30 il davam edən işğal dəhşətinin bitməsi sözsüz ki, sevindirici haldır. Bu baxımdan xoş təəssüratlar yaşadım. Digər tərəfdən isə, Azərbaycan azad etdikləri şəhərlər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılıb, məhv edildiyini görəndə dəhşətə gəldim. Mən Füzulidə və Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb. Ona görə də, hesab edirəm ki, şəhərlərin, qəsəbələrin, kəndlərin bərpa olunması üçün böyük işlər görülməlidir. Əlbəttə ki, bu, uzun illər və böyük həcmdə maliyyə xərci tələb edir. Bu mənada ermənilər özlərindən sonra sanki atom silahının bombaladığı kimi yandırılmış və məhv edilmiş torpaq saxlayıblar. Ancaq ermənilərin atom bombası olmayıb. Onları atom silahı Azərbaycana qarşı nifrəti olub. Bunun nəticəsidir ki, həmin ərazilərdə hazırda ölü mənzərə hökm sürür. Yüzlərlə kvadrat kilometr minalanmış sahələr, heç bir heyvan, quş və canlı bitkiyə rast gəlmək mümkün deyil”, deyə İqor Korotçenko vurğulayıb. (APA)

  • ABŞ-da anomal hava şəratindən ölənlərin sayı artıb

    ABŞ-da anomal soyuqlar nəticəsində ölənlərin sayı 47-yə çatıb.

    Median.Az bildirir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

    Onların müxtəlif səbəblərdən, o cümlədən dəm qazından zəhərlənmədən, yol-nəqliyyat hadisəsindən, yüksək istilikdən öldüyü bildirilir.

  • Россияне чаще других посещали нашу страну в прошлом месяце

    В январе 2021 года в Азербайджане побывало 36,1 тыс. иностранцев и лиц без гражданства из 105 стран, что в 6,3 раза меньше, чем за аналогичный период прошлого года.

    Отмечается, что в основном поездки не были связаны с туристическими целями.

    В прошлом месяце 34,1 процента прибывших составили граждане Российской Федерации, 28,4 % – Турции, 13,1 процента – Ирана, 11,7 % – Грузии, 2,1 процента – Украины, 1,5 % – Великобритании, один процент – Беларуси, 7,3 % – других стран.

    95,2 процента приезжих составили мужчины и 4,8 % – женщины.

    По сравнению с январем 2020 года, общее количество прибывших из стран Персидского залива уменьшилось в 7,3 раза и достигло 4,8 тыс. человек, из государств СНГ снизилось в 5,6 раза – 14,4 тыс. гостей, а из стран-членов ЕС сократилось в 3,7 раза (1 600).

    72 процента иностранцев и лиц без гражданства прибыли в нашу страну железнодорожным и автомобильным, 23,4 % – воздушным и 4,6 процента – морским транспортом.

    Отмечается, что спад в туристическом секторе в результате кризиса, вызванного пандемией коронавируса (COVID-19), сохранился и в первом месяце этого года.

  • Evli kafe sahibi ilə görüşən qadın: “Bilərək onunla münasibət qurdum”

    ATV-nin “Bizimləsən” layihəsində gərgin anlar yaşanıb.

    Median.Az bildirir ki, verilişə müraciət edən Mətanət adlı xanım üçün zəng gəlib. Kəmalə adında azərbaycanlı qadın İstanbuldan telefon bağlantısına qoşularaq Mətanəti tanıdığını bildirib. Qadın şok iddialarla çıxış edərək, Mətanətin Nurlan adlı sevgilisindən doğulan 40 günlük qız övladını satdığını deyib. Mətanət isə canlı yayımda qadını tanımadığını bildirib.

    Mətanət efir vasitəsilə kafe sahibi ilə olan münasibətindən danışıb. O, “Münasibətdə olduğum kişinin bir il ailəsi dağılmaq təhlükəsi qarşısında qaldı. Həmin innsanın öz səhvi olub. Kimsə birini nəyəsə məcbur edə bilməz. Mən onu özümdən uzaqlaşdıraraq ailəsi ilə barışdırdım.

    Münasibət qurduğum insan kafe sahibi idi. Ailəsi olduğunu bilirdim. Mən onun kafesində işləyirdim. Ailəsinin, övladlarının olduğunu bilə-bilə onunla münasibət qurdum.

    Ailəsi az qala dağılacaqdı. Ayrılmağıma səbəb kimi “Ailə dağıdanın ailəsi olmaz” fikri oldu. Mən heç kimi məcbur yanımda saxlamamışam”

    Qeyd edək ki, Mətanətin üç oğul övladı var.//sonxeber

  • Hipertoniyadan əziyyət çəkənlərə ŞAD XƏBƏR: sadəcə bu üsulla…

    Hipertoniyadan əziyyət çəkən insanlar qan təzyiqini dərmansız aşağı sala bilər.

    Median.Az bildirir ki, ABŞ-ın Mayo Klinikasının həkimləri buna əmindir.

    Mərkəzin həkimləri hər şeydən əvvəl çəkinin nəzarətdə saxlanılmasını tövsiyə edir. Çünki artıq çəki yuxu pozğunluğuna səbəb olur və bu, təzyiqdə özünü göstərir.

    Əlbəttə ki, qidalanma üçün də tövsiyələr var: daha çox meyvə və tərəvəz, az yağlı süd məhsulları, duz qəbulunun nəzarətdə saxlanması.

    Amerikalı həkimlər hər gün ən azı yarım saat idman etməyi tövsiyə edirlər. Gəzinti, üzgüçülük və velosiped sürməyin sağlamlığa effektini artıracağına inanırlar.

    Bununla birlikdə, bəlkə də qan təzyiqini normallaşdırmaq üçün ən çətin şərt stressdən qaçmaq və ya xroniki hala gəlməsinin qarşısını almaqdır.

  • Bakıda bağçalara uşaq qəbulu dayandırıldı

    Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

    Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

    Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.