Month: February 2021

  • Metro ilə bağlı açıqlama: Səhər 07:00-dan 10:00-dək və axşam…

    “Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır. Belə olan təqdirdə insanlar istədikləri ünvana daha rahat çata biləcəklər”.

    Median.Az azerforum.com-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Cavid Osmanov bildirib.

    Deputat əlavə edib ki, insanları narahat edən ciddi bir məsələ var:

    “Son günlər koronavirusa yoluxma sayında müsbət dinamika müşahidə olunsa da, bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Digər tərəfdən Azərbaycan o ölkələrdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bunun fonunda insanları narahat edən ciddi bir məsələ var. Bu da ictimai nəqliyyat vasitələrində sıxlığın yaranmasıdır.

    Nəzərə almaq lazımdır ki, Bakı, Abşeron və Sumqayıtdakı təhsil müəssilərində əyani tədris müəyyən qrafiklərlə bərpa olunub. Bunun fonunda belə bir sual meydana gəlir ki, metronun fəaliyyəti nə vaxt bərpa olunacaq?

    Məlum məsələdir ki, koronavirusun yayılma halları daha çox qapalı yerlərdə olur. Buna görə Operativ Qərargah hələlik metro stansiyaların açılmasına qərar verməyib. Digər tərəfdən ictimai nəqliyyatda – əsasən də avtobuslarda böyük sıxlıq müşahidə olunur. Bu prosesin özü də virusun daha sürətlə yenidən yayılmasına səbəb ola bilər. Çox vacibdir ki, ilk növbədə avtobusların sayında artım olmalıdır ki, oturacaq tutumu qədər insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatda çatışmazlıq varsa, biz insanların iradlarını anlamalıyıq. Çünki işə, məktəbə və digər yerlərə gedən vətəndaşlar problemlərlə üzləşirlər”.

    Cavid Osmanov əlavə edib ki, ictimai nəqliyyatda olduğu kimi metroda da oturcaqların sayı qədər vətəndaşların qatarda getməsi məqsədəuyğun olardı: “Bununla əladar müəyyən tədbirlər görülməlidir. Bu prosesi metrodakı nəzarətçilər tənzimləyə bilər. Girişdə, çıxışda və qatardakı nəzarətçilərin iştirakı ilə bu, mümkün ola bilər. Biz bu yolla virusa qarşı mübarizə tədbirlərini daha effektiv edə və insanların rahatlığını təmin edə bilərik.

    Metroların açılması ilə bağlı daha bir təklif bundan ibarət ola bilər ki, metro stansiyaları günün müəyyən saatlarında işləyə bilər. Səhər 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər işləyə bilər ki, işə gedib və qayıdan vətəndaşlar rahat şəkildə öz ünvanlarına çatsınlar. İlkin mərhələdə bu, müvafiq variant ola bilər. Sonrakı mərhələdə isə metronun fəaliyyətinin tam bərpası mümkünləşəcək”.

  • Джейхун Байрамов встретился с главами дипмиссий стран ЕС в Азербайджане – ФОТО

    Министр иностранных дел Джейхун Байрамов встретился с главами дипломатических миссий стран-членов Европейского Союза (ЕС) в Азербайджане.

    Об этом говорится в сообщении МИД.

    В ходе встречи Джейхун Байрамов проинформировал ее участников о текущей ситуации в регионе, в частности о выполнении трехсторонних заявлений, подписанных лидерами Азербайджана, Армении и России 10 ноября 2020 года и 11 января 2021 года.

    Были обсуждены новый формат безопасности на Кавказе, а также вновь открывшиеся возможности сотрудничества. Министр проинформировал дипломатов ЕС о том, что после достижения соглашения о прекращении огня на освобожденные территории была направлена группа террористов-диверсантов, что полностью нарушает условия трехстороннего заявления, подчеркнул недопустимость подобных преступных действий.

    Дж.Байрамов также рассказал о вкладе Азербайджана в энергетическую безопасность Европы, об уже введенном в эксплуатацию глобальном проекте Южного газового коридора и возможностях его дальнейшего расширения на континенте, а также о двусторонних отношениях между нашей страной и ЕС и переговорах по новому соглашению.

    Представитель ЕС в Азербайджане, посол Кестудис Янкаускас поблагодарил за предоставленную информацию и сказал, что было бы полезно продолжить диалог в этом формате и в будущем. Он отметил важность двусторонних отношений, в том числе подписание нового соглашения, взаимодействия в энергетической области и вновь открывшиеся возможности сотрудничества в рамках Восточного партнерства.

    Касаясь гуманитарной помощи ЕС лицам, пострадавшим в результате конфликта, посол подчеркнул важность проведения подробных обсуждений относительно той роли, которую ЕС может сыграть в постконфликтном процессе.

    Затем министр Джейхун Байрамов ответил на многочисленные вопросы участников встречи.

  • Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan var

    Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Baxışzadə Elsevər Şahin oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu ölkədə koronavirusun üçüncü dalğası elan edildi

    Polşada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın səhiyyə naziri Adam Nedzelski Varşavada mətbuat konfransında deyib.

    “Biz artıq Polşada üçüncü dalğanın başladığını deyə bilərik”, – deyə Nedzelski bildirib.

    O qeyd edib ki, son zamanlar ölkədə koronavirusa yoluxanların sayı artır. Ölkədə epidemiyanın başlanğıcından 1 623 218 nəfər koronavirusa yoluxub, 41 823 nəfər isə dünyasını dəyişib.

  • Gəncə və Bərdə hadisələri haqqında film çəkilir – FOTO

    Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı sənədli film çəkilir.

    Bu barədə Kulis.az-a filmin quruluşçu rejissoru Pərviz Həsənov məlumat verib.

    Layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumat yer alıb. Layihədə həmçinin Qarabağ münaqişəsinin başlanması, Vətən müharibəsində müzəffər ordumuzun qazandığı uğurlar,həmçinin erməni qəsbkarlarının ötən ilin oktyabrında Gəncə şəhəri və Bərdə rayonuna dinc əhalinin bombardmana məruz qoyulmasından söhbət açılır. Həmçinin bu terrorda şəhid olan dinc əhalinin, ağır yaralanan əhalinin başına gətirilən bəlalar da bu layihənin əsas məqsədlərindən biridir

    Qeyd edək ki, layihənin rəhbəri Nigar Ələsgərova quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru Elçin Ağazadə, ssenari müəllifi Pərviz Seyidli, prodüsser Vüqar Əliyev, icraçı prodüsser Fuad Cəfərov, layihənin meneceri Əziz Məmmədovdur.

  • Задержан продавец, который убил задолжавшего ему клиента

    В ходе оперативно-разыскных мероприятий, осуществленных правоохранительными органами Гейчайского района по факту смерти 18 февраля 2021 года в результате ножевого ранения Полада Салехова (1989 г.р.), сегодня на территории райцентра был задержан подозреваемый в его убийстве управляющий магазином “Аскероглу” Руслан Халилов.

    Расследованием было установлено, что между ним и потерпевшим, на почве наличия у последнего долга торговому объекту, возникла ссора, в ходе нее продавец нанес должнику ножевые ранения, от которых тот впоследствии скончался в больнице.

    В настоящее время по данному факту в прокуратуре Гейчаского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР.

    Продолжается осуществление необходимых оперативно-следственных мероприятий.

  • Cəlilabadda yol qəzası olub

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.

    Belə ki, hərəkətdə minik avtomobili “Mercedes” markalı minik avtomobilinə çırpılıb. “Mercedes” sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalanıb – FOTO

    Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşım edib.

    “Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm”, – deyə nazir qeyd edib.

  • Mağazaya borcu olan tanışını öldürən şəxs tutulub

    Fevralın 18-də saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

    İstintaqla Göyçay şəhəri Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • “Aşkı-Məmnu”nun “gəmi kapitanı” koronavirusdan öldü – FOTO

    Türkiyənin tanınmış kino və teatr aktyoru Toyqun Atəş koronavirusdan vəfat edib.

    “Haber Global”ın məlumatına görə, COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alan 66 yaşlı aktyor 9 gün ərzində virusa müqavimət göstərib.

    Fevralın 6-da test cavabı pozitiv çıxan Atəş İnönü Universitetinin Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Onun süni nəfəs aparatına qoşulduğu bildirilib. Lakin görülən bütün tədbirlər tanınmış aktyorun həyatını xilas etmək üçün kifayə olmayıb.

    Qeyd edək ki, Toyqun Atəş “Aşkı-Məmnu” (gəmi kapitanı), “Fatmagülün günahı nə?” (Emin) və “Möhtəşəm yüz il. Kösəm” (Sofu Sinan paşa) kimi seriallarda canlandırdığı obrazlarla Azərbaycan tamaşaçısına yaxşı tanış idi.