Month: February 2021

  • В Шамкире женщина нанесла телесные повреждения пожилой свекрови

    В Шамкире 96-летней женщине в ходе семейного конфликта были нанесены телесные повреждения.

    Как сообщает Report, жительница района Ф.Велиева (1935 г.р.) госпитализирована с травмами различной степени тяжести.

    Отмечается, что они ей были нанесены невесткой.

    По данному факту проводится расследование.

  • Vaqif Əsədovdan Bakıdakı taksilərlə bağlı AÇIQLAMA

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov paytaxtda nəqliyyatın hərəkəti zamanı yaranan sıxlığın səbəbləri və bundan çıxış yolları ilə bağlı məsələyə münasibət bildirib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən polis polkovniki Vaqif Əsədov qeyd edib ki, Bakıda süni sıxlıq və tıxacların yaranmasına səbəblərdən biri də dayanma-durma üçün kifayət qədər yerlərin ayrılmamasıdır: “Düzdür, bununla bağlı işlər gedir. Amma dayanma-durma üçün yerlərin müəyyən edilməsi prosesi nə qədər tez olsa, problem də o qədər tez həll olunar.

    Bundan başqa, Bakının inzibati ərazisi üçün taksilərin müəyyən edilmiş sayı var. Lakin reydlər zamanı müəyyən edirik ki, Bakıda taksilərin sayı həddən artıq çoxdur. Sürücülər isə bu işə çörək pulu üçün çıxdıqlarını deyirlər. Mən demirəm ki, həddən çox sürücüyə icazə verilib. Biz reydlərdə hər gün icazəsiz fəaliyyət göstərən 20-30 taksi aşkar edirik. Bakıda taksilərin sayının çox olması sıxlıq yaradır, taksi sürücüləri dayanma-durma qaydalarını pozurlar, harada gəldi avtomobili saxlayıb müştəri götürürlər, ya da müştəri düşürürlər. Bu da nəqliyyatın hərəkətində sıxlığa səbəb olur və nəticədə tıxac yaradır.

    Bakı şəhəri üçün taksilərin sayı konkret olaraq inzibati əraziyə görə müəyyən olunan saya uyğun olmalıdır”.

    Vaqif Əsədov qeyd edib ki, hazırda Bakıda metronun fəaliyyətini dayandırması da yerüstü nəqliyyatın yükünü artırır: “Bu gün yuxarı sinif şagirdləri və tələbələr hələ ki dərslərə distant formada davam edirlər. Onlar da əyani tədrisə keçəndə, Bakıda nəqliyyatın hərəkətində gərginlik artacaq. Metro bağlı qaldığı üçün bütün yük ictimai nəqliyyatın üstünə düşün. Eyni zamanda sərnişindaşımada da gərginlik yaranır. Bu səbəbdən insanlar şəxsi maşınlardan istifadəyə üstünlük verirlər. Nəticədə yerüstü hərəkətdə sıxlıq və tıxac yaranır. Nəzərə alsaq ki, daha öncə şəxsi avtomobili olanlar da ictimai nəqliyyatdan, metrodan istifadə edirdi”.

    Polkovnik bildirib ki, Bakıda hər 8 nəfərdən birinin avtomobili var: “Ölkədə olan 1,4 milyon avtomobildən 600 mindən çoxu Bakıdadır. Elə bu rəqəmdən bilmək olur ki, paytaxtda hərəkətlə bağlı gərginlik nə səviyyədədir. Bu gün yol polisi xidmət aparmasa, vəziyyət lap pis olar. Yol polisi olmadan hərəkəti tənzimləyə bilmirik. Hər sürücü özünün haqlı olduğunu sübut etməyə çalışır”.

    Qeyd edək ki, Bakıda dayanma-durma yerlərinin müəyyən edilməsi və taksilərə fərqlənmə nişanı verməklə fəaliyyətlərinə icazə verilməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir.

  • Tofiq Heydərov istefa verib

    Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti vəzifəsindən istefa verib.

    Median.Az xəbər verir ki, bu barədə “report”a AAAF-ın mətbuat katibi Kənan Məstəliyev bildirib. Onun s[zlərinə görə, T.Heydərov 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb.

    K.Məstəliyev bir qrup ağırlıqqaldıranın federasiya prezidenti Cahangir Əsgərova müracətinə də münasibət bildirib. O, müraciət məktubu ilə tanış olduqlarını söyləyib: “Əvvəla qeyd edək ki, bu etiraz yox, müraciətdir, bunu da normal qarşılayırıq. Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra hesabat-seçki konfransının keçirilməsi labüddür. Sadəcə, məktubu imzalayanlar informasiyanı tam verməyiblər”.

    Federasiya rəsmisinin sözlərinə görə, hesabat-seçki konfransının indiyədək keçirilməməsi pandemiya ilə əlaqədardır: “Olimpiya tsikli hələ bitməyib. Həmçinin burada qeyd olunduğu kimi, heç də bütün ölkələrdə seçki konfransı keçirilməyib. Belələri çoxdur. Ən yaxın misal, qonşu Türkiyədir. Onlar da öz hesabat-seçki konfranslarını bu il keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra təşkil etməyi qərara alıblar. Səbəb isə çox sadədir: pandemiya. Dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə müxtəlif izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan, ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır. Üstəlik, hesabat-seçki konfransı adətən Olimpiya Oyunlarından sonra keçirilir. Yarış isə hələ baş tutmayıb. Hesabat-seçki konfransının Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra keçirilməsi nəzərdə tutulub”.

    Qeyd edək ki, Tofiq Heydərov 2017-ci ilin dekabrında AAAF-ın vitse-prezidenti seçilib və Azərbaycan millisinin baş məşqçi vəzifəsindən istefa verib. Hazırda baş məşqçi vəzifədə Asif Məlikov çalışır.

  • Azərbaycanda körpə market borcuna görə satıldı – FOTO

    Azərbaycanda ana az yaşlı qızını market borcuna görə satdı.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verlişinə çıxan və market borcuna görə uşağı satan qadının oğlu deyib.

    O, bildirib ki, o uşağı çox adam satın almaq istəyib: “Anam imkansız olub və o uşağı 6 aya qədər saxlayıb. Anam marketdə uşağa süd, pampers və digər şeylər alıb. Bu gün həmin market yoxdur, amma sahibi yaşayır. Uşağı götürmək istəyən, market borcunu ödəyib”.

  • Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA

    Son günlər yoluxanların sayında azalma dinamikası davam etsə də, sərtləşmələrlə bağlı fikirlər də səsləndirilir. Belə ki, mart ayında karantin rejimində yenidən sərtləşmələrin olması ilə iddialar var. Novruz bayramında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

    Median.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Novruz bayramına kimi karantin rejimi yenidən sərtləşə bilər:

    “Mart ayında bayramlar çox olduğu üçün, karantin rejiminin sərtləşdirilməsi gözləniləndir. İnsanlar bayram günlərində karantin rejiminə baxmayaraq yenə də bir-birilərinin evinə gedib gəlirlər. Bayram günlərində yoluxma və ölüm saylarının artmaması üçün yenidən məhdudiyyətlər ola bilər. Əlbəttə vaksinasiyadan və insanlarımızın 3 qızıl şərtə əməl etməsindən də çox şey asılı olacaq. Sevincidirici haldır ki, insanlarımız qaydalara əməl edirlər. Demək olar ki, əvvəlki dövrlə müqayisədə maskasız insan yoxdur. Qapalı yerlərdə də insanlarımız maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, əldə edilən müsbət nəticəni qorunmaq məqsədilə martda bayramlara görə sərtləşmələrə gedilə bilər”.

  • Глава МИД Армении подаст в отставку

    В ближайшее время министр иностранных дел Армении Ара Абрамян подаст в отставку.

    Об этом сообщает Telegram-канал Mediapost.

    Отмечается, что он уже подписал соответствующее заявление. В настоящее время ведутся поиски кандидата, который его заменит.

    После того как определятся с фигурой нового министра, новость об отставке А.Абрамяна будет озвучена в официальном порядке.

  • Sumqayıtda seksual manyak peyda olub – FOTOLAR

    Sumqayıt şəhərində azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq edən şəxs axtarılır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, 2 gün əvvəl 30-35 yaşlı şəxs şəhərin 9-cu mikrorayonunda 5 yaşlı G.R-nı güdüb. Uşağın həyətdə oynayandan sonra binaya daxil olmasını gözləyən naməlum şəxs onun ardınca binanın dəhlizinə girib. Manyak üçüncü mərtəbədə azyaşlı qızın əlindən tutaraq onu divara sıxışdırıb.

    Bildirilir ki, hadisə barədə ilk olaraq azyaşlı qızın anası xəbər tutub və həyat yoldaşını çağırıb. Bundan sonra manyak qaçıb. Uşağın atası onu tutmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

    Faktla bağlı polisə müraciət edilib.

    Ərazidəki kameralardan çıxarılan görüntülər təqdim edilib.

  • “ASAN xidmət”də qazimizin nikahı qeydə alındı – VİDEO

    “ASAN xidmət”də qazimizin nikahı qeydə alınıb.

    Median.Az xəbər verir ki, nikaha daxil olan şəxslər Vətən müharibəsi iştirakçısı, qazimiz Rüstəm və həmin müharibədə tibb bacısı kimi iştirak edərək yaralı əsgərlərimizə kömək edən Esmira olublar.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19%-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7%-ni təşkil edib.
    “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

    Ötən ilin sonuna birbaşa daxili dövlət borcu 1 726 milyon manat və yaxud ÜDM-in 2,4%-i, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və yaxud ÜDM-in 0,3%-i, daxili dövlət borcu 1 942,1 milyon manat və yaxud ÜDM-in 2,7%-i qədər olub.

  • Dövlət qurumunun imtahan verən əməkdaşında səsötürücü aşkarlandı

    Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan bir namizədin üzərində səsötürücü qurğu tapılıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunub və müvafiq protokol tərtib olunmaqla, namizəd imtahandan kənarlaşdırılıb.

    Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.