Month: February 2021

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 110 837 382 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 452 582 xəstə ölüb, 85 777 631 nəfər sağalıb.

    Şimali Amerikada 32 696 109, Avropada 32 748 804, Asiyada 24 300 637, Cənubi Amerikada 17 217 117, Afrikada isə 3 823 291 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 523 524 nəfər), Hindistan (10 963 394 nəfər), Braziliya (10 030 626 nəfər), Rusiya (4 125 598 nəfər) və Böyük Britaniyadır (4 083 242 nəfər).

    Doqquzuncu sırada olan Türkiyədə 2 616 600, İranda 1 550 142, Gürcüstanda 267 313, Ermənistanda isə 169 820 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (81 926 nəfər), İranda (59 264 nəfər) və Türkiyədədir (2 616 600 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 232 636 nəfərin 3 190-ı ölüb, 227 271-i sağalıb.

  • В Габале сгорел двухэтажный дом

    В селе Икинджи Пирали Габалинского района в двухэтажном доме общей площадью 360 кв. м сгорели воспламеняющиеся конструкции и предметы домашнего обихода.

    Об этом сообщает пресс-служба МЧС.

    Близлежащие постройки были защищены от огня.

    Пожар потушен.

  • Qəbələdə ikimərtəbəli ev yanaraq külə döndü

    Qəbələ rayonunda ev yanıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun İkinci Pirəli kəndində qeydə alınıb.

    Belə ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Yapon alimlər qocalmanı gecikdirməyin yolunu tapıblar

    Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar.

    “RİA Novosti” xəbər verir ki, qocalma əleyhinə dərmanların istifadəsi 5-10 ildən sonra başlaya bilər.

    Yaşlanma prosesi bədəndə bölünmə qabiliyyətini itirərək yığılıb iltihab və qocalmaya səbəb olan hüceyrələr səbəbindən baş verir.

    Yapon alimləri bu cür hüceyrələrin mövcudluğu üçün lazım olan GLS1 fermentini yox etməklə “qocalma hüceyrələrini” məhv edən mexanizm hazırlayıblar.

    Mütəxəssislər nəticələrini siçanlar üzərində uğurla sınaqdan keçirə biliblər.

    İnhibitor olaraq bəzi klinik onkoloji növləri üçün artıq klinik sınaqların ilk mərhələsindən keçən dərmanın istifadəsi təklif olunur.

    Xərçəng hüceyrələrinin də GLS1-dən asılı olduğu bildirilir.

    Yaponiyada hesab edirlər ki, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmanın müalicəsi olaraq istifadə edilə bilinəcək.

  • Sosial şəbəkədə qapılarının döyüldüyünü və bərk qorxduğunu deyən uşaq yarım saat sonra öldürüldü – VİDEO

    Doqquz yaşlı Melisa sosial şəbəkədə qapılarının döyüldüyünü və çox qorxuduğunu dedikdən yarım saat sonra öldürülüb.

    “Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Çita şəhərində baş verib.

    “O, qapımızı döyür, qışqırır və söyür. Mən qorxuram”, – deyə qız videoda bildirir.

    Qızın danışığından belə aydın olur ki, haqqında danışdığı qonşusu evlərində gedən təmirin səsindən şikayətlənib. O, qapını uzun müddət döyüb, ancaq heç kəsin açmadığını görəndə qapının arxasından atəş açıb, güllə qıza dəyib.

    Hazırda həmin şəxs saxlanılıb, ifadəsi alınır.

  • Rusiyada bir yaşlı körpənin mədəsindən 117 maqnit kürə çıxdı

    Rusiya paytaxt xəstəxanalarının birində qeyri-adi hadisə yaşanıb.

    “İzvestiya” nəşrinin Moskva Səhiyyə Departamentinə istinadən yaydığı xəbərə görə, bir yaşlı körpənin mədəsindən 117 maqnit kürə çıxarılıb.

    Departamentin mətbuat xidmətindən verilən məlumata əsasən, fevralın 18-də azyaşlı qız və oğlan valideynləri tərəfindən xəstəxanaya gətirilib. Uşaqların anası evdə maqnit konstruktorun çox sayda elementinin yoxa çıxıdığını və uşaqlardan şübhələndiyini bildirib.

    Rentgen zamanı qızın mədəsində şübhəli heç nə olmadığını görən həkimlər, bir yaşlı oğlanın daxilində bir topa yad cisim aşkar ediblər. Dərhal edilən əməliyyat nəticəsində körpənin mədəsindən düz 117 maqnit kürə çıxarılıb.

    Hazırda uşağın vəziyyətinin normal olduğu bildirilir.

  • Азербайджанская нефть продолжает дорожать

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,86% или на 0,55 доллара за баррель – до 64,78 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşmaqda davam edir

    Azərbaycan neftinin qiyməti artıb.

    “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 64,78 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • ДТП на центральном проспекте Баку полностью парализовало движение – ФОТО

    На проспекте Гейдара Алиева в Баку полностью остановлено движение.

    Об этом сообщили в Бакинском транспортном агентстве.

    Причиной стало ДТП на вспомогательной дороге в направлении города.

    В связи с аварией увеличился интервал движения всех автобусов регулярных и экспрес-маршрутов.


  • Bakının mərkəzi küçəsində qəza hərəkəti tam dayandırdı – FOTO

    Bakının Heydər Əliyev prospekti köməkçi yolda hərəkət tam olaraq dayanıb.

    Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, buna səbəb şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsi baş verməsidir.

    Hadisə səbəbindən bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.