Month: March 2021

  • Məişət avadanlığı sahiblərini necə izləyə bilər?

    “İntellektualnıy Rezerv” şirkətinin partnyoru və direktoru Pavel Myasoyedov bildirib ki, internetlə əlaqəli olan əşyalar insanın həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, lakin eyni zamanda özündə bir sıra kiber təhdid daşıdığını da qeyd edib. Bəzi məişət texnikası səslə idarə olunur, insanların şəkillərini əldə edərək, hesablamalar aparıldığı serverlərə məlumat kimi göndərir. Bu, təcavüzkarların onları ələ keçirmək təhlükəsi ilə əhətə olunub.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis istifadəçinin məlumatlarının və ya biometrik məlumatlarının ötürülmə zamanı ələ keçirilə biləcəyini və ya serverin haker hücumuna məruz qalacağını izah edib. Mütəxəssis təcavüzkarın bu məlumatlar əsasında insan haqqında çox şey öyrənə biləcəyini deyir. Bunun hələ ağıllı ev avadanlığı ilə əlaqəli ən böyük risk olmadığını qeyd etdi. Mütəxəssisin fikrincə, İnternetə qoşulan qapı zəngləri, kameralar və mikrofonlar da bədniyyətli şəxslərə vətəndaşların hər hansı hərəkəti barədə məlumat verə bilər. Bundan əlavə, ağıllı ev alətlərinin köməyi ilə təcavüzkarlar sahibinin gündəlik rejimi barədə məlumat əldə edə bilər. Xüsusilə, oğru evdə ev sahibinin nə vaxt olmadığını öyrənə bilər. Mütəxəssis xəbərdarlıq edərək, hələ də yeni kiber təhdidlərə qarşı etibarlı antiviruslar və qoruma sistemlərinin olmadığını və buna görə diqqətli olmalı və tam olaraq ağıllı avadanlığa etibar etməməyi tövsiyə edib.

  • “Instagram”da yenə problem yarandı

    Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

    Median.Az APA-ya istinadən bildirir ki, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, İngiltərə, Rusiya, Yaponiya və bir sıra ölkələrindən daxil olduğu bildirilir.

    Şikayətlərin əsas hissəsi (təxminən 58%-i) sosial şəbəkəyə daxil olmaqla problemlə bağlıdır, 22%-i veb saytdakı problemlərlə əlaqədardır, istifadəçilərin 19%-i xəbər lentinə baxmaqda çətinlik çəkir.

  • Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq – SİYAHI

    Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.

    Agentlikdən verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib.

    Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

    Ali təhsil müəssisəsi

    İmtina sayı

    Regionlararası Heyətin İdarəolunması Akademiyası

    152

    Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti

    103

    İvanovo Dövlət Universiteti

    101

    Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası

    101

    V.N.Karazin adına Xarkov Milli Universiteti

    76

    Dağıstan Dövlət Pedaqoji Universiteti

    68

    Poltava İqtisadiyyat və Ticarət Universiteti

    68

    Tbilisi Açıq Tədris Universiteti

    64

    Avropa Universiteti

    60

    Gürcüstan Texniki Universiteti

    58

  • Almaniyada peyvənd vurduranlar arasında 30-dan çox insanın beyində tromboz yaranıb

    “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndini vurduranlar arasında 30-dan çox insanın beynində tromboz hadisəsi qeydə alınıb.

    Bu barədə “Der Spiegel” Almaniyanın Paul Ehrlich İnstitutuna istinadən xəbər verib.

    Məlumata görə, 31 xəstənin doqquzu artıq ölüb.

    Fəsadlar 36 və 57 yaşlarında iki kişidə, həmçinin 20-63 yaş arasındakı 29 qadında aşkar edilib.

    Nəşrdə bildirilir ki, 19 vəziyyətdə həkimlər trombositopeni (trombosit sayında azalma) müşahidə ediblər.

    “Der Spiegel” Almaniyada təxminən 2.7 milyon insanın “AstraZeneca” peyvəndi vurdurduğunu qeyd edib. Digər 800 nəfər artıq ikinci peyvənd dozasını alıb.

  • Ermənistan hərbi itkilərinin yeni sayını açıqladı

    Ermənistan Səhiyyə Nazirliyi hərbi itkilərlə bağlı yeni açıqlamalar verib.

    Qaynarinfo xəbər verir ki, Ermənistan KİV-i xəbər verir ki, bu günə qədər 3716 cəsəd məhkəmə-tibbi ekspertizadan keçirilib. Bundan başqa, 312 cəsəd nümunəsi DNT ekspertizasından keçirilməyi gözləyir.

    Açıqlanan statistika 2020-ci il 27 sentyabrdan 2021-ci il martın 22-nə qədər olan tarixi əhatə edir.

  • Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlandı

    DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

    A qrupu, III tur
    20:00. Azərbaycan – Serbiya
    Baş hakim: Roy Reynşreyber (İsrail)

    Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

    Ehtiyat oyunçular: Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Kərim Diniyev, 22. Toral Bayramov
    Baş məşqçi: Canni de Byazi

    Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonjiç, 6. Nemanya Maksimoviç, 8. Nemanya Qudelj, 17. Filip Kostiç, 10. Duşan Tadiç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç

    Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihailo Ristiç, 21. Filip Dyuriçiç, 22. Marko Qrujiç
    Baş məşqçi: Draqan Stoykoviç

  • Prokuror Yunis Səfərova ömürlük cəza istəyib

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Prokuror çıxışında Y.Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Musatafeyvin 20 il, Ceyhun Qurbanovun 28 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

    Daha sonra müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib.

    Proses aprelin 13-nə qədər təxirə salınıb.

    Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

    Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

    Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxan zaman müdafiə tərəfi etiraz verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsinin olması səbəbilə işin başqa məhkəməyə göndərilməsini istəyib.

    Gəncə Apellyasiya Məhkəməsinə etirazı əsaslı hesab edərək, cinayət işini baxılması üşün Bakı Ağır Cinayətlər Məhkiəməsinə göndərib.

  • Daha iki məktəb koronavirusa görə distant təhsilə keçib

    Sumqayıtda fəaliyyət göstərən iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

    Sumqayıtda 14 və 28 nömrəli tam orta məktəbdə dərslər distant formada davam etdiriləcək.
    Dərslər iki həftə distant formada davam etdiriləcək.

    Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant formaya keçirilib.

  • Füzuli rayonunun Divanalılar kəndinin görüntüləri – VİDEO

    Müdafə Nazirliyi Füzuli rayonunun Divanalılar kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • ÜST-dən peyvəndlə bağlı AÇIQLAMA

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus peyvəndləri ilə bağlı yeni açıqlama yayıb.

    “Hürriyet” xəbər verir ki, bəyanatda mövcud peyvənd dozalarının 76 faizinin yalnız 10 ölkə tərəfindən istifadə edildiyi bildirilir.

    Başqa sözlə desək, hər 100 peyvənddən 76-sı on ölkə arasında bölüşdürülüb, dünyanın qalan hissəsinə peyvəndlərin 24 faizi düşür.

    Eyni zamanda qeyd edilir ki, indiyə qədər ölkələr 576 milyon ədəd peyvəndlə təmin edilib və COVAX təşəbbüsü çərçivəsində 60 yoxsul ölkəyə yalnız 32 milyon doza vaksin paylana.

    ÜST-ün Baş katibi Tedros Adhanom Qebreisus qlobal böhranın beynəlxalq reaksiyalar tələb etdiyini deyib. “Qlobal həll həmrəylikdən başlayır” deyən Qebreisus zəngin ölkələrin tətbiq etdiyi siyasəti tənqid edib.