Month: March 2021

  • Мэтью Брайза: Армения все еще переживает шок от проигранной войны

    “Заявление от 10 ноября о прекращении огня в Карабахе может стать прочной основой для установления мира в регионе. Из его текста усматривается, что обсуждения шли вокруг базовых принципов. Но если Пашинян покинет пост премьер-министра Армении, то силы, которые придут к власти, могут помешать этому, пытаясь нарушить достигнутые соглашения, хотя они открывают огромные возможности в рамках реализации региональных проектов, в частности, энергетических коридоров “Восток-Запад”.

    Как сообщает Report, об этом заявил бывший сопредседатель Минской группы ОБСЕ, экс-посол США в Азербайджане, старший научный сотрудник Atlantic Council (“Атлантического совета”) Мэтью Брайза, в рамках организованного Центром анализа международных отношений вебинара “Новые реалии Южного Кавказа: Перспективы и вызовы”.

    “После завершения второй Карабахской войны стало возможным подписание между Азербайджаном и Туркменистаном соглашения по месторождению “Достлуг”. Это новая страница в истории отношений двух стран.

    В целом, региональные проекты открывают огромные возможности как для Азербайджана и Турции, так и для Армении. Это даст ей возможность интегрироваться в экономические процессы в этом пространстве. Но к этому есть и препятствия. Армения, как мы видим, все еще не может представить себе сотрудничество в рамках данного трехстороннего формата, она все еще переживает шок от проигранной войны”, – сказал он.

  • Gürcü telejurnalist: “Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib” – FOTO

    Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərim məni dəhşətə gətirdi. Burada müharibənin izlərindən başqa heç nə yoxdur.

    AZƏRTAC xəbər verir ki, bu barədə gürcü telejurnalist, “Tv Pirveli” telekanalının müxbiri Miranda Baqaturiyanın Ağdamdan hazırladığı reportajda məlumat verilib.

    Telejurnalist bildirib ki, 1990-cı illərə qədər Ağdamda əsasən azərbaycanlılar yaşayıb. Lakin elə həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi işğal olunduqdan sonra Ağdam rayonunda da heç kim qalmayıb. Yurd-yuvalarından didərgin düşmüş insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İndi onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

    Ağdama hərbiçilərin və yeri polis əməkdaşlarının nəzarəti altında getdiklərini söyləyən telejurnalist deyib ki, erməni işğalından azad olunmuş ərazilərdə işğalçılar minlərlə mina basdırıblar. Ona görə də həmin ərazilərdə sərbəst gəzmək və istədiyin yerə getmək çox təhlükəlidir. Burada ümumiyyətlə dağıdılmış evlərdən başqa heç nə yoxdur. Yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri yeraltı sığınacaq və istehkamlar var. İşğalçılar dini, tarixi, mədəni abidləri də dağıdıblar. Ermənilər Ağdamdakı Ağdaban məscidini silah-sursat anbarına çeviriblər. Məscidin yaxınlığındakı mədəniyyət mərkəzindən isə tövlə kimi istifadə olunub.

    M.Baqaturiya bütün əzab-əziyyətlərə sinə gərərək evini tərk etməyən, cəbhənin lap yaxınlığında yaşayan, hər gün atəş və bomba səsləri altında ölümlə üz-üzə gələn yerli sakindən – 75 yaşlı Nuri nənədən müsahibə də alıb. Nuri nənənin müharibənin ağrı-acısı, erməni vəhşilikləri barədə söylədikləri də gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.

    Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın müsahibəsi də yer alıb.

    G.Marxuliya erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

    Gürcü jurnalist Qubadlı rayonunda gördüklərini də tamaşaçılara təqdim edərək deyib: “Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra – 2020-ci ilin noyabrında erməni əhali bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Buradakı evlərin çoxu yandırılıb, yararsız hala salınıb. Təbiət məhv edilib. Gördüklərim məni dəhşətə gətirdi”.

  • Prezident iqtisadi əməkdaşlıq təşkilatının onlayn zirvə toplantısında çıxış edir – CANLI YAYIM

    Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edir.

    Həmin çıxışı təqdim edirik:

  • Azərbaycanda qəbul imtahanları ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

    “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

    Təhsilin hazırki inkişaf səviyyəsi, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübələri, eyni zamanda mövcud pandemiya şəraitində imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi qəbul imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

    Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanınının bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutan qeyd olunan Qərarı qəbul olunub. Qərarda eyni zamanda, qəbul imtahanın bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.

  • Metyu Brayza: “Ermənistan hələ də məğlubiyyətin şokundadır”

    “Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Amma Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”.

    “Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda “Atlantik Şura”nın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və təhlükələr” adlı vebinarda bildirib.

    “İkinci Qarabağ müharibəsi başa çatandan sonra həm də Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair saziş imzalandı. Bu, iki ölkə arasında münasibətlər tarixinin yeni səhifəsidir. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır” – deyə ekspert vurğulayıb.

  • İrana müalicə məqsədilə səfər etməyin şərtləri açıqlanıb

    İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdır.

    İran İslam Respublikasının Bakıdakı səfirliyindən “Report”a verilən məlumata görə, bununla əlaqədar müayinə və müalicə məqsədi ilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları İran İslam Respublikasnın Bakıdakı səfirliyinin Konsulluq şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.

    Bu prosesdə bəzi şərtlər yerinə yetirilməlidir:

    – İrana getmək məqsədi ilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidir.

    – Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PZR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidir.

    İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin ünvanı:

    Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.

    Telefonlar: +99412-433-03-11, +99412-434-19-76.

    Qeyd edək ki, daha əvvəl əcnəbi vətəndaşların İrana səfər etməsinin qaydaları açıqlanmışdı.

  • В Баку задержаны лица, занимавшиеся онлайн-продажей наркотиков – ФОТО/ВИДЕО

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками 21-го отделения полиции Насиминского РУП на основе поступившей информации, были задержаны подозреваемые в незаконном обороте наркотических средств жители Баку – ранее судимый Эльвин Исмаилов и Ильхам Искендеров.

    Об этом говорится в сообщении пресс-службы Министерства внутренних дел Азербайджана.

    В ходе досмотра автомобиля Э.Исмаилова было обнаружено более 300 грамм героина, около 82 грамм метамфетамина, более 3 грамм метадона и электронные весы.

    Установлено, что Э.Исмаилов связывался в соцсетях с гражданином одной из зарубежных стран (личность которого пока не установлена) и содействовал ему в доставке наркотических средств в Баку.

    Задержанный должен был организовать онлайн-продажу наркотиков в столице.

    По данному факту в следственном отделе Насиминского РУП возбуждено уголовное дело по соответствующим статьям УК АР.

  • Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

    Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb.

    Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

    Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

    İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

  • Zəngilan rayonunun Keçikli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Комиссия по вопросам помилования рассмотрела свыше 100 обращений

    Завершилось заседание Комиссии по вопросам помилования при Президенте Азербайджана.

    Как сообщает Trend, на нем было рассмотрено свыше 100 обращений.

    Отметим, что в этом году Комиссия уже провела пять заседаний и рассмотрела свыше 550 заявлений. Большинство из них поступило от осужденных, совершивших ДТП, а также от иностранцев и военнослужащих.