Month: March 2021

  • Путин заявил, что изучит эффект от своей прививки

    Президент России Владимир Путин заявил, что будет расширять географию своих поездок по мере возникновения эффекта после сделанной прививки от COVID-19.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом он сказал в четверг на встрече с лауреатами премий в области культуры и искусства.

    “Прививку (от коронавируса), как вы знаете, я сделал. Сейчас посмотрим, какие титры и когда возникнут, и буду расширять географию посещения различных объектов, в том числе объектов культуры, библиотек”, – сказал он.

    Напомним, что Президент России Владимир Путин привился от коронавируса 23 марта.

  • Putin peyvənd olunmasından danışdı

    “Bildiyiniz kimi koronavirusa qarşı peyvənd olundum. İndi görək yaranan antikorun titri nə vaxt görünəcək və nə qədər olacaq”.

    “Report”un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

    O, qeyd edib ki, titr məlum olduqdan sonra ziyarət coğrafiyasını genişləndirəcək.

    Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq koronavirus əleyhinə peyvənd edilib.

  • В мире может возникнуть дефицит туалетной бумаги

    Дефицит туалетной бумаги может возникнуть в мире в результате нехватки судов для доставки сырья из Южной Америки.

    Как передает Report со ссылкой на ТАСС, об этом в четверг сообщило информационное агентство Bloomberg.

    По его информации, бразильская компания Suzano Papel e Celulose, крупнейший производитель древесной массы – полуфабриката для ряда продуктов, в том числе туалетной бумаги, – предупредила, что “глобальная нехватка морских контейнеров может привести к затруднениям с поставками сырья”.

    На долю Suzano Papel e Celulose приходится около трети мировых поставок древесной массы. Как отмечает агентство, компания использует для перевозки сырья балкеры – суда, предназначенные для перевозки насыпных и навалочных грузов. В последние месяцы в мире наблюдается острая нехватка контейнеров и судов для их транспортировки из-за возросших объемов морских перевозок. По словам генерального директора бразильской компании Уолтера Шалька кризис усугубляется и теперь ощущается нехватка балкеров.

    Значительные перебои в торговле целлюлозой “могут в конечном итоге повлиять на поставки туалетной бумаги, если у производителей не будет достаточных запасов”, подчеркивает Bloomberg.

  • Dünyada tualet kağızı qıtlığı yarana bilər

    Cənubi Amerikadan tualet kağızı istehsalı üçün nəzərdə tutulan xammalı daşıyan gəmilərin az olması dünyada tualet kağızının çatışmazlığına səbəb ola bilər.

    Bu barədə “Report” “Bloomberg” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, Braziliyanın “Suzano Papel e Celulose” şirkəti bildirib ki, qlobal konteyner çatışmazlığı xammal tədarükündə çətinliklərə səbəb ola bilər. Son aylarda dünyada dəniz nəqliyyatında daşımaların həcminin artması səbəbindən konteyner və gəmilərin kəskin çatışmazlığı yaranıb.

    Braziliya şirkətinin baş icraçı direktoru Uolter Şalkenin dediyinə görə, böhran getdikcə ağırlaşır və hazırda yük daşıyıcılarının çatışmazlığı var.

  • “RİA Novosti” Simonyanla birlikdə Putinə qarşı və erməni separatçılarının tərəfində

    Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində müvəqqəti olaraq fəaliyyətini davam etdirən və özünü “Dağlıq Qarabağ” “parlamenti” adlandıran bir qrup separatçı yığını, guya ki, rus dilinin qeyd olunan ərazidə rəsmi dil kimi tanınması barədə “qanun” qəbul edib.

    Aydın məsələdir ki, qondarma qurum tərəfindən qəbul edilən qondarma sənəd heç zaman və heç kim tərəfindən tətbiq olunmayacaq. Bu, sadəcə qondarma parlamentin guya ki, fəaliyyət göstərməsini yamsılamasıdır.

    Özü də nə Azərbaycan, nə Ermənistan, nə də Rusiya, ümumiyyətlə heç kim tərəfindən tanınmayan bir qurumun parlamentinin. Hətta müharibədən əvvəl belə dünyada heç kim “DQR” adlı qondarma qurumu tanımırdı. Müharibədən sonra isə hansısa qeyri-qanuni qurumun statusu, bu qurumun tanınması kimi məsələlər, əlbəttə ki, gündəmdə deyil.

    Nə “DQR” var, nə status, ümumiyyətlə, heç nə yoxdur.

    Sadəcə hələ ki rəsmi Bakıya, erməni əhalisinin yaşadığı Azərbyacan ərazilərində gündəlik həyatı bərpa etməyə yardım edən sülhməramlılar var.

    Vəssalam.

    İndi özünü “deputat” adlandıran separatçı qalıqlar “böyük qardaş”ın qiymətləndirəcəyi ümidilə qərar qəbul ediblər. Qiymətləndirəcək və başlarına sığal çəkəcək. Bəlkə də, öz tikəsindən qalan qırıntıları da bölüşəcək. Ən yaxşı halda isə onları həqiqətən də müdafiə etməyə qalxacaq.

    Lakin kimdən və kimin torpağında?

    Gülməlidir, elə deyilmi?..

    Separatçıların cəhdləri aydındır. Onların başqa ümid yerləri yoxdur. Onlar öz mifik aləmlərində yaşamağa və bu dəfə də rus diliylə bağlı növbəti qondarma qanunu qəbul etmək üçün sanki Rusiyada populyar “Ev-2” teleşousundakı kimi ocaq ətrafında toplaşmağa davam edirlər.

    Nə isə, bunlar bir qırağda qalsın.

    Burada digər bir məsələ diqqər çəkir. Rusiyanın “RİA Novosti” informasiya agentliyinin davranışı. Birincisi, agentlik bu məlumatı dərc edir, ikincisi də burada yenidən “parlament” və “Dağlıq Qarabağ Respublikası” kimi ifadələrdən istifadə edir. Hərçənd ki, “tanınmamış” sözünü də əlavə edir.

    Bəli, “RİA Novosti”nin davranışı heç də təəccüb doğurmur. Belə ki, o, baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyan olan “Rusiya bugün” Beynəlxalq informasiya agentliyi” Federal dövlət unitar müəsisəsinin tərkib hissəsidir.

    Lakin dünyanın ən böyük informasiya agentliklərindən biri olan Rusiyanın dövlət müəssisəsinin öz ölkəsinin başçısının bəyanatlarına açıq şəkildə saymamasını nəzərdən qaçırmaq mümkün deyil.

    Məlum olduğu kimi, Vladimir Putin dəfələrlə Qarabağ müharibəsinin yekunları barədə fikir bildirərkən açıq və dəqiq şəkildə ifadə edib ki, vaxtilə işğal altında olan torpaqlar Azərbaycan əraziləridir və rəsmi Bakı istənilən yolla, o cümlədən də hərbi yolla öz ərazilərini işğaldan azad etmək hüququna malikdir.

    Rusiya prezidenti heç vaxt Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymayıb və açıq şəkildə bəyan edib ki, Qarabağdakı erməni separatçılarını, Ermənistanın özü də daxil olmaqla, heç kim tanımayıb.

    Təkrar edirəm, rəsmi Moskvanın buradakı mövqeyi dəqiq və aydındır. Hansısa “DQR”, tanınmamış qondarma dövlət və ya qondarma parlament, hələ bu parlament tərəfindən qəbul olunan qondarma qanun barədə söhbət belə gedə bilməz.

    Əgər rəsmi Moskvanın birmənalı xarici siyasət baxışının mövcud olduğu bir məsələyə münasibətdə dövlət informasiya agentliyi bu cür təxribatçı hərəkətlərə yol verirsə, bu, Kremldə müəyyən suallar doğurmalıdır.

    Özü də kifayət qədər konkret suallar. Ən azı agentliyin və onun baş redaktorunun siyasətinə dair.//oxu.az

  • Biləsuvarda qəza: Traktor yük maşını ilə toqquşdu, sürücüsü xəstəxanalıq oldu

    Biləsuvar rayonunda yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi “Mercedes Ateko” markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda ov edən ərəblərin cərimələnməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

    Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.

    Xidmətin rəisi Hikmət Əlizadə “Qafqazinfo”ya bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

  • Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışığı olub

    Türkiyə Müdafiə naziri, ordu generalı Hulusi Akarla Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.

    Bu barədə jurnalistlərə H.Akar açıqlama verib.

    Onun sözlərinə görə, rusiyalı həmkarı ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

    Danışıq zamanı oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib.

    Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib: “Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçdi. Suriyada tədbirlərin görülməsi ilə bağlı razlığa gəldik. Fəaliyyətimizi bu istiqamətdə davam etdiririk. Suriyada zaman-zaman atəşkəs pozulur. Türkiyə Silahlı Qüvəlləri belə hallara imkan verməyəcək. Atəşkəsin pozulması hallarının qarşısını almaq üçün lazımı addımlar atırıq”.

  • Bu tarixdə bütün dünya bir saatlıq qaranlığa qərq olacaq

    Dünyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün martın 27-də işıqlar bir saat söndürüləcək.

    Bu, Ümumdünya Təbiəti Mühafizə Vəqfi tərəfindən 2007-ci ildən bəri dünyada təşkil edilən “Dünya Saatı” tədbiri çərçivəsində gerçəkləşdiriləcək.

    Hər il dünya miqyasında mart ayının son şənbə günü təşkil edilən “Dünya Saatı” tədbiri bu həftənin şənbə günü yerli vaxtla 21:30-22:30 arasında reallaşacaq.

    İqlim böhranına diqqət çəkmək üçün işıqların bir saat ərzində söndürüldüyü bu qlobal tədbir, bu il pandemiya şərtləri səbəbiylə evlərdə baş tutacaq və rəqəmsal məcralarda paylaşılacaq.

  • Göyçayda özünü asmaq istəyən şəxsi anası xilas etdi

    Göyçay rayonunda intihara cəhd olub.

    APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb.

    Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

    Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

    Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.