Month: March 2021

  • Merkel vətəndaşlardan üzr istədi: Planlaşdırılan koronavirus məhdudiyyətləri ləğv edildi

    Almaniya kansleri Angela Merkel Pasxa bayramı səbəbilə 1-5 aprel tarixlərində tətbiq olunması planlaşdırılan koronavirus məhdudiyyətlərinin ləğv olunduğunu açıqlayıb.

    Bu barədə “Haber Global” yazıb.

    Kansler qərarın xəta olduğunu qeyd edib.

    “Bu, sadəcə mənim səhvimdir, bütün vətəndaşlardan bağışlanmağımı istəyirəm”, – deyə A.Merkel bildirib.

  • Bakıda doqquzmərtəbəli binada yanğın olub

    Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 kvadrat metr olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 kvadrat metr sahədə və 1 ədəd televizor yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, yüksək temperaturun təsirindən lambirindən ibarət tavan 12 kvadrat metr sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 m² sahədə və 1 ədəd televizor yanıb.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Prezident İlham Əliyev BƏƏ Prezidentinə və Vitse-prezidentinə başsağlığı verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib.

    “Report” xəbər verir ki, başsağlığı məktubunda deyilir:

    “Əlahəzrət,

    Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”.

    Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma da başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət,

    Qardaşınız – Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”.

  • Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Xaçmazda iki avtomobil toqquşub.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə rayonun Sabiroba kəndində qeydə alınıb.

    Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmazın Sabiroba kəndində “Mitsubishi” və VAZ markalı iki minik avtomobili toqquşub.

    Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

    Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

    “Report”un məlumatına görə, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

    İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Yaşar Nəcəfov ( 66 kq) Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova mübarizə aparacaq.

    İkinci gündə Zelim Tskayevlə Murad Fətiyev (hər ikisi 81 kq), sonuncu gündə isə Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

    60 kq

    1/16 final Oruc Vəlizadə – Oleq Veredıba (Ukrayna)

    1/16 final. Kəramət Hüseynov – Rodriqo Lopes (Portuqaliya)

    66 kq

    1/16 final. Yaşar Nəcəfov – Orlando Polanko (Kuba)

    81 kq

    1/32 final. Murad Fətiyev – Din Gemer (İsrail)

    1/32 final. Zelim Tskayev – Kenni Bedel (İtaliya)

    100 kq

    1/32 final. Aslan Mirzəyev – Reda Nafva (Qətər)

    +100 kq

    1/8 final. Uşangi Kokauri – Qalımjan Krikbay (Qazaxıstan) / Cemal Erdoğan cütünün qalibi

    Qadınlar

    48 kq

    1/16 final. Aişə Qurbanlı – Marusa Stanqar

    1/16 final. Leyla Əliyeva – Gülkader Şentürk

    52 kq

    1/16 final. Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)

    1/16 final. Şəfəq Məmmədova – Yasmin Cavadyan (Böyük Britaniya)

    Qeyd edək ki, martın 26-da start veriləcək yarış üç gün davam edəcək.

  • Ərəblər Azərbaycanda nadir quş növlərini tələf edirlər – FOTO/VİDEO

    Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

    Oxu.az sosial mediada yayımlanan məlumatlara istinadən xəbər verir ki, onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.

    Qeyd olunub ki, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir.

    Məlumata görə, ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır.


    Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.

    Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə vermələri ilə bağlı Oxu.Az-a münasibət bildirib və sözügedən məsələ ilə bağlı Nazirliyin araşdırma apardığını məlumat verib.

  • Движение по Суэцкому каналу полностью остановлено

    Движение по Суэцкому каналу полностью остановлено в обоих направлениях из-за проведения операции по снятию с мели застрявшего поперек русла контейнеровоза.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил официальный представитель администрации канала Джордж Сафуат.

    “Временно полностью приостановлено движение по каналу”, – говорится в его заявлении.

    Днем ранее с севера на юг по старому руслу канала прошли 13 судов. С юга на север движение остановлено со вторника, когда контейнеровоз компании Ever Given заблокировал проход по каналу, и к настоящему моменту “пробка” из судов растянулась почти до Индии.

  • Süveyş kanalında hərəkət dayandırılıb

    Süveyş kanalında dayaz yerdə ilişib qalmış konteyner gəmisini çıxartmaq üçün başlanılan işlərlə bağlı hər iki istiqamətdə hərəkət bütövlükdə dayandırılıb.

    “Report” xəbər verir ki, “Ever Given” konteyner gəmisinin ilişməsi dünyanın ən hərəkətli nəqliyyat keçidlərinin birini iflic edərək son illərin ən böyük nəqliyyat tıxacına səbəb olub. Bu barədə Misirin Süveyş Kanalı İdarəsi (SCA) açıqlama yayıb.

    Açıqlamaya görə, çərşənbə axşamı səhər bərk külək və toz fərtınası üzündən idarəetmə qabiliyyətini itirən “Ever Given” gəmisi cənub kanalında ilişərək bütün məxrəci tutub. Dünən köhnə məxrəcdən şimaldan cənuba doğru 13 gəmi buraxılmışdı.

    Bu gün səhərə olan vəziyyətə görə, kanaldan keçmək üçün gözləyən gəmilərin ümumi sayı 150-dən çoxdur. Yüz əlli ildən artıqdır fəaliyyət göstərən 193 km uzunluğunda kanalın dərinliyi 8 metrdən 24 metrə çatdırılıb. Kanalda hərəkətin dayanmasının dəniz nəqliyyatı üçün gündəlik maliyyə zərəri 9,6 milyard ABŞ dollarıdır.

  • “YAŞAT” Fondu daha bir şəhidin yeni doğulan övladı üçün hesab açıb

    “YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

    “Report” xəbər verir ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Nadir Nadirlinin övladı Nadianın zəruri xərcləri fond tərəfindən qarşılanıb.

    “Bu məqsədlə 1 000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

    Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər”, – fonddan bildirilib.

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.