Month: March 2021

  • Впечатляющий снимок всемирно известного фотографа: Это их первый Новруз без отца – ФОТО

    Всемирно известный фотограф Реза Дегати поделился публикацией в Twitter.

    “Азербайджанцы в праздник Новруз посещают могилы членов семьи, которые умерли за последний год. На Аллее шехидов в Баку эти два брата безмолвно стоят у могилы отца. Это их первый Новруз без него”, – подписал снимок фотограф.

  • Dünyaca məşhur fotoqrafdan təsirli paylaşım: “Bu onların atasız ilk Novruzudur” – FOTO

    Dünyaca məşhur fotoqraf Reza Deqati növbəti dəfə müharibənin ağrılı məqamlarını diqqət mərkəzinə çəkib.

    Bu barədə fotoqraf “Twitter” hesabında paylaşım edib.

    “Azərbaycanlılar Novruzu il ərzində dünyasını dəyişən ailə üzvlərinin məzarlarını ziyarət edərək qeyd edir. Bakıdakı Şəhidlər Xiyabanında bu iki qardaş atalarının məzarı başında səssizcə dayanıb. Bu onların atasız ilk Novruzudur”, – deyə fotoqraf qeyd edib.

  • Dünya çempionatı keçiriləcək ölkədə idman zalları bağlanır

    Qətər hökuməti ölkə ərazisində koronavirusun “Britaniya ştammı” aşkar edilməsindən sonra məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək qərarına gəlib.

    Bu barədə RT məlumat yayıb.

    Martın 26-da qüvvəyə minəcək yeni məhdudiyyətlər sırasına idman zallarının bağlanması, 12 yaşdan kiçik uşaqların mağazaya daxil olması və s. daxil edilib.

    Bundan əlavə kinoteatr, muzey, restoran ziyarətçilərinin sayı minimuma endirilib, açıq havada beş nəfərdən çox insanın toplaşması qadağan edilib.

    Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

  • Dünayanın ən böyük təhlükəsizlik şirkəti TANAP-a nəzarət edəcək

    Qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama avadanlığı bazarına hakim olan bir neçə iri şirkət yüksək səviyyədə konsolidasiya edilmiş təchizatçıya malikdir.

    “Report” xəbər verir ki, bu barədə “Transparency Market Research”ün (TMR) hesabatında bildirilib.

    Məlumata görə, 2015-ci ildə bazarın 35 % -nə sahib olan “Honeywell International Inc.”, “Schneider Electric SE” və “Siemens AG” şirkətləri bu sektorun məşəl daşıyıcılarıdır.

    TMR-in aparıcı analitiki bildirib ki, bazardakı ən yaxşı oyunçular biznəslərinin davamlı böyüməsi üçün satınalmalar strategiyalarını hazırlayırlar. Məsələn, “Siemens AG” qaz turbinləri portfelindəki texnoloji boşluğu doldurmaq üçün 2014-cü ildə “Rolls-Royce”un Enerji kompressoru və aviasiya üçün qaz turbinləri bölməsini satın alıb.

    Neft-qaz sektorunun genişləndirilməsinə yönəlmək və əsas güclü tərəflərdən yararlanmaq, bu bazardakı şirkətlər tərəfindən qəbul edilən daha bir populyar inkişaf strategiyasıdır. Məsələn, bu yaxınlarda “Honeywell International” şirkəti ilə inteqrasiya edilmiş nəzarət və təhlükəsizlik sistemlərindəki təcrübəsinə görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə müqavilə imzalanıb.

    TMR qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama avadanlığı bazarının 2015-ci ildəki 2,02 milyard ABŞ dollarından 2024-cü ilə qədər 3,65 milyard ABŞ dolları səviyyəsinə qalxacağı təxmin edilir. Orta illik artım 2016-2024-ci illər ərzində 6,8 % səviyyəsində gözlənilir. Texnologiya baxımından kütlə-həcm tarazlığı, əsas seqment hesab olunaraq 2024-cü ilə qədər bazarın 37,4 %-ni təşkil edəcək.

    Şimali Amerika hazırda qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama bazarında lider regional bazardır. Bununla belə, Yaxın Şərq və Afrikanın proqnoz müddətində əhəmiyyətli bir ortamüddətli artım tempi göstərməsi gözlənilir.

    Ətraf mühitin mühafizəsi və boru kəməri sızmaları ilə bağlı siyasətlər, qlobal neft və qaz kəmərlərində sızıntı aşkarlama avadanlığı bazarını idarə edən əsas amildir. Çünki keçmişdə baş vermis boru kəməri sızması hadisələrinin, sızıntı sahəsinin bütün flora və faunasını məhv etmə dərəcəsində olmasıdır.

    Sızıntı baş verdikdən sonra boru kəməri operatorlarının bir qisminin üzərinə düşən öhdəlikləri, bu bazarı idarə edən digər vacib amildir. Boru kəməri operatorları nəinki kommersiya itkilərinə məruz qalırlar, həm də zərərçəkmiş qurumlara yüksək təzminat ödəmək lazım olur.

  • Hikmət Hacıyevdən erməni yalanlarına daha bir tutarlı cavab – FOTO

    “2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupu həmsədrləri Cəbrayılda tikilmiş qanunsuz ibadətgahı ziyarət etdilər”.

    Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib.

    “Onlar buranın əsgərlərə xidmət üçün hərbi kompleks ərazisində inşa edilmiş ibadətgah olduğu qənaətinə gəldilər. Zəbt olunmuş torpaqların dini-mədəni mahiyyətini dəyişdirmək cəhdləri qanunsuzdur”, – deyə H.Hacıyev bildirib.

  • Deputatlar COVAX-ı ittiham etdilər: “Bu, ayrı-seçkilik, qeyri-obyektiv və ədalətdən uzaq davranışdır”

    “COVAX şirkətinin Azərbaycana qarşı atdığı addım təəccüb və təəssüf doğurur. Təəccüb ona görə doğurur ki, Azərbaycan ümumbəşəri bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə öndə gedən və nümunəvi dövlətlərdəndir”.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

    O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib və bu heç də təsadüfi deyil: “Azərbaycan həm ÜST-ə maliyyə dəstəyi göstərib, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 30-dan çox dövlətə müxtəlif istiqamətlərdə dəstək nümayiş etdirib. Məqsəd həmin ölkələrin pandemiya ilə mübarizə aparmasına kömək göstərməkdir. Ona görə də Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına salınmaması qəbuledilməzdir. Halbuki ölkəmiz ötən il həmin şirkətin hesabına 21 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Onlar bu addımı belə əsaslandırırlar ki, Azərbaycan yanvarın 29-dək vaksinasiyaya başlayıb. Guya yanvarın 29-dan sonra peyvəndləmə işlərinə başlayan ölkələrə vaksin göndərirlər. Bu, tamamilə absurd yanaşmadır. Çünki Azərbaycan ÜST çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir, eləcə də bütün texniki göstərişləri də həyata keçirir”.


    Deputat vurğulayıb ki, COVAX-ın Azərbaycan üçün ayrılan vaksinlərin həcmini azaltması və çatdırılma vaxtını uzatması subyektiv amillərdən qaynaqlanır: “Qonşu ölkə olan Gürcüstana artıq vaksinlər verilib. Əgər Cənubi Qafqazın bir ölkəsinə vaksin verilirsə, niyə Azərbaycan kənarda qalır? Azərbaycana qarşı belə münasibət qəbuledilməzdir. Bu, bir daha göstərir ki, ədalət prinsipi pozulur. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

    Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, peyvənd məsələsində ədalət prinsipi qorunmalıdır. Azərbaycan dövlətinin və rəhbərinin haqqın yanında olması və beynəlxalq təşkilatlardan ədalət prinsipinin təmin olunmasını istəməsi görünür kimlərisə qıcıqlandırır. Çünki onlar ədalət prinsipi ilə fəaliyyət göstərməyə öyrəşməyiblər, ancaq diktə etməyi və öz maraqları çərçivəsində davranmağı və əməkdaşlıq deyil, öz mənfəətlərini düşünməyi üstün tuturlar. Bu səbəbdən ikili yanaşmaların şahidi oluruq.

    Təbii ki, Azərbaycan hər zaman operativ fəaliyyət göstərir. Bir çox şirkətlərlə müqavilələr imzalanıb. COVAX-ın belə davranışı ilk növbədə şirkətin imicinə zərbə vuracaq və beynəlxalq ictimaiyyət arasında nüfuzuna böyük xələl gətirəcək. Bununla da COVAX platformasının ayrı-seçkilik siyasəti yürütməsinin, insanların sınaq qarşısında qaldığı çətin bir dövrdə qeyri-obyektiv və ədalətdən uzaq davranışlarının şahidi oluruq”.

    Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, pandemiyanın ilk günlərindən təəssüf doğuran bəzi proseslər baş verir: “İlk olaraq qoruyucu maskaların və digər ləvazimatların ayrı-ayrı ölkələr tərəfindən qeyri-qanuni şəkildə müsadirə edildiyinin şahidi olduq. Tranzit ölkələr yükdaşıma prosesində məhz bu cür vasitələri mənimsəməklə Avropada pis nümunə yaratdılar. Hazırda ÜST tərəfindən lisenziya alan preparatların sifarişçiyə vaxtında çatdırılması ilə bağlı ciddi problemlər yaşanır”.


    O vurğulayıb ki, belə hallar ayrı-ayrı ölkələrin timsalında baş verir: “Avropa ölkələri bir sıra peyvəndlərə üstünlük verməklə digərlərinin onların ərazisində keçərli olmadığını bildirirlər. Onlardan biri də əvvəldən COVAX platformasının iştirakçısı olan ölkələrə peyvəndin çatdırılması ilə bağlı yaşanan problemdir. Azərbaycan əslində vaxtında mümkün problemlərlə bağlı həyəcan təbili çalmışdı və bu gün həmin çətinlikləri yaşayırıq. İlk növbədə pandemiyaya qarşı mübarizədə müxtəlif protokollar və təcrübələri tərtib edərək ölkələrə göndərən ÜST bu məsələdə də ayrı-ayrı peyvənd istehsalçılarını məsuliyyətli olmağa səsləməli və vaksinin hər kəs üçün əlçatanlığını, ədalətli bölüşdürülməsini təmin etməyə çağırmalıdır”.

    Hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

    Xatırladaq ki, Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir.

  • Kriştianu Ronaldu millimizlə oyunu şərh etdi

    Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

    “Report”un məlumatına görə, İtaliyanın “Yuventus” klubunda çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

    “Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda”, – deyə o, feysbuk profilində yazıb.

    Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Biləsuvarda 37 yaşlı qadın intihar edib

    Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dəvrişl kəndində qeydə alınıb.

    Belə ki, həmin kənd kənd sakini, 1984-ci il təvəllüdlü İsgəndərova Könül Telman qızı yaşadıqları evin hamam otağında özünü asaraq intihar edib.

    Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətən müharibəsində yaralanan əsgər şəhid olub

    Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya vəziyyətinə düşən əsgər Əli Vaqif oğlu İsmayılov şəhid olub.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, həkimlərin səylərinə baxmayaraq onu komadan ayıltmaq mümkün olmayıb.

    Qeyd edək ki, Ə.İsmayılov Goranboy rayon Qaradağlı kənd sakinidir.

  • Oğuzda canavarlar kəndə hücum edib

    Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

    APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb.

    Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.

    Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

    Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.