Month: March 2021

  • Salyanda ana və qızı koronavirusun qurbanı oldu

    Salyanda ana və övladı koronavirus infeksiyasından vəfat ediblər.

    Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Əliyeva Ədilə Paşa qızı və qızı Aybəniz bu gün COVID-19-dan dünyasını dəyişib.

    Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

  • Россельхознадзор разрешил поставки помидоров еще восьми предприятиям Азербайджана

    Россельхознадзор с 24 марта разрешает ввоз в Россию томатов с восьми азербайджанских предприятий, сообщает “Интерфакс-Азербайджан”.

    Решение принято по итогам карантинной фитосанитарной экспертизы образцов, отобранных в ходе совместных видеоинспекций, а также под гарантии Агентства пищевой безопасности Азербайджана, говорится в сообщении Россельхознадзора.

    Запрет на ввоз помидоров из Азербайджана был введен 10 декабря 2020 года из-за обнаружения в них карантинных объектов.

    В рамках состоявшихся затем переговоров стороны прорабатывали вопрос о применении принципа регионализации при поставках этой продукции из Азербайджана в Россию. Этот принцип предусматривает ввоз продукции только из тех регионов, где не обнаружены карантинные объекты.

  • Daha səkkiz müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib

    Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 24 mart 2021-ci il tarixindən daha 8 pomidor istehsalı müəssisəsindən (“AGRICOLA” MMC, “ŞƏMS BOTANİKA” MMC, “AQROSTORM” MMC, “BƏHRƏ-2010” MMC, “YAŞIL RANÇO” MMC, “SOUTH TRADING” MMC, “EKO-GRUP 2018” MMC və Əliyev Məhərrəm Heydər oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

    Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 82 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236948 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 131.6 %-ni təşkil edir.

  • Gəncədə qadın meyiti aşkarlandı

    Gəncədə mənzildə qadın meyiti aşkarlanıb.

    Bu barədə Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, şəhərin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Yusubova Zoya Adil qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • 85 yaşlı Gəncə sakini itkin düşüb – FOTO

    Gəncədə yaşlı kişi itkin düşüb.

    Bu barədə oxu.az-a şəxsin qızı Qurbanova Kəmalə Sabir qızı məlumat verib.

    O bildirib ki, atası Gəncə şəhər, Çarıqçılar küçəsində yaşayan 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğlu martın 19-da günorta radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Evdən çıxarkən əynində cins şalvar, boz rəngli pencək və papaq olub.

    Şəxslə bağlı ərazi üzrə polis bölməsinə məlumat verilib. Axtarışlar davam etdirilir.

    İtkin düşən şəxsi görənlərdən +994 55 862-40-80 telefon nömrəsi vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.

  • Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər

    Gliese 1132 adlı qırmızı karlik (balaca və nisbətən soyuq olan ulduzlar) ətrafında Yer kürəsinə bənzəyən GJ 1132 b adlı ekzoplanet fırlanır. Sözügedən planet Yer kürəsinə bənzəsə də bir sıra özəlliklərə görə fərqlənir. Alimlər Hubble teleskopu vasitəsilə aşkar ediblər ki, nə vaxtsa bu planetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub. Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan və sianid tuşusundan ibarətdir. Bu barədə Phys.org saytı xəbər verib.

    Alimlərin fikirlərinə əsasən GJ 1132 b də Yer kürəsi ilə eyni atmosfer təzyiqinə sahibdir. Lakin planetlərin arasında fərqliik də var. Alimlər təyin ediblər ki, GJ 1132 b hidrogendən ibarət sıx atmosferli qaz planeti şəklində yaranıb. Bununla belə onun diametri Yer kürəsinin diametrindən qat-qat böyük olub. Lakin cavan ulduz radiasiyasının təsiri nətcəsində ekzoplanet öz ilkin hidrogen və helium tərkibini itirib. Qısa müddət ərzində ekzoplanetdən yalnız Yer kürəsi ölçüsündə nüvə qalmışdı. Daha sonra isə ən maraqlı proses başlayıb.

    Hubble teleskopu alimlərə planetin daha sonra yaranmış ikinci atmosferini göstərib. Uzunmüddətli müşahidə və kompüter modelləşdirməsi sayəsində məlum olub ki, planetin atmosferi hal hazırda molekulyar hidrogendən, metandan və sianid turşusundan ibarətdir. Alimlər güman edirlər ki, planetin ilkin atmosferində olmuş hidrogen mantiyanın maqmasına hopub və indi vulkanik aktivlik nəticəsində tədricən maqmadan çıxaraq planetin yeni atmosferini yaradır. Vulkanik proseslərin davam etməsi çün mantiya lazımi səviyyədə isti və duru halda olmalıdır. Alimlərin fikirlərinə əsasən bu cür kəşf digər ekzoplanetlərin aşkar edilməsində vacib rol oynaya bilər.

  • Lənkəranda mağazadan və “Milliön”dən oğurluq olub

    Lənkəranda “Milliön” ödəmə terminalından oğurluq olub.

    Median.Az-ın Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Hirkan qəsəbəsində baş verib.

    Qəsəbə ərazisində fəaliyyət göstərən “Həsən market”ə arxa hissədən daxil olan naməlum şəxs və ya şəxslər mağazadan oğurluq ediblər. Oğrular eyni zamanda ödəmə terminalının kassa hissəsini də sökərək 2 000 manatı oğurlayıblar. Bundan başqa, ödəmə terminalına 300 manat məbləğində zərər vurulub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Formula 1″də 30 ildən sonra daha bir Şumaxer debüt edəcək

    “Formula 1” həvəskarları həftəsonu yeni mövsümün startını səbirsizliklə gözləyir.

    Median.Az “Unikal.org”a istinadən xəbər verir ki, Bəhreyn Qran-Prisi komandaların mövsümə necə hazırlaşdıqlarının müəyyən mənada göstəricisi olacaq. Sahir trasındakı yarış əlamətdar hadisə ilə yadda qalacaq.

    30 ildən sonra “Formula 1″də daha bir Şumaxer debüt edəcək.

    1991-ci ildə Belçikanın Spa trasında Mixael böyük yolun başlanğıcında ilk addımını atmışdısa, bu dəfə estafeti onun oğlu Mik Şumaxer davam etdirəcək.

    “Formula 1″də “Haas” komandası ilə debüt edəcək 22 yaşlı pilot deyib: “Formula 1-də debüt edəcəyimi dərk edirəmmi? Əlbəttə! Buna görə çox sevinirəm və Bəhreyn Qran-Prisinin startını səbirsizliklə gözləyirəm. Bu haqda fikirləşdikcə, atamı yada salıram. 30 il əvvəl o, Formula 1-də debüt etmişdi, bu dəfə estafeti mən qəbul edirəm. Formula 1 ailəsinin bir üzvünə çevrildiyimə görə çox şadam. Əla bir komandanın heyətində öz potensialımı nümayiş etdirmək istəyirəm. Burada mən çox şey öyrənəcəyəm. Formula 1 sayəsində təkcə yaxşı bir pilot yox, həm də gözəl bir insan olmaq istəyirəm”.

    Xatırladaq ki, Mik Şumaxerlə yanaşı, “Haas” komandasında rusiyalı Nikita Mazepin də Formula 1-də debüt mövsümünü keçirəcək.

  • Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

    Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

    Bu barədə Median.Az AFFA-ya istinadən xəbər verir.

    Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra – iyunun 6-da təşkil olunacaq.

  • Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA

    Xəzər dənizinin sahilində altı suiti cəsədi aşkar olunub.

    Suiti cəsədləri Novxanı istiqamətində görülüb.

    Suitilərin balıq toruna ilişərək sahilə çıxdıqları ehtimal olunur. Onların hansı səbəbdən öldüyü barədə isə dəqiq məlumat yoxdur.

    İdialara görə ərazidə dənizə qanunsuz olaraq çoxsaylı balıq toru atılıb.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

    Oxu.Az-ın sorğusunu Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov cavablandırıb.

    O bildirib ki, hadisə yerinə baxış keçirilib və suitilərin ölüm səbəbi məlum olub:

    “Xəzər dənizinin Novxanı istiqamətində suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların yaşlı dişi fərdlər olduğu müəyyən edilib.

    Xəzər suitisinin böyük hissəsi payızın sonlarında Şimali Xəzərə çoxalma miqrasiyası edir. Yetkin fərdlər yazın əvvəllərinə qədər burada çoxalır, martın sonu və aprelin əvvəllərində isə Orta və Cənubi Xəzərə doğru geri dönürlər”.

    “Araşdırmalar göstərir ki, daha yaşlı və zəif düşmüş fərdlər geri dönmə zamanı fiziki olaraq dözməyərək təbii ölümlə üzləşirlər. Çox güman ki, belə zəifləmiş və təbii ölümlə üzləşən fərdlər son günlərdə güclənmiş şimal küləkləri nəticəsində dəniz axınları ilə Abşeron yarımadasının şimal sahəsində dənizkənarı sahilə atılıb”, – deyə M.Axundov əlavə edib.

    M.Axundov onu da qeyd edib ki, analoji hadisə ötən il də baş vermişdi.