Month: March 2021

  • Google şirkəti Android tərtibatçılar üçün Google Play komissiyasını aşağı salıb

    Google şirkəti Google Play-də tətbiqləri yerləşdirən tərtibatçılar üçün yeni tarif planına keçid etdiyini elan edib. Belə ki, bundan sonra Google tərtibatçıların əldə etdikləri gəlirdən 30% əvəzinə 15% komissiya tələb edəcək. Bununla belə qəbul edilmiş bu qərarın bir nüansı var. Belə ki, 15%-lik komissiya qanunu tərtibatçıların il ərzində qazanacaqları ilk milyon dollara şamil olunacaq. Beləliklə əgər tərtibatçılar 1 milyon dollardan daha çox gəlir əldə etsələr şirkətin komissiya tələbi yenidən 30%-ə yüksələcək.

    Şirkətin sözlərinə əsasən bu cür qərar az gəliri olan tərtibatçıların öz məhsullarının inkişaflarına daha çox vəsait yatırmalarına imkan verəcək. Maraqlısı ondadır ki, 15%-lik komissiya hətta illik gəlirləri 1 milyon dollardan daha çox olan şirkətlərə də aiddir. Bu yeni strategiya öz növbəsində sentyabr ayında Google şirkətinin tərtibatçılardan bütün ödəniş proseslərinin şirkət platformasında reallaşdırılmasının tələb edilməsinə gətirib çıxardacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkəti də bu cür şərtlər daxilində komissiya dəyərini 30%-dən 15%-ə endirmişdi.

  • Sumqayıtda güclü külək zamanı dam örtüyü qadının başına düşdü

    Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

    Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

    S. Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

  • Caliber: Минобороны Армении продолжает обманывать свой народ – ВИДЕО

    22 марта министерство безуспешной обороны Армении заявило, что с одной из оборонных позиций Джермука пропали двое военнослужащих, дескать, они отправились на один из постов во время метели и сгинули в белой мгле. Вторым релизом, опубликованным поздно вечером того же дня пресс-службой оборонного ведомства, осиротевшего после ухода величайшего фантазера современности Арцруна Ованнисяна, уведомила раздосадованную общественность, дескать, удалось установить местонахождение обоих пропавших и в настоящее время ведутся интенсивные работы по их эвакуации. Правда нет информации об их состоянии, но точно известно, что потерпевшие живы. Слово в слово данную новость для “Спутник-Армения” подтвердили в минобороны.

    И вот спустя сутки после инцидента приходит весть о том, что один из военнослужащих-контрактников был доставлен в госпиталь, а жизнь Агасси Ованисяна спасти не удалось.

    И это через 10 часов после того как официальные лица министерства уже обрадовали армянскую общественность заявлением, что потерпевшие живы и об этом точно известно.

    В данный момент обстоятельства произошедшего изучает военная полиция вооруженных сил республики Армения, та самая, которая не смогла противодействовать засилью криминальной субкультуры в армии, и не оберегла ее от утечки компрометирующей командный состав информации, в результате чего год назад лишилась начальника в лице генерал-майора Артура Багдасарян.

    Подробнее в репортаже, подготовленном Caliber:

  • “Caliber”: Ermənistan Müdafiə Nazirliyi öz xalqına necə yalan danışır? – VİDEO

    Martın 22-də Ermənistanın müvəffəqiyyətsiz Müdafiə Nazirliyi iki hərbi qulluqçunun Jermukun müdafiə mövqelərindən birində itkin düşdüyünü, qar fırtınası zamanı postlardan birinə gedərkən itdiklərini bildirib.

    Müdafiə şöbəsinin mətbuat xidməti tərəfindən həmin gün axşam saatlarında yayımlanan ikinci bildirişdə isə hər iki əsgərin olduğu yerin müəyyənləşdirildiyi və onların azad edilməsi üçün intensiv iş aparıldığı bildirilib. Düzdür, onların vəziyyətləri barədə heç bir məlumat yoxdur, ancaq qurbanların sağ olduğu dəqiq bilinir. Bu xəbəri Ermənistan MN “Sputnik Ermənistan” üçün sözbəsöz təsdiqləyib.

    İndi isə, hadisədən bir gün sonra müqaviləli hərbçilərdən birinin xəstəxanaya aparıldığı və Aqassi Ovannisyanın həyatının xilas edilə bilmədiyi xəbərləri yayımlanıb.

    Həm də nazirlik rəsmilərinin qurbanların sağ olduğu və bu barədə dəqiq məlumatlı olduqları ilə bağlı xəbərlərlə Ermənistan cəmiyyətini sevindirməsindən 10 saat sonra…

    Daha ətraflı “Caliber”in süjetində izləyə bilərsiniz:

  • İnstagram-da yeni funksiya istifadəyə veriləcək

    “Instagram” sosial şəbəkəsi yetkinlik yaşına çatmamış istifadəçilərin mobil tətbiqdən istifadəsi zamanı onlar üçün yarana biləcək riskləri xeyli azaldacaq yeniləmə təqdim edəcəyini elan edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

    “ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, tezliklə tərtibatçılar tərəfindən istifadəyə veriləcək yeni məxfilik funksiyaları yetkinlik yaşına çatmamış istifadəçiləri internetdə yetkin şəxslərlə ünsiyyət zamanı yarana biləcək risklərdən qoruyacaq.

    Məsələn, “Instagram” xidməti yeniyetmə və uşaqların hesabına abunə olmayan yetkin istifadəçilərin onlara şəxsi mesaj göndərmək imkanını bloklamaq niyyətindədir.

    Bundan başqa, daha əvvəl platformada özünü “pis” aparan yetkin şəxsin hesabı “uyğun olmayan” məzmun kimi işarələnə bilər.

  • Türkiyədə yeni dövlət idarəetmə sistemi qurulacaq – AKP-dən AÇIQLAMA

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal açıqlama ilə çıxış edərək prezident Rəcəb Tayyip Ərdoğan yeni sistemə keçidi barədə açıqlama verib.

    Bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

    AKP sözçüsü bildirib ki, yeni sistemin keçid 2023-cü ilə planlaşdırılır.

    M.Ünal yeni qurulacaq sistemin detalları barədə məlumat verməyərək əlavə edib ki, 19 ildir Türkiyədə hakimiyyətdə olan AKP uğurlu idarəetmə sistemi qurmaqla fərqlənən siyasi qüvvədir.

  • Azərbaycanda daha 1 333 nəfər koronavirusa yoluxub – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir.

    Ölkədə son sutka ərzində 8517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.

  • Belçikada Qarabağ atlarına abidə qoyulub – VİDEO

    Qarabağ atları dünyanın hər yerində, o cümlədən Avropada tanınır və sevilir. Bununla bağlı AzTV-nin süjetində bildirilir.

    Belçikanın Ham şəhərində Qarabağ atına qoyulan abidə Belçika-Azərbaycan arasında dostluğun simvoludur.

    Qarabağ atlarına qoyulan abidə şəhər sakinlərinin böyük marağına səbəb olub.

  • Bakıda alt paltarında gəzən qız saxlanıldı

    Bakıda alt paltarında gəzən qız saxlanılıb.

    Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

    Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

    Şəxs əməlindən peşman olduğunu bildirib.

  • Bağlanmış bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

    Bağlanmış AtaBank, Amrahbank, NBC Bank və AGBank-ın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib.

    Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, AtaBank-ın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrahbank-ın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AGBank-ın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bank-ın 4,22 min əmanətçisi 131,295 milyon manatdan çox təzminat alıb.

    AtaBank və Amrahbank əmanətçilərinə təzminat ödənişi 1 iyun 2020-ci il tarixindən etibarən Kapital Bank ASC-nin debet kartları vasitəsi ilə nağdsız qaydada həyata keçirilir. AGBank ASC-də və NBC Bank ASC-də sığortalanmış əmanətlərə görə kompensasiya verilməsi üçün seçilən agent bank isə Azərbaycan Beynəlxalq Bankı ASC-dir. Bu bankların müştərilərinə ödənişlər 16 iyun 2020-ci ildən etibarən başlayıb.