Türkiyənin “Erzurumspor” komandasının yeni baş məşqçisi açıqlanıb.
Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi İsmail Kartala tapşırılıb.
60 yaşlı mütəxəssis bu vəzifədə Mesut Bakkalı əvəzləyib.
Kartal “Erzurumspor”un cari mövsümdə 5-ci baş məşqçisidir. Komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.
Qeyd edək ki, “Erzurumspor” yarış cədvəlində 27 xalla 19-cu sırada yer alıb.
Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib.
Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR (Polimeraza Zəncirvari Reaksiya) testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.
Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri “qırmızı zona” elan edilib və karantin şərtləri sərtləşdirilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmiş bir qrup rusiyalı mütəxəssis Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və FHN-in “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.
Median.Az FHN-in saytına istinadən xəbər verir ki, bu gwn Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzində keçirilmiş təltifetmə mərasimində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Rusiya Federasiyası FHN-in minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən XRXX-nin rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi arasındakı səmərəli əməkdaşlıqdan söz açıb, bu əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarında rusiyalı pirotexniklərin iştirakını vurğulayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy təltiflərə görə minnətdarlığını bildirib.
Artıq neçənci dəfədir ki, dələduzluqla məşğul olan bəzi şəxslər özünü bilərəkdən hərəkətdə olan maşının qarşısına ataraq sürücüyə problem yaratmağa, bununla da müəyyən qazanc əldə etməyə çalışır.
Buna oxşar daha bir “qəza” ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, naməlum qadın hərəkətdə olan bahalı maşının qarşısına çatanda özünü bilərəkdən yerə atır. Daha sonra isə ssenarinin digər iştirakçıları yerə yıxılan qadının ətrafına toplaşaraq səs-küy salırlar. Qurama qəzanın iştirakçıları bu üsulla sürücünü şərləməyi hədəfləyirlər.
Сильный ветер снес крышу дома жителя поселка Сарай Абшеронского района.
Для ликвидации последствий происшествия к месту были привлечены сотрудники ОАО «Азеришиг», устранившие перебои в подаче электроэнергии, сообщили в компании.
В результате падения кровельного покрытия на линию электропередачи часть поселка осталась без электричества, инфраструктуре нанесен серьезный ущерб.
Bu il keçiriləcək “Avrovision” mahnı müsabiqəsində “Je Me Casse” (“Mən Getdim”) mahnısı ilə iştirak edəcək maltalı müğənni Destini Çukunyere (Destiny Chukunyere) qalib gələcək.
Median.Az “Report”a istinadən xəbər verir ki, belə bir qənaətə bukmeykerlər gəlib.
Sonrakı yerlərdə müsabiqənin İsveçrə nümayəndəsi Gyon Müharramay (Gjon’s Tears) “Tout l’Univers” (Bütün Kainat) və fransalı Barbara Pravi “Voila” (Diqqət) mahnısı ilə tutacaqları bildirilib.
Ermənistanın “Vətənin qurtuluşu hərəkatı” adlı müxalifət təşkilatı fevral ayının sonundan parlament binası yaxınlığında bağladıqları Bağramyan prospektini açmaq qərarına gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, hərəkatın mətbuat xidməti prospektlə kəsişən küçədə çadır düşərgəsini saxlayacaqlarını bildirib.
Bununla yanaşı, cari şərtlərə uyğun siyasi aksiyaların yeni silsiləsinə başlayaraq bölgələrin əhalisini həmin aksiyalara cəlb edəcəkləri diqqətə çatdırılıb.
“Vətənin qurtuluşu hərəkatı” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda kütləvi aksiyalar keçirir.
Median.Az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə qadın alt paltarında paytaxtın Fəvvarələr Meydanında gəzir.
Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.