Month: April 2021

  • Ramazan ayının təqvimi açıqlanıb – CƏDVƏL

    Ramazan ayının təqvimi açıqlanıb.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz, imsak və iftar vaxtları əks olunub.

    Təqvimə əsasən, Əhya gecələri 1 may, 3 may, 5 may və 9 may tarixlərinə təsadüf edir.

    Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.

    Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayır.

  • FHN güclü küləklə bağlı əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    FHN-dən verilən məlumata görə, aprelin 9-dan 10-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.

    Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

    Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

    Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

  • Bəy toyuna onlayn qatıldı

    Şimali Kiprdə maraqlı hadisə baş verib.

    Median.Az unikal.org-a istinadən bildirir ki, kiprli bəy pandemiya səbəbindən 1 ildən artıqdır ki, nişanlı olduğu türkiyəli sevgilisi ilə ailə həyatı qurub. Belə ki, toyu qızın ailəsi tərəfindən restoranların birində təşkil edilib. Lakin pandemiya səbəbindən toyda iştirak etməyən bəy onlayn şəkildə qoşulub.

  • Zaqatalada baş verən ağır qəzanın görüntüləri – VİDEO

    Dünən Zaqatalada baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndindən keçən hissəsində baş verib.

    Qəza nəticəsində BMW və VAZ-2199 markalı avtomobillər toqquşub. Hadisə zamanı iki nəfər xəsarət alıb.

    Qəzanın baş vermə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına əks olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • Evdən çıxan koronavirus xəstəsi saxlanıldı

    COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

    M.Abducəlilov barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

  • Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başa çatdı – Video

    Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.

  • Açıq havada maskasız gəzməyə icazə verilə bilər? (AÇIQLAMA)

    Yaz fəslinin gəlməsi insanların əhval-ruhiyyəsinə müsbət təsir edir, amma virus səbəbindən bəzi problemlər yaşayırıq. Hətta açıq havada maska taxmaq məcburiyyəti olduğu üçün nəfəs almağımız belə çətinləşir. Hər kəsi maraqlandıran bir sual var ki, açıq havada maskasız gəzməyə icazə verilə bilərmi?

    Həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, hazırda virusa yoluxanların sayı həddən artıq çoxdur:

    “Havalar mülayimləşsə də, açıq havada maskanın qadağan olunması ilə bağlı təklif vermək mümkün deyil. Təmiz havada maska taxmağın fəsadları var, amma yoluxma çox yüksək olduğu üçün bu təklif aktual deyil”.

  • Bakı Limanında yeni TƏYİNAT

    “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

    QSC-nin mətbuat xidmətinin rəhbəri Elmar Həbibli bildirib ki, Söhrab İsmayılov QSC-nin baş direktoruna müavin təyin edilib.

    O, bundan əvvəl Daxili Audit Departamentinin rəhbəri vəzifəsində çalışıb.

  • Tanınmış bəstəkar vəfat etdi – FOTO

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri, bəstəkar İlham Abdullayev vəfat edib.

    Bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat yayıb.

    “Bir ay əvvəl zəng edib, ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını məndən istədi. Dedi ki, hələ gec deyil, yolla onları mənə. Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona. “Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın “remake”ləri çıxacaq, sevindirəcəyəm sizi” dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin”, – deyə Xalq artisti əlavə edib.

  • В Великобритании объявлен траур по супругу королевы Елизаветы II – ОБНОВЛЕНО

    Траур по супругу королевы Великобритании Елизаветы Второй принцу Филипу продлится вплоть до его похорон, все флаги страны будут приспущены, новые законы приниматься не будут. Об этом передает РИА Новости.

    Супруг британской королевы, герцог Эдинбургский Филип скончался на 100-м году жизни, сообщил Букингемский дворец в Twitter.

    Дата похорон пока не объявлена.

    В знак траура парламентарии будут носить черные ленточки на рукавах, мужчины – черные галстуки.

    Национальный траур длится восемь дней, траур королевской семьи – 30 дней, после чего королева Великобритании вернется к своим обязанностям.

    * * * * *

    Супруг британской королевы, герцог Эдинбургский Филипп скончался на 100-м году жизни, сообщил Букингемский дворец в Twitter, пишет РИА Новости.

    “С глубоким прискорбием Ее величество королева объявила о смерти своего любимого мужа, его Королевского высочества, принца Филиппа, герцога Эдинбургского”, – говорится в сообщении.