Month: April 2021

  • Ceyhun Bayramov Erkan Özorala uğur arzuladı

    Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar təşəkkür edib və ona uğur arzulayıb.

    Bununla bağlı C.Bayramov öz “Twitter” səhifəsində paylaşım edib.

    “Ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin səfiri qismində önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyinə və arasındakı yüksək səviyyəli münasibətlərə verdiyi töhfəyə görə cənab Erkan Özorala təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, – deyə XİN başçısı bildirib.

  • Mingəçevir bazarında dözülməz vəziyyət (VİDEO)


    Mingəçevirin mərkəzi bazarında antisanitariya hökm sürür.

    Bu barədə HİT.az-a şəhər sakinləri deyib. Onların sözlərinə görə, bazarın qarşısından keçmək mümkün deyil

    “Üfunət iyindən baş çatlayır. Tullantıları yığan yoxdur. Bundan başqa ərzaqlar, ət və ət məhsulları, balıq və s. hamısı yerə səpələnib. Adi bir piştaxta belə yoxdur”, – deyə sakinlər bildirib.

    Sakinlər deyib ki, bazarda karantin rejiminin qaydalarına da riayət olunmur: “Sosial məsafə gözlənilmir. Tibbi maskadan istifadə edilməməsi halları da var. Dezinfeksiyadan ümumiyyətlə söhbət gedə bilməz. Amma bizi narahat edən əsas məsə antisanitariyadır. Camaat buradan ət, balıq və başqa qida məhsulları alır. Belə bir şəraitdə satılan ərzaq xəstəliyə səbəb ola bilər. Amma bazarın rəhbərliyi bu barədə düşünmək belə istəmir”.

    Sakinlər bu iddialarını təsdiq edən videonu da redaksiyamıza göndərib. Həmin kadrları təqdim edirik:

  • Daha bir məktəb direktoru koronavirusdan vəfat etdi

    Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub.

    Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.

  • Vergi xidməti aksiz dərəcələrində dəyişikliklə bağlı məlumat yaydı

    Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

    Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən:

    – istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

    – qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

    – tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1 000 ədədinə 31 manatdan 43 manata;

    – tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz dərəcəsi 1 000 ədədinə 39 manatdan 43 manata;

    – elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata qədər artırılıb.

  • “Topaz”da 25 min manat uduzan oğlan polisə şikayət etdi

    Bakıda polisə şikayət edən şəxsin yalan danışdığı məlum olub.

    “Report”un xəbərinə görə, 19 yaşlı E.Ağayev polisə müraciət edərək naməlum şəxslərin onu və ailə üzvlərini öldürməklə hədələyərək 25 min manat pul tələb etdiyini bildirib.

    E.Ağayev həmin vəsaiti naməlum şəxslərə verdiyini deyib.

    Peşəkar müstəntiqin araşdırması nəticəsində E.Ağayevin yalan danışdığı müəyyənləşib. Məlum olub ki, o, 25 min manat pulu “Topaz”da uduzub.

    Qeyd edək ki, bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur.

  • İmişlidə tanışını qətlə yetirən şəxs Lənkəranda məhkəmə qarşısına çıxarılacaq

    17 avqust 2020-ci il tarixində İmişli rayonu, Buludlu kəndi ərazisində kənd sakini Əliyev Malik Fərəmuz oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    İmişli rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    İstintaqla zərərçəkmişin tanışı Məmmədov Abbas Elburus oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Malik Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Abbas Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Vilayət Eyvazovdan YENİ TƏYİNAT

    Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

    Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsinin rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

  • Лица, не предоставляющие TƏBİB информацию о рождении, будут оштрафованы на сумму до 300 манатов

    Штрафные полномочия за нарушение порядка регистрации рождения передаются TƏBİB.

    Как сообщает АПА, это нашло отражение в предлагаемой поправке к Кодексу об административных проступках, которая будет вынесена на обсуждение в Милли Меджлисе.

    Согласно изменениям, должностные лица будут оштрафованы на сумму от ста пятидесяти до трехсот манатов за несвоевременное предоставление информации о рождении в TƏBIB.

    Ранее этими вопросами занималось Министерство здравоохранения.

  • Əməkdar artist koronavirusa yoluxdu

    Əməkdar artist Nahidə Orucova koronavirusa yoluxub.

    Bu haqda ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişinə zəng edən aktrisa vəziyyətinin ağır olduğunu deyib:

    “Harasa getməyə qorxurdum, qorunurdum. Evdə otura-otura virusa yoluxdum. Çox pisəm, elə bil məni döyüblər. Hər yerim ağrıyır, hərarətim var”.

  • Putinlə Paşinyanın görüşü başladı

    Moskvada işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

    Bu barədə Ermənistan hökumət başçısının mətbuat katibi Mane Gevorkyan öz feysbuk hesabında məlumat verib.