Month: April 2021

  • Azərbaycanın Baş naziri Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

    Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

  • Flora Kərimova vəsiyyətini açıqladı

    Xalq artisti Flora Kərimova “Gün ortası” verilişində vəsiyyətini açıqlayıb.

    Müğənni övladlarına və köməkçisi Yaquta onun ölümünü hər kəsdən gizlətmələrini tapşırdığını deyib:

    “İstəmirəm şəklim asılsın və hamı “yazıq” desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm”

  • Azərbaycanlılar Almaniyadan qolu qandallı deportasiya olundu

    Almaniya dünyada azərbaycanlıların, bəlkə də, ən çox üz tutuduğu ölkədir. Amma Avropa dövləti zamanla miqrant siyasətinə əl gəzdirməyə çalışır. Gəlmələrin bir çoxu vətəninə qaytarılır.

    31 azərbaycanlı Almaniyadan deportasiya olunub. “Legat” İnteqrasiya Mərkəzi bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya hökuməti əsasən ölkədə qanunsuz məskunlaşanlarla bağlı qərar verib. Bundan başqa, Azərbaycana qaytarılanların arasında Avropa ölkəsində siyasi sığınacaq almağa ümid edənlər də var.

    Vətəninə göndərilənlərin bəzisi son bir neçə həftə ərzində deportasiya mərkəzinə yerləşdirilibmiş. Onlar xüsusi nəzarət altında saxlanılıb. Azərbaycana qayıdanların 7-si qolu qandallı olub. Hamı koronavirus testindən keçiriləndən sonra səfərlə bağlı son qərar verilib.

    Almaniyadan martın 31-də Azərbaycana çarter reysi təşkil olunub. Münhen şəhərindən havaya qalxan təyyarə Bakıda planlaşdırılandan 2 saat 18 dəqiqə gec eniş edib. Deportasiya olunanların arasında siyasi fəallar qeydə alınmayıb. Heydər Əliyev adına hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qısamüddətli sorğusuna cavab verəndən sonra vətənə qayıdanlar sərbəst buraxılıb.

    Azərbaycanlılar “Readmissiya haqqında” sazişə əsasən deportasiya olunub. Yəni Azərbaycanla Avropa İttifaqı arasındakı razılaşma əsas götürülüb. Saziş bir-birinin ərazisində qeyri-qanuni məskunlaşan şəxslərin təhvil verilməsini nəzərdə tutur. Razılaşma 2014-cü il fevralın 28-də Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

    Ölkəyə qaytarılan azərbaycanlıların 14-nün eyni ailəni təmsil etdiyi bildirilir. Almaniyanın Köln şəhərində təhsil alan Elvin Cəbrayıl yazıb ki, məhz ayağına qandal vurulan həmvətənlərindən birinin həbs olunması işində tərcümə məsuliyyətini üzərinə götürüb.

    Aprelin ilk dekadasının sonuna qədər Almaniyadan yenə deportasiya prosesinin həyata keçiriləcəyi gözlənilir. Aprelin 4-ü və ya 7-də bir daha çarter reysi təşkil olunacağı ehtimal edilir. “Legat” İnteqrasiya Mərkəzinə yazılanlardan görünür ki, Almaniyada yaşayan azərbaycanlılar çox narahatdır. Əksəri deportasiya taleyi yaşayacağından ehtiyat edir.

  • Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb – FOTO

    Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Həsənov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, onun üzərinə baxış zamanı satış niyyəti ilə qablaşdırılan 11 büküm ümümi çəkisi 10 qram olan psixotrop maddə metamfetamin, 12 büküm ümumi çəkisi 15 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

    Araşdırma zamanı müəyyən olunub ki, M.Həsənov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb.

    Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

  • Azərbaycanda qızıl və gümüş bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 1-də qızılın qiyməti martın 31-i ilə müqayisədə 54,978 manat (1,93 faiz) artaraq 1 unsiya üçün 2 910,094 manat təşkil edib.

    Gümüş 0,757 manat (1,87 faiz) bahalaşaraq 1 unsiya üçün 41,3338 manata bərabər olub.

    Platinin qiyməti 41,7605 manat (2,11 faiz) artaraq 2 016,268 manat, palladiumun qiyməti 24,99 manat (0,56 faiz) artaraq 4 452,0195 manat təşkil edib.

    Bir ay ərzində bir unsiya qızıl 62,2455 manat (2,1 faiz) ucuzlaşıb, gümüş 4,2898 manat (9,4 faiz) ucuzlaşıb, platin 45,628 manat (2,2 faiz) ucuzlaşıb, palladium 474,4615 manat (11,9 faiz) bahalaşıb.

    Bir il ərzində isə bir unsiya qızıl 213,9025 manat (7,9 faiz) bahalaşıb, gümüş 17,4067 manat (72,7 faiz) bahalaşıb, platin 776,832 manat (62,7 faiz) bahalaşıb, palladium 448,12 manat (11,2 faiz) bahalaşıb.

    Tarix: Qızıl
    (XAU)
    Gümüş
    (XAG)
    Platin
    (XPT)
    Palladium
    (XPD)
    01 aprel 2021-ci il 2 910,094 41,3338 2 016,268 4 452,0195
    31 mart 2021-ci il 2 855,116 40,5768 1 974,5075 4 427,0295
    01 mart 2021-ci il 2 972,3395 45,6236 2 061,896 3 977,558
    01 aprel 2020-ci il 2 696,1915 23,9271 1 239,436 4 003,8995
    Sutkada fərq: manat 54,978 0,757 41,7605 24,99
    faiz 1,93 1,87 2,11 0,56
    Ayda fərq: manat -62,2455 -4,2898 -45,628 474,4615
    faiz -2,1 -9,4 -2,2 11,9
    İldə fərq: manat 213,9025 17,4067 776,832 448,12
    faiz 7,9 72,7 62,7 11,2

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

  • Azərbaycanda daha 2248 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

  • İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır – SƏRƏNCAM

    Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” sərəncam imzalayıb.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alıram:

    1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

    1.1. Qubadlı Hərbi Prokurorluğu;

    1.2. Kəlbəcər Hərbi Prokurorluğu;

    1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

    2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

    2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  • ÜST rəsmisi: “Peyvəndlərin tətbiqində maneələri aradan qaldırmalıyıq”

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın peyvənd təşkilatçılığının ləng getdiyini vurğulayaraq yoluxma hadisələrinin regional artımına diqqət çəkib.

    “TRT Haber” məlumat verir ki, ÜST-nin Avropa üzrə direktoru Hans Kluge bu mövzu ilə əlaqədar açıqlama verib:

    “Peyvəndlər bizə epidemiyadan qurtulmağın ən yaxşı yolunu təklif edir”, – deyən Kluge bu peyvəndlərlə bağlı təşkilatçılığın “qəbuledilməz dərəcədə ləng” olduğunu bildirib.

    Kluge bu vəziyyətin epidemiya müddətini uzatdığını vurğulayıb:

    “İndi istehsalımızı artırmalı, peyvəndlərin tətbiqində maneələri azaldaraq, hər bir peyvəndi istifadə etməli və prosesi sürətləndirməliyik”.

    ÜST-dən bildirilib ki, Avropada epidemiya ilə bağlı vəziyyət gördüyündən daha pisdir.

    ///oxu.az

  • Главы МИД Азербайджана и России обсудят ситуацию в Карабахе

    Министр иностранных дел России Сергей Лавров обсудит сегодня на раздельных встречах с главами МИД Азербайджана и Армении Джейхуном Байрамовым и Арой Айвазяном выполнение договоренностей лидеров трех стран по Карабаху. Об этом сообщила на брифинге официальный представитель МИД РФ Мария Захарова, пишет ТАСС.

    “В ходе бесед планируется обсудить вопросы двустороннего сотрудничества, ситуацию, конечно, в Карабахе, ход реализации договоренностей лидеров РФ, Азербайджана и Армении от 10 ноября прошлого года и 11 января текущего”, – сообщила она.

  • Ceyhun Bayramovun Lavrovla görüşü baş tutacaq

    Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla ayrı-ayrılıqda görüşlər keçirərək, üç ölkənin liderlərinin Qarabağla bağlı razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcək.

    Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    “Aprelin 1-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri keçiriləcək. Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələlərinin, əlbəttə ki, Qarabağdakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrı və cari ilin 11 yanvarındakı razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır”, – deyə M.Zaxarova qeyd edib.

    Tərəflər həmçinin görüşlər zamanı bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.