Month: April 2021

  • Россельхознадзор проинспектирует предприятия по производству томатов в Азербайджане

    Специалисты Россельхознадзора проинспектируют предприятия по производству томатов в Азербайджане в мае.

    Как передает Report со ссылкой на ТАСС, об этом говорится в сообщении ведомства по итогам рабочей встречи руководителя Россельхознадзора Сергея Данкверта с руководителем Агентства продовольственной безопасности Азербайджана Гошгаром Тахмазли.

    “Компетентные ведомства прикладывают значительные усилия для восстановления стабильного уровня импорта из Азербайджана томатов, перцев и яблок в условиях усиленного контроля за такой продукцией с обеих сторон и использования механизма видеообследований предприятий-поставщиков. В ходе переговоров стороны запланировали визит российских экспертов в Азербайджан для проведения инспекции предприятий по производству томатов, системы контроля за перемещением продукции и прослеживаемости семенного материала в середине мая 2021 года”. – говорится в сообщении.

  • Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək.

    “Report”un məlumatına görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

    Qeyd olunub ki, səfər cari ilin may ayının ikinci yarısına planlaşdırılıb.

    Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

  • Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor”un rəhbəri ilə görüşüb

    Aprelin 26-da Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

    Görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə “Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan Sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.

    Tədbirdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

    Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

  • Ərdoğan : “Qardaşım İlham Əliyevlə önümüzdəki günlərdə atacağımız addımları konkretləşdirəcəyik”

    “Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə də Ermənistanla imzalanan razılaşmaların həyata keçirilməsi və son proseslər çərçivəsində atıla biləcək ortaq addımlarla bağlı bir telefon danışığımız oldu”.

    Median.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

    Ərdoğan deyib ki, illərdir ki, çözümsüzlüyü çözüm kimi təqdim edənlərə ən gözəl cavabı Azərbaycanla birlikdə Qarabağda verdiyimizi bilirsiniz: “Önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik”.

  • Paşinyanın namizədliyi yenidən irəli sürüldü

    Ermənistanın hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bu proses parlamentin buraxılması və iyunda növbədənkənar seçkilərin keçirilməsi üçün lazımdır.

    Xatırladaq ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün prosedur qaydalarına uyğun olaraq aprelin 25-də istefa verib. Prezident Armen Sarkisyan Paşinyanın istefasını qəbul edib.//qaynarinfo.az

  • ETSN: “Metsamor stansiyasında qəza baş verərsə, fəlakətin miqyasını təsəvvür etmək çətin olacaq”

    “1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər”.

    Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyası (Espoo Konvensiyası) üzrə milli əlaqələndirici Aysel Rzayeva Çernobıl faciəsinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama verərkən bildirib.

    Onun sözlərinə görə, Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır:

    “AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir”.

    Espoo Konvensiyası üzrə milli əlaqələndirici qeyd edib ki, Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.

    “Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə Sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azadılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir.

    Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır. Halbuki, bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır. Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur.”

    Onun sözlərinə görə, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir.

    “Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır.

    Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb”.

    A.Rzayeva onu da qeyd edib ki, Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir.

  • Путин и Макрон обсудили Карабах

    Французский лидер Эмманюэль Макрон позвонил президенту России Владимиру Путину.

    Как передает Report со ссылкой на ТАСС, об этом сообщила пресс-служба Кремля.

    Помимо прочего, лидеры двух стран обсудили Карабах и отметили, что обстановка остается спокойной.

  • Putin və Makron Qarabağı müzakirə ediblər

    Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

    Bu barədə “Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

    Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Qarabağı, Ukraynanı və Çexiya ilə yaşanan diplomatik qalmaqalı müzakirə ediblər.

  • Nazirlər Kabinetindən yeni dəyişiklik: Bu işçilərin əməkhaqqı artacaq

    Nazirlər Kabineti əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.

    Median.Az xəbər verir ki, NK-nin 110 №-li Qərarına dair izahı belə şərh olunub:

    “AR Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən aidiyyəti orqanlarla razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib”.

    Median.Az xəbər verir ki, NK-nin 110 №-li Qərarına dair izahı belə şərh olunub:

    “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”.//Oxu24.com

  • Xocavənddə əməliyyat: Tutulanlar arasında Rusiya vətəndaşı da var

    Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan 4 nəfər saxlanılıb.

    Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.

    Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.