Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətMasazır sakinlərindən etiraz: “Azərsu” problemimizi həll etmir - VİDEO

Masazır sakinlərindən etiraz: “Azərsu” problemimizi həll etmir – VİDEO

Abşeronun Masazır kəndində tullantı sularından göl əmələ gəlib.

Bu barədə “ARB 24”ün “İş vaxtı” verilişində yayımlanan süjetdə bildirilib.

Sakinlər açıq əraziyə axıdılan çirkab suları səbəbindən ətrafa üfunətli qoxu yayıldığını qeyd ediblər. Onlar aidiyyəti qurumları xəbərdar etsələr də, müraciətin cavabsız qaldığını deyirlər.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qurumun bundan xəbərdar olduğunu bildirərək, ərazidə tullantı su infrastrukturun olmadığını deyib.

O, dövlət büdcəsindən ayrılan vəsait hesabına Abşeronda mərhələli şəkildə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturun yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Daha ətraflı süjetdə:

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments