Month: May 2021

  • Bu qidalar ölümə yol açır

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova “Allergik qidaların orqanizmə təsiri” adlı məqalə hazırlayıb.

    Median.Az həmin məqaləni təqdim edir:

    “Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq, bəzi allergiyalar mövsümi xarakter daşıdığına görə əsasən də yaz və payız aylarında özünü daha qabarıq büruzə verir. Allergiyaya mövsümi qidalar da təsir edir

    Qida allergiyası zamanla artan xəstəlik kimi təsvir edilir. Hesab edilir ki, əhalinin 2,5 %-i qida allergiyasına məruz qalır, rast gəlmə tezliyi isə olduqca genişdir: 1 %-dən 10 %-ə qədər.

    Qida allergiyası – tərkibində allergenlərin olduğu qida məhsullarının istehlakı zamanı immun sistemin spesifik reaksiyası nəticəsində yaranan sağlamlıq üçün zərərli effektdir. Allergik reaksiya immun sistemi adətən zərərsiz olan qida zülallarına hücum etdiyi üçün meydana gəlir. Qida məhsullarının səbəb olduğu anafilaksiya ciddi allergik reaksiya olub, birdən-birə meydana gəlir və ölümə belə səbəb ola bilir. Allergik reaksiyalar adətən qidanın istehlakından 2 dəqiqə sonra başlayır və 2 saatadək müddətə meydana çıxır. Allergiya dəridə qızartı və səpkilər, ağızda qıcolma və ya qaşınma hissi, üz, dil, dodaqda şişkinlik, qusma və diareya, qarında spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itirilməsi kimi əlamətlərlə özünü büruzə verir.

    Qeyd edək ki, qida allergiyası – immunoqlobulin E antitelinin səbəb olduğu orqanizmin anomal reaksiyasıdır. Belə allergik reaksiyalara səbəb olan 170 növ qida məhsulu mövcuddur. Əsasən süd, yumurta, yerfındığı, qoz, buğda, soya, balıq və digər məhsullardan allergik reaksiyalar baş verir. Qida allergiyası adətən 2 yaşdan etibarən özünü büruzə verir.

    İnək südünə qarşı allergiya 2 yaşlı uşaqlar arasında daha geniş müşahidə edilir (2,5 %). İnək südünə qarşı allergiya zamanı allergik rinit, astma və atopik dermatitin başlanğıc mərhələsindən tutmuş ağır dərəcəsinə qədər hallar baş verir. İnək südünə qarşı allergiyası olan şəxslərdə südün istehlakından 5-30 dəqiqə sonra allergik reaksiya yaranır. Bu zaman ödem, səpkilər, qusma və nadir hallarda anafilaksiya, həmçinin bağırsaqda funksiyaların pozulması, diareya, qusma, həmçinin bağırsaq divarının iltihabı ilə təzahür edir. İnək südünə qarşı allergiyadan əziyyət çəkən insanlar üçün süd və süd məhsullarının (quru süd, pendir, kərə yağı, marqarin, yoğurt, dondurma) istehlakı yolverilməzdir.

    Allergiyaya səbəb olan qida məhsullarından biri də yumurtadır. İnək südündə olduğu kimi yumurtaya qarşı (toyuq yumurtası) allergiya zamanı da uşaqlıq və yeniyetməlik dövründə orqanizmdə dözümlülük yaranır. Yumurtaya qarşı allergiya mütəmadi şəkildə aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır ki, bu da sonralar astmanın inkişafına səbəb olur. Bu tip allergiyadan erkən yaşda uşaqların 1-2 %-i əziyyət çəkir. Allergik reaksiya adətən həzm sistemi pozuntuları, məsələn qarın nahiyəsində ağrılar, dəridə səpkilər, respirator problemlər, nadir hallarda anafilaksiya kimi əlamətlərlə özünü büruzə verir. Reaksiya yumurta zülalına qarşı və ya əksinə sarısına qarşı ola bilər. Lakin allergiyaya səbəb olan zülalların əksəriyyəti yumurta ağında olur.

    Müxtəlif çərəzlər – qoz, fındıq, badam, fıstıq və digərləri də güclü allergik qidalar hesab edilir. Bu qidalara qarşı allergiyası olan şəxslər həm də onlardan hazırlanan məhsullardan imtina etməlidirlər. Bəzi allergik qidalardan fərqli olaraq, çərəzlərə qarşı allergiya ömür boyu qalır. Çərəzlərə qarşı allergiya ciddi fəsadlara səbəb ola bilir, hətta anafilaksiya halları 50 % təşkil edir. Yerfındığı isə ciddi və potensial ölümcül reaksiyalara səbəb ola biləcək allergik qidalara aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8 %-i, yetkin insanların isə 1-2 %-i əziyyət çəkir.

    Dəniz məhsulları da geniş yayılmış qida allergenlərindən biridir. Dəniz məhsullarına qarşı allergik reaksiyalara səbəb əsasən trigger tropomiozin zülalı hesab edilir. İmmun cavaba səbəb ola bilən digər zülallara isə arginin kinaza və miozinin yüngül zənciri aiddir. Bəzi hallarda bu tip allergiyanı dəniz məhsullarının çirkləndiriciləri olan bakteriya, virus və ya parazitlərin yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Qeyd edək ki, hər iki halda da həzm sistemində pozuntular, qusma, diareya, qarın nahiyəsində ağrılar müşahidə olunur. Dəniz məhsullarına qarşı allergiya qısa zamanda keçib getmir, ona görə də bu allergiyadan əziyyət çəkən insanlara belə məhsulları qida rasionundan kənarlaşdırması tövsiyə olunur.

    Buğdaya qarşı allergiya məhsulda aşkar olunan bir növ zülala qarşı allergik reaksiyadır. Buğdaya qarşı allergik reaksiya da həzm prosesində pozuntulara, qusma, səpkilər, ödem, daha ağır hallarda isə anafilaksiyaya səbəb ola bilir. Qeyd edək ki, oxşar simptomlara görə buğda allergiyası qlütenə qarşı dözümsüzlüklə qarışdırılır. Halbuki buğdaya qarşı allergik reaksiya onun tərkibində olan yüzlərlə zülalın yalnız birinə qarşı verilmiş immun cavabdır.

    Soya da ən geniş yayılmış qida allergenlərindəndir. Daha çox azyaşlı uşaqlarda allergik reaksiyalara səbəb olur. Bu zaman qaşınma, burunda axıntı, ağızda səpkilər, nəfəsalmada çətinliklər, astma kimi hallar baş verir, nadir hallarda isə anafilaksiyaya səbəb olur. Müəyyən edilib ki, inək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya vardır. Soyanın bir çox qida məhsullarında olduğunu nəzərə alaraq, qida məhsullarını alarkən etiket məlumatları ilə tanış olmaq, eləcə də soya və soya ehtiva edən məhsulları qida rasionundan çıxarmaq lazımdır. Küncüt, kətan toxumu, ərik, banan, avokado, kivi, sarımsaq, xardal toxumu, çobanyastığı, kərəviz və digər qidalar da allergiyaya səbəb ola bilər.

    Bir çox meyvə-tərəvəzə qarşı da allergiya yarana bilər. Adətən şaftalı, banan, kivi, alma, armud, ərik, manqo və papaya kimi ekzotik meyvələr allergik reaksiyaya səbəb olur. Tərəvəzlərdən isə paprika bibəri, turp, kök, çuğundur, soğana qarşı allergiya yarana bilər. Meyvələrə qarşı allergiyaya səbəb olan əsas amil onların tərkibindəki turşulardır. Qeyd edək ki, yaşıl rəngli meyvələr çox az miqdarda allergenlərə malikdir. Sarı rəngli meyvələrdə orta, qırmızı və narıncı rəngli meyvələrdə isə yüksək miqdarda allergen mövcuddur.

    Emal edilmiş qida məhsullarının dad keyfiyyətinin yaxşılaşdırılması məqsədilə süddən alınmış kazein və laktoza, yumurtadan alınmış albumin kimi zülallar əlavə olunur. Belə gizli allergenlərin müəyyən edilməsi üçün qida məhsullarının düzgün etiketlənməsi vacib hesab edilir. Belə ki, Avropa Komissiyasının qərarına əsasən, etiket məlumatlarında 12 qida məhsulunun adı qeyd edilməlidir: tərkibində qlüten olan dənli bitkilər, ikitaylı molyuskalar, yumurta, yerfındığı, soya, süd (laktoza da daxil olmaqla), çərəz, xardal, küncüt toxumu, kərəviz, sulfitlər.

    Allergik reaksiyalar respirator və ya ürək-damar çatışmazlığı zamanı həyat üçün olduqca təhlükəli ola bilər. Allergik reaksiyalara qarşı ən təsirli mübarizə vasitəsi kimi allergen məhsulları tərkibində həmin vitamin və qidalı maddələr olan başqa məhsullarla əvəz etmək tövsiyə olunur”.

  • 97-летний миллиардер станет адвокатом Билла Гейтса

    Учредитель Microsoft Билл Гейтс нанял адвоката в связи с бракоразводным процессом со своей женой Мелиссой.

    Как сообщает Haber Global, адвокатом одного из самых богатых людей мира станет 97-летний миллиардер Чарльз Мангер.

    В настоящее время Ч.Мангер является заместителем председателя правления холдинга Berkshire Hathaway, принадлежащего другому американскому миллиардеру Уоррену Баффету.

  • 97 yaşlı milyarder Bill Qeytsin vəkili olacaq

    “Microsoft”un təsisçisi Bill Qeyts həyat yoldaşı Melisa Qeyts ilə boşanma prosesində özünə vəkil tutub.

    “Haber Global”ın məlumatına görə, dünyanın ən zəngin adamlarından biri olan Qeytsin vəkili 97 yaşlı milyarder Çarlz Manger olacaq.

    Qeyd olunur ki, Manger hazırda digər bir amerikalı milyarder Uorren Baffetin “Berkshire Hathaway” holdinqində idarə heyəti sədrinin müavinidir.

  • Баку проявил жест доброй воли и освободил троих военнослужащих Армении

    В соответствии с гуманизмом и гуманистической политикой, продемонстрированной президентом Азербайджанской Республики Ильхамом Алиевым, трое армянских военнослужащих, разоруженных в Карабахе после трехстороннего заявления, подписанного 10 ноября 2020 года, были освобождены.

    Как сообщает Report со ссылкой на Caliber.Az, в ближайшие часы эти лица будут доставлены в Ереван на военном самолете Баку-Ереван в сопровождении командующего российскими миротворцами Рустама Мурадова.

    Были освобождены следующие лица: Роверт Варданян, Самвел Шухян, Сейран Тамразян.

    Несмотря на то, что в ходе расследования было подтверждено, что эти лица являются армянскими военнослужащими, их причастность к преступной деятельности, включая операции, в результате которых были убиты или ранены азербайджанские военнослужащие или гражданские лица, не была установлена.

    К сожалению, на продемонстрированную Азербайджаном политику высокого гуманизма Армения не отвечает аналогичными принципами.

    Армения до сих пор не выдает карты минных полей в Карабахе, а заложенные мины приводят к гибели мирных жителей и военнослужащих, а также наносят вред их здоровью.

    Также Армения не предоставляет информацию о более чем 4 000 граждан Азербайджана, пропавших без вести во время Первой Карабахской войны. Большинство из них были убиты и похоронены в братских могилах. Одно из таких кладбищ было обнаружено в селе Башлыбель Кельбаджарского района.

    Между тем Армения до сих пор не предоставляет информацию и о гражданах Азербайджана, которые находились в плену во время Первой Карабахской войны. Тот факт, что они живы, был подтвержден представителями Международного комитета Красного Креста, которые вели с ними различные переписки. Вероятно, эти люди подверглись пыткам и были жестоко убиты. Тем не менее, Ереван отказывается предоставлять о них какую-либо информацию. На каком основании Армения говорит о гуманизме и предъявляет претензии к Азербайджану?!

  • Azərbaycan humanizm prinsiplərinə uyğun olaraq üç hərbçini Ermənistana təhvil verib – YENİLƏNİB

    Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni hərbçi – Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına eniş edib.

    “Report” “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində yazıb.

    Onun sözlərinə görə, artıq hər üç şəxs Yerevan şəhərinə aparılıblar və tibbi müayinədən keçirilirlər. Eyni zamanda, erməni hərbçilər yaxınları ilə telefonla da danışıblar.

    Xatırladaq ki, erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov müşayiət edib.

    ***

    Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.

    “Report”un xəbərinə görə, bu barədə “Caliber.az” məlumat yayıb.

    Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.

    İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

    Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.

  • В Габале взорвалась газовая плита, погибла женщина

    В Габалинском районе Азербайджана произошел несчастный случай.

    Как сообщает Report, инцидент зарегистрирован в селе Беюк Эмили.

    В доме взорвалась газовая плита, в тот момент когда Сабира Махмудова (1932 г.р.) пыталась ее включить.

    89-летняя женщина была госпитализирована в реанимационное отделение Габалинского диагностического центра с ожогами различной степени тяжести. Однако, несмотря на усилия врачей, спасти ее жизнь не удалось.

    По данному факту ведется расследование.

  • Daha bir müəllim koronavirusdan vəfat etdi

    Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib.
    Median.Az xəbər verir ki, koronavirusa yoluxan B.Qasımov 60 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə Bakı şəhərinin 174 saylı orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbuı olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə keçib. Həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

    1980-ci ildə BDU-da kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1984-cü ildən böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildə BDU-dan Təhsil Nazirliyində Elm İdarəsinin rəis müavini və Analiz və Proqnoz şöbəsinin rəisi vəzifələrində də çalışıb.

    2016-cı ildən isə Bakı Mühəndislik Universitetində adıçəkilən kafedranın müdiri kimi işləyib.

    Allah rəhmət eləsin!

  • Prezident Elçin Quliyevlə bağlı fərman imzaladı

    Dövlət Sərhəd Xidmətinin rəisinin səlahiyyəti artırılır.

    Median.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliklə əksini tapıb.

    Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verəcək.

  • Paltar toplama qutusunda sıxılıb qalan kişi ölümdən döndü – VİDEO

    Türkiyənin İstanbul şəhərində toplama qutusundan paltar götürmək istəyən kişi ölümlə üzləşib. Belə ki, o, qutudan geri çıxa bilməyib.

    Bu barədə “Haber Global” xəbər yayıb.

    Halı pisləşən kişi yoldan keçənlərdən yardım istəyib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Lakin onlar da bir iş görə bilməyiblər. Bundan sonra yanğınsöndürənlər çağırılıb.

    Uzun səylərdən sonra kişini qutudan çıxarmaq mümkün olub. O, xəstəxanaya yerləşdirilib. 

  • В Азербайджане увеличены штрафы за незаконный лов рыбы, занесенной в Красную книгу

    В Азербайджане увеличены штрафы за незаконный лов рыбы, водных млекопитающих и беспозвоночных, занесенных в Красную книгу.

    Как передает во вторник Trend, премьер-министр Али Асадов подписал в связи с этим постановление о внесение изменений в “Виды, ставки, правила применения платы за использование рыб и других водных биоресурсов, штрафы за незаконный лов рыбы и других водных биоресурсов”.

    Кроме того, увеличилось количество видов рыб, водных млекопитающих и беспозвоночных, занесенных в Красную книгу. Отныне за ловлю шипа (рыба семейства осетровых), морского судака, белоглазки, каспийского лосося, меч-рыбы, ширванской плотвы, каспийского усача, речного рака и каспийского тюленя, а также разных видов лососевых будут штрафовать на 275 манатов.

    Также, независимо от размера и веса, ущерб одной рыбе, водному животному и беспозвоночному будет определяться в следующей сумме (в манатах):

    – белуга – 247,5 маната;

    – осетр, севрюга – 220 манатов;

    – жерех, кутум, судак, усач, шамайка, белый амур, толстолобик – 33 маната;

    – сазан, карп, селедка – 22 маната;

    – сом, щука, кефаль, лешь, плотва, рыбец, храмули, карась, речной окунь, речной угорь, другие виды селедки – 11 манатов;

    – килька (кг) – 0,55 маната;

    – икра (кг) белуги, севрюги, осетра – 220 манатов;

    – рак – 1,1 маната;

    – креветки – 0,55 маната.

    Штрафы за незаконно выловленную или уничтоженную рыбу и другие водные биоресурсы в государственных заповедниках и других особо охраняемых природных территориях будут оплачиваться в тройном размере.