Month: May 2021

  • Lavrov sabah Yerevana gedir: Hansı məsələlər müzakirə olunacaq? – Politoloq – VİDEO

    Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri böyük dəyişikliyə yol açmayacaq. O, müzakirələr aparmağa və Ermənistan-Azərbaycan arasında iki tərəfin də narazı qaldığı məsələri öyrənib, Kremlə məruzə etmək məqsədi ilə gəlir.

    Oxu24.com bildirir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, Lavrovun Yerevan səfərində Paşinyan Azərbaycanın əsir götürdüyü erməni terrorçularla bağlı məsələni müzakirə edəcək:

    Politoloq onu da bildirib ki, Lavrovun Bakı səfəri çərçivəsində Şuşaya atılan “İsgəndər-M”lə bağlı hansısa açıqlama verməsi gözlənilmir:

    “Bakı səfərində inanmıram ki, Lavrov “İsgəndər-M” raketi ilə bağlı hər hansı açıqlama versin. Güman ki, Prezident İlham Əliyev bu məsələni görüşdə diqqətə çatdıracaq. Lavrov isə ən azından məsələnin araşdırıldığını deyə bilər. Bundan başqa, hesab edirəm ki, görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini Rusiya XİN rəhbərinin diqqətinə çatdıracaq”.

  • Məhkəmə Azər Səmədli barədə bəraət hökmü verdi

    Bu gün Bakı şəhəri, Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham olunan Səmədli Azər Həmdulla oğluna əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilib.

    Median.Az xəbər verir ki, Azər Səmədlinin vəkili Sadiq Əfəndiyev Femida.az -a məsələnin hüquqi tərəfini şərh edib.


    Vəkilin sözlərinə görə, İbtidai istintaq zamanı verilən ittiham faizlə pul verən lombardın heç bir cinayət hüquqi əhəmiyyət kəsb etməyən mülki-hüquqi xarakterli pul tələbinə əsaslanmışdır. Məsələnin qısa mahiyyəti ondan ibarətdir ki, şikayətçi tərəf lombarddan götürülən pulun müəyyən məbləğinin qaytarılmamasını iddia etsə də, təqsirləndirilən şəxs bu iddianı qəbul etməyərək pulun artqılaması ilə qaytarıldığını bildirmişdir.
    Tərəflər arasında açıq-aşkar mülki-hüquqi mübahisənin mövcud olmasına, bununla da mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına baxmayaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə əsassız və qanunsuz ittiham verilmişdir.

    Təbii ki, bu cür ittiham məhkəmə tərəfindən təsdiq edilə biməzdi və ona görə də işə baxan məhkəmə qanuni mövqe tutaraq təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarmışdır.//oxu24.com

  • В Азербайджане изменились правила назначения и выплаты студенческих стипендий

    В Азербайджане изменились правила назначения и выплаты студенческих стипендий докторантам, учащимся вузов и профессиональных учебных заведений, а также магистрантам Национальной академии наук Азербайджана.

    Как сообщает во вторник Trend, согласно разъяснению Кабинета министров к постановлению № 130, целью внесения соответствующих изменений является необходимость учесть ряд факторов при назначении и выплате стипендий. Так, в соответствии с Законом Азербайджанской Республики “О внесении изменений в Закон Азербайджанской Республики “Об образовании” от 12 июня 2018 года № 1189-VQD”, победители международных и республиканских предметных олимпиад, международных конкурсов и соревнований высокого уровня, участники, получившие образование по программам с международной аккредитацией, зачисляются в вузы вне конкурса, однако порядок определения их стипендий не отражен в настоящем документе.

    Помимо этого, согласно изменениям, внесенным в “Правила приема в магистратуру высших учебных заведений и Национальной академии наук Азербайджана” постановлением Кабинета министров, было определено, что вступительный экзамен в магистратуру будет проводиться в один этап, в отличие от предыдущих лет. В результате максимальная оценка, которую может набрать бакалавр на вступительном экзамене, составила 100 баллов. Однако в предыдущие годы (при вступительных экзаменах в два этапа) этот предел составлял 150 баллов.

    В связи с этим, Кабинет министров Азербайджана принял соответствующее постановление “О внесении изменений в “Правила назначения и выплаты студенческих стипендий докторантам, учащимся вузов и профессиональных учебных заведений, а также студентам магистратуры Национальной академии наук Азербайджана”.

  • Qəbələdə qaz sobası partlayıb, ölən var

    Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Tbilisi əməkdaşlığının inkişafı müzakirə olunub

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirib.

    “Report”a bu barədə Gürcüstan səfirliyindən məlumat verilib.

    Görüşdə Bakı və Tbilisi arasında iqtisadiyyat, mədəniyyət, humanitar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər həmçinin postpandemiya dövründə qarşılıqlı mədəniyyət günlərinin təşkili məsələsini də nəzərdən keçiriblər.

    Müzakirələr zamanı paytaxt şəhərlərin qardaşlaşması ilə bağlı qərar alqışlanıb. Qeyd olunub ki, yaxın zamanlarda bununla bağlı anlaşma memorandumu üzrə işlərin yekunlaşdırılacağı gözlənilir.

    Görüşdə Gürcüstan səfirliyinin BŞİH ilə birgə tədbirlərin təşkili məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

  • В Самухе повесился молодой человек

    В Самухе произошел суицид.

    Как сообщает Report, инцидент зарегистрирован в поселке Гарайери.

    Джошгун Мустафаев (1997 г.р.) повесился в собственном доме. На место происшествия прибыли сотрудники правоохранительных органов.

    Причины суицида пока не установлены.

    По данному факту ведется расследование.

  • “Taksim Kebab” restoranı və “Dominos pizza” evi cərimələnib – SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 3-də ölkə üzrə 457 ictimai iaşə obyektində 770 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus restoran;

    2. Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Allahverdi Teymur Tofiq oğluna məxsus restoran;

    3. Bakı şəhəri, Binəqədi ‎rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, hüquqi şəxs “Retro Holding” MMC-yə məxsus “Retro Şam” restoranı;

    4. Bakı şəhəri, Nizami ‎rayonu, Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs “AZEMAT” MMC-yə məxsus “Dominos pizza” evi;

    5. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Axundov Fuad Taryel oğluna məxsus çay evi;

    6. Bakı şəhəri, Xəzər ‎rayonu, Şüvəlan ştq, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 15/1 ünvanında yerləşən, fiziki şəxs Şükürov Fariz Hümmət oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Binəqədi ‎rayonu, Əhməd Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 43b ünvanında‎ yerləşən, fiziki şəxs Məmmədov Abubəkr Bəhram oğluna məxsus “Darçın” restoranı;

    10. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov 5 ünvanında yerləşən, fiziki şəxs Məcidov Mahir Şirxan oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov 249 E/F ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kebab” restoranı;

    12. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov 7D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;

    13. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Səməd Vurğun və M. Əliyev küçələrinin kəsişməsində yerləşən, hüquqi şəxs “ÖZSÜT AZƏRBAYCAN” MMC-yə məxsus “Özsüt qış parkı” restoranı;

    14. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus çay evi;

    15. Bakı şəhəri, Nəsimi rayonu,‎ Rəşid Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunis Həsənalı oğluna məxsus dönər evi;

    16. Bakı şəhəri, Nəsimi rayonu,‎ Aslanov 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road” pub;

    17. Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatın Bəxtiyar qızına məxsus “Sünbül” kafesi;

    18. Bərdə rayonu, Nazırlı küçəsində yerləşən, fiziki şəxs İbrahimov Allahverdi Səyyat oğluna məxsus kafe;

    19. Bərdə rayonu, Hacılar kəndində yerləşən, fiziki şəxs Yahyalı Musa Zahid oğluna məxsus kafe;

    20. Saatlı rayonu, H. Əliyev prospekti 285 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ülvi Nazim oğluna məxsus kafe;

    21. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Seymur Davud oğluna məxsus kafe;

    22. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Əliyev Emin Nazim oğluna məxsus kafe;

    23. Kürdəmir rayonu, Xırdapay ünvanında yerləşən, fiziki şəxs İsrafilov Azər Rza oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.ölkə.az

  • “Azərsu” Şuşaya yeni magistral su kəməri çəkəcək

    Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.

    Bu barədə “Azərsu”ya istinadən xəbər verir.

    Məlumata görə, bu tədbirlər mövcud su təchizatı sistemlərinin stabil fəaliyyətinin təmin edilməsi və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin icrası çərçivəsində həyata keçirilir.

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Proqramı hazırlanıb və icrasına başlanılıb. Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq. Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.


    Bu tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 km uzunluğunda yeni magistral su kəməri çəkilir.

    Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trassası boyunca davam etdirilir.


    Magistral su kəmərinin inşası zamanı texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanılır, müvafiq rəy verildikdən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir. Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trassası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq.

    Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.


    Qeyd edək ki, yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

    Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək.ölkə.az

  • Вратарь “Карабаха” вновь был травмирован и досрочно завершил сезон

    Вратарь ФК “Карабах” и сборной Азербайджана по футболу Шахруддин Мухаммедалиев вновь был травмирован.

    27-летний голкипер получил повреждение в матче XXV тура Премьер-лиги страны против команды “Зиря”.

    У футболиста диагностирован перелом правой руки.

    Мухаммедалиев в слезах покинул поле. Его на 22-й минуте заменил Эмиль Балаев.

    Опытный игрок не сможет выйти на поле до конца сезона.

    Отметим, что голкипер уже получал тяжелую травму головы – 16 апреля в матче XXIII тура Премьер-лиги с “Сабаилом”, в результате которой ему было наложено 25 швов.

  • Ağdama səfər etmiş rusiyalı politoloq: “Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik” – FOTO

    Tanınmış rusiyalı politoloq Sergey Markov bugünlərdə səfər etdiyi Ağdam şəhəri barəsindəki təəssüratlarını bölüşüb.

    Öz “Facebook” səhifəsində gördüklərini anladan ekspert erməni vəhşiliyi qarşısındakı dəhşətini də gizlətməyib.

    “Ağdamdakı Mədəniyyət Evinin qalıqları. 200 min sakini olan çiçəklənən bir şəhər yerlə-yeksan edilib və 25 il ərzində boş qalıb. Onun sakinləri etnik təmizləmə və kütləvi qətl qorxusu ilə axırıncı nəfərinədək qaçıb və son qərinədə burada heç kim məskunlaşmayıb. İşğalçı şəhəri boş saxlayıb. Barbarlıq adamı sarsıdır. İnsanlıqdan əlini üzməyə başlayırsan. Ümid edirik ki, tezliklə sivilizasiya Ağdama qayıdacaq”, – deyə Markov bildirib.

    Politoloq ermənilərin müsəlman dini ibadətgahlarına qarşı qeyri-insanı münasibətinə də toxunub. O, Ağdam məscidinin yanında aşkar etdiyi konyak şüşəsinin şəklini paylaşaraq, ermənilərin müsəlmanların dini hisslərini alçaltmaq məqsədi ilə uzun illər ibadətgahda donuz saxladıqlarını qeyd edib.

    “Biabırçılıq! Bunlar xristianlar deyil. Biz bu vandallarla ümumi heç nəyə sahib olmaq istəmirik”, – deyə ekspert əlavə edib.