Month: May 2021

  • Yarım ildən çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? – RƏSMİ – FOTO

    “Nərimanov” elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir. Növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.
    Bu barədə “Bakı Metropolitenin”dən məlumat verilib.

    Bildirilib ki, ümumən, bu işlər “Nərimanov” elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir.

    Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.

    Onu da qeyd etmək lazımdır ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib.

    Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib.

    Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.

    Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.

    Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac-şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir.

    Tədbirlər çərçivəsində yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.//ölkə.az

  • Kəlbəcərin qızıl yataqları kimdədir – Tunellər qızılları hara aparır?

    Zəngilan və Kəlbəcərdəki qızıl yataqları ilə bağlı müxtəlif fikirlər var. Bəziləri faydalı qazıntı mədənlərinə Rusiya şirkətlərinin nəzarət etdiyini düşünür. 

    Erməni mətbuatının yazmasına görə isə Kəlbəcərdəki qızıl yataqları Azərbaycan və Ermənistan arasında bölüşdürülüb. Burada əsas mübahisə və müzakirə predmeti Zod qızıl yatağı ilə bağlıdır. 

    Çünki noyabrın 26-ı Azərbaycan mətbuatında  da yayılan xəbərlərə görə, ordumuz erməniləri Zod yatağından çıxarıb.

    Ermənistanın Kəlbəcərdəki qızıl yataqlarına iddiası isə onların saxtakarlıq siyasəti ilə əlaqədardır. Belə ki, İrəvan I Qarabağ müahribəsində Kəlbəcərin işğalından sonra dövlət sərhədini dəyişdirərək, qızıl yatağını Ermənistan ərazisinə daxil etmişdi. Səbəb isə, nə vaxtsa Kəlbəcəri qaytarmalı olsalar, yatağın onlarda qalmasını təmin etmək idi.

    Azərbaycan isə beynəlxalq hüquqla tanınmış dövlət sərhədinə uyğun olaraq ermənilərin qanunsuz qurduğu “sərhəd qapısını” keçərək, real sərhədi bərpa edib. Bununla da, Ermənistan parlamentində Naira Zöhrabyan kimi deputatlardan Paşinyana danlaq dolu ittihamlar səsləndirilib. Nikol bu informasiyaları təkzib etsə də, daha sonra elə erməni KİV-də “Sotk” deyilən yatağın 80 azərbaycanlı hərbçinin nəzarətində olduğu barədə informasiyalar yayılıb. 

    Ümumiyyətlə, erməni mətbuatında “Qarabağ və qızıl” başlıqlı çox yazı dərc olunub. Savaşda ağır məğlubiyyət alan ermənilər utancverici vəziyyətdən çıxmaq üçün, başlarını azacıq da olsa qaldıra bilmək üçün müxtəlif bəhanələr uydurublar. 

    Guya ki, Azərbayan Kəlbəcər və Zəngilandakı qızıl yataqlarının hesabına II Qarabağ savaşını qazana bilib. Növbəti erməni böhtanına inansaq, Rusiya Azərbaycanın qızıl yataqlarının əvəzində müharibədə güzəştə gedib və İrəvana hərbi dəstək göstərməyib. 44 günlük savaş ərzində və hazırda Rusiyadan Ermənistana nə qədər silah-sursat daşındığını bildiyimiz üçün ermənilərin bu versiyası inandırıcı deyil. Həm də heç kəsə sirr deyil ki, Kreml Bakıdakı təsir imkanlarını itirməmək üçün Qarabağı heç vaxt könüllü sürətdə Azərbaycana qaytarmazdı. Onsuz da, bəzi mənbələrin yaydığı məlumata görə 30 illik işğal dövründə Qarabağdakı qızıl yataqları rus şirkətlərinin “kurasiya”sında olub. 

    Rusiya bir vaxtlar qızıla görə Alyaskanı ABŞ-a satıb. Amma Qarabağda “sənin olanı sənə sata bilməzlər” məntiqi qabarır. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 noyabr 2020-ci il məlumatına görə, Kəlbəcərdə hələ 143 ton qızıl yatağı mövcuddur. Zəngilandakı Vejnəli yatağı barədə danışan iqtisadçılar hazırda orada 2-3 milyard dollarlıq qızıl ehtiyatının olduğunu iddia edirlər. 

    Hazırkı reallıq ondan ibarətdir ki, sərhədlər tam müəyyənləşdirilir və azad olunan torpaqlarda yeni infrastruktur yaradılır, bərpa işləri aparılır. Torpaqlar minalardan təmizlənəndən sonra çox narahatlığın müqəddəratı hamı üçün aydınlaşacaq. Əvvəlcə, zəruri təhlükəsizlik tədbirləri görülməlidir ki, Azərbaycanın əsas kapitalı olan insanların sağlamlığına təhdid qalmasın. 

    Təhlükəsizlik demişkən, yəqin müharibənin gedişatında aşkarlanan yeraltı tunellər də dağıdılıb, yaxud nəzarətə götürülüb.

    Çünki “daşnak tunelləri” arasında Kəlbəcərdən Göyçə gölü və İrəvan istiqamətində olanlar, həmçinin Zəngilandan İrana yönələnlər də var idi.

    Bəzi ictimai fəalların fikrincə, bu faktlar Zəngilan qızılının İrana, Kəlbəcər qızılının isə İrəvana daşınması riskini formalaşdırır. Əlbəttə ki, bütün bunların güman xarakerli mövqelər olduğu üçün reallıqlara köklənmək lazımdır. Həqiqət isə Azərbaycanın tərəfindədir. 

    //bizim.media

  • DİQQƏT! Bu insanlar mütləq peyvənd olunmalıdır

    “Ürək-damar xəstələri koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir”.

    Median.Az Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə qurumun baş kardioloqu Yusif Nağıyev məlumat verib.

    Onun sözlərinə görə, ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil:

    “Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.

  • Rusiyanın Ermənistana göndərdiyi hərbi yüklərin PƏRDƏARXASI

    Rusiya artıq necənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədli yüklər çatdırmaq istəyir.

    Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

    Onun sözlərinə görə Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək:

    “Qarabağda müharibə günlərində də rəsmi Tbilsinin bəyanatı olmuşdu: “Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək”.

    Bu qadağanı bilə-bilə nə məcburdur ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın? Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə də Ermənistana çatdıra bilər. Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı. Bunu hamı bilir”.

    Politoloq qeyd edib ki, o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuzuna çatdırmaq istəyə bilərdilər:

    “Belədirsə, Moskva maraqlanmalıydı ki, hansı ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir.
     

    Birincilər ikincilərə pul verib və ikincilər aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə nəqliyyat yoluna üstünlük veriblər. Kreml “İsgəndər” raketlərində olduğu kimi hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”.

    Xatırladaq ki, Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar – zirehli döyüş jiletləri, gödəkçələr və dəbiləqlər martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edilib.

    Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanılıb. Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə ediərək onların yola davam etməsinə qadağa qoyub və sonradan Rusiyaya geri göndərilib.

    //bizim.media

  • Tələbələrdən gizlədilən suallar – İqtisad Universitetinə haqq qazandırmaq olarmı?

    “Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin imtahan suallarının verilməsi ilə bağlı tələbləri ədalətsiz və doğru olmayan yanaşmadır. Əslində, UNEC rəhbərliyi, çox güman ki, belə müqavimətin olacağını proqnozlaşdırırdı. Məsələni rəhbərlik UNEC İctimai Şurasına da çıxarmışdı. Yəni, rektor qabaqcadan İctimai Şuranın da mövqeyini öyrənmək istəmişdi. Yeri gəlmişkən, Şurada bu istiqamətdə ciddi müzakirələr gedib. UNEC rəhbərliyinin mövqeyi dəstəklənib”.

    Bizim.Media xəbər verir ki, bu sözləri UNEC İctimai Şurasının üzvü Osman Gündüz “Facebook” hesabında qeyd edib.

    O, vurğulayıb ki, sualların və ya cavabların verilməməsi tələbələr üçün əlavə bir yük və əzab-əziyyətdir:
     

    “Bunun üçün daha çox oxumaq və zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil, bilik və bacarıqlar üçün bunlar zəruridir.

    UNEC də tədrisin keyfiyyəti və qiymətləndirmə istiqamətində uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər ki, distantın yaratdığı diskomfort mühit universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb. Təəssüf ki hökumət, Təhsil Nazirliyində zamanında dustantla bağlı tənzimləməni, metodiki və texniki -texnoloji standartları müəyyən etməyib. Əslində, biz indi dolayısıyla məhz bu məsələlərin zamanında həll edilməməsinin ağrısını yaşayırıq. Amma nəzərə almaq lazımdır ki, UNEC az sayda universitelərdən biridir ki, məhz distantın keyfiyyətini qaldırmaq üçün əlavə xeyli investisiyalar yatırıb”.

    Osman Gündüz hesab edir ki, bu qədər islahatlar aparmaq və investisiyalar yatırmaqla universitetdə təhsilin keyfiyyətini qaldırmaq istiqamətindəki addımları təqdir etmək, dəstəkləmək daha doğru olardı:
     

    “Fikrimcə, tələbələr və müəllimlər tərəfindən distantın keyfiyyəti, mahiyyəti, internetin əlçatanlığı ilə bağlı müzakirələr açıb Universitetə, hökumətə təkliflər verməsi daha məntiqli olardı.

    Yuxarıda qeyd etdiyim fərqli mövqe də məhz bu istiqamətdə olub. Tələbələrin günahı olmadan, mövcud pandemiya səbəbindən qaynaqlanan keyfiyyətsiz standartlardan, hüquqdan, metodikadan kənar distant və texniki-texnoloji problemlər səbəbindən tələbənin yekun balında imtahanın xüsusi çəkisinə yenidən baxılmalıdır”.

  • На «Евровидение» пустят зрителей

    Правительство Нидерландов окончательно разрешило присутствие зрителей на музыкальном конкурсе «Евровидение», который пройдет в Роттердаме. Об этом сообщает газета De Telegraaf.

    По информации издания, билеты на репетиции, полуфиналы и финал конкурса начнут продавать 8 мая. При этом зрители должны будут предъявить отрицательный тест на коронавирус не раньше 24 часов. Всего в зал допустят не более 3,5 тысячи зрителей.

    О том, что зрителям разрешат присутствовать на «Евровидении» в рамках эксперимента, сообщалось в начале апреля. Однако тогда допускалась возможная отмена этих послаблений при ухудшении эпидемиологической обстановки. Также отмечалось, что на мероприятие приглашают только жителей Нидерландов.

  • Tələbə təqaüdlərinin təyini və ödənilməsi qaydası dəyişdi

    Nazirlər Kabineti doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edib.

    Bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

    Sənədə əsasən, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır.

    Belə ki, “Təhsil haqqında” Qanuna əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmayıb.

    Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunub.

    Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olub.

    Halbuki əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.

    Göstərilənlər nəzərə alınmaqla, “Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

  • “Азеришиг” устранил проблему в Загатале – ФОТО/ВИДЕО

    Жители Загаталы обратились в редакцию Oxu.Az с просьбой осветить проблему, связанную со столбом линии электропередач, находящимся в аварийном состоянии.

    Речь идет об опоре, расположенной на улице Низами города.

    По словам жителей, они обращались в соответствующие структуры, однако проблема не была устранена.

    Oxu.Az направил запрос по данному поводу в ОАО “Азеришиг”.

    Как заявили в ответе на него, территория была осмотрена и столб оперативно заменен на новый.

  • Belarus neftin 3 yeni marşrutla nəqli üzrə tariflər tətbiq edib

    Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi neftin üç əlavə marşrutla nəqli üzrə tariflər təyin edib.

    Müvafiq fərman çərşənbə axşamı milli hüquq portalında dərc edilib.

    Bir qədər öncə, “Qomeltransneft Drujba” ASC nazirliyə müraciət edərək Nevel (Rusiya-Belarus sərhədi) – Polotsk (Belarus), Uneça (Rusiya-Belarus sərhədi) – Polotsk, Polotsk – Novopolotsk istiqamətlərində neft nəqli tariflərinin təyin edilməsini xahiş edib.

    Sənədə uyğun olaraq, neft nəqli üçün tariflər Nevel – Polotsk marşrutu üzrə hər netto ton üçün 45,39 Rusiya rublu (1,03 manat), Uneça – Polotsk marşrutu üzrə 175,6 rubl (3,99 manat), Polotsk – Novopolotsk marşrutu üzrə 0,46 rubl (0,010 manat) təyin edilib (ƏDV xaric).

  • Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.

    Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, üzvləri isə müdafiə və daxili işlər nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.

    Komissiyanın qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

    Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.