Month: May 2021

  • NASA-dan paylaşım: “Hey İstanbul, parıldayırsan!” – FOTO

    ABŞ-ın NASA agentliyi özünün “Instagram” hesabından Türkiyə ilə bağlı paylaşım edib.

    Bu barədə “Haber Global” xəbər verir.

    Fotoya “Hey, İstanbul, parıldayırsan! Bosfor boğazı və Qızıl Buynuzun (Haliç – red.) iki yerə ayrıldığı şəhərin gecə işıqlarına baxın” şərhi yazılıb.

    Kadrların cari ilin mayın 21-də çəkildiyi vurğulanıb.

    Paylaşım 1,8 milyondan artıq bəyənilib.

  • Bakıdan Naxçıvana avtobus reysləri bərpa edildi

    “Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir”.

    Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

    “Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək”, – deyə o qeyd edib.

    Xatırladaq ki, N.Allahyarova bir qədər əvvəl keçirdiyi mətbuat konfrasında Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsinin hələ ki, nəzərdə tutulmadığını bildirib.

  • “Windows 10” sisteminin yeni versiyası təqdim edilib

    “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə korporasiyanın saytındakı bloqda deyilir.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, əməliyyat sisteminin təqdim edilən versiyası “21H1” və ya “May 2021 Update” adlanır. Yeni əməliyyat sistemi çoxlu yeni funksiyaların mövcudluğu ilə fərqlənməsə də, şirkət nümayəndələrinin sözlərinə görə, mühəndislər tərəfindən ciddi işlər görülüb. “21H1” yeniləməsinin məhsuldarlığı və təhlükəsizliyi təkmilləşdirilib və bu səbəbdən onun quraşdırılması tövsiyə edilir.

    Həmçinin qeyd olunur ki, “Windows 10” sisteminin “21H1” versiyasının quraşdırılmasının rəvan və insidentsiz başa çatması üçün ondan istifadə məhdudlaşdırılıb. Bundan əlavə, istifadəçilərə kompüterin əməliyyat sisteminin yeni versiyası üçün uyğunluğunu yoxlamaq tövsiyə olunur.

    Yeniləməni fərdi kompüterə quraşdırmaq üçün “Windows yeniləmə mərkəzi”nə daxil olaraq “Yeniləmələrin mövcudluğunu yoxla” düyməsinə basmaq lazımdır. Əməliyyat sistemi mövcud olduğu təqdirdə “Yüklə və quraşdır” funksiyasını seçmək tələb olunur. Məhsulun quraşdırılması müəyyən vaxt aparacaq.

  • И.о. главы МИД Армении ушел в отставку

    Исполняющий обязанности министра иностранных дел Армении Ара Айвазян ушел в отставку.

    Как передает Report со ссылкой на ТАСС, об этом сообщил пресс-секретарь внешнеполитического ведомства Армении.

  • Ermənistanın XİN rəhbəri əvəzi istefaya gedib

    Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyan vəzifəsindən istefa verib.

    “Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.

  • Ordumuza məxsus avtomobil Ermənistanla sərhəddə minaya düşdü

    Azərbaycan Ordusuna məxsus hərbi avtomobil minaya düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunun Ermənistanla sərhəd istiqamətində baş verib.

    Müdafiə Nazirliyi hərbi avtomobilin minaya düşməsi faktını təsdiq edib.

    Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat yoxdur.

  • Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

    2021-ci ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

    Onlardan 96,7 min nəfərdən çoxu yaşa görə, 16,9 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

  • Tərlan Əhmədov futboldan gedir

    “Neftçi” və “Keşlə” futbol komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədov futboldan getməyə hazırlaşır.

    Bu barədə “Report”a 50 yaşlı mütəxəssisin özü məlumat verib. O, özünü başqa sahədə sınamaq istədiyini bildirib: “Yalnız istirahətdəyəm, iş tapmağa çalışıram. Görürəm ki, futbola lazım deyiləm. Nəticə verdim, alınmadı, qane olmadılar. 2 dəfə axırıncı yerdə gedən komandanı (“Neftçi” və “Keşlə”ni – red.) 3-cü pilləyə çıxardım, dəyər verilmədi. Ona görə başqa sahədə çalışmaq istəyirəm. Nə vaxtadək oturub iş gözləyəcəyəm”?

    Əhmədov hansı sahədə çalışacağını hələ müəyyənləşdirmədiyini söyləyib: “Artıq 10 aydır boş-bekar oturmuşam. Adıma o qədər söz-söhbət çıxardılar ki, hər şeydən bezdim. Mətbuatda hərə bir şey yazır ki, Tərlan filan işə görə qovuldu. Amma konkret səbəbini yazan yoxdur. Hər dəfə bir söz eşidib əsəbiləşirəm. İnsanı bir hadisəyə görə çıxararlar. Amma mənimlə bağlı min dənə söz deyirlər. Azərbaycanda hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Oyun, nəticə qalır kənarda, olmayan şeyi elə ictimailəşdirirlər ki, kənardan başqa cür görünür. Sonra da üzə durmaqla məşğul olan insanları elə öyrədirlər ki, adam özündən şübhələnir. Kimin sübutu varsa, gəlib desin. Ona görə düşünürəm ki, futboldan kənarlaşsam, daha yaxşı olar”.

    Mütəxəssis başqa peşəsinin olmadığını vurğulayıb: “Artıq 50 yaşım tamam olur. Bundan sonra gedib hansısa dövlət orqanında işləyə bilmərəm. Allah bir yol açar. Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, ali təhsil diplomum var. Amma başqa peşəm yoxdur”.

    Qeyd edək ki, Tərlan Əhmədov “Neftçi” və “Keşlə” ilə yanaşı, AZAL-da baş məşqçi, “Xəzər Lənkəran”da isə köməkçi-məşqçi kimi çalışıb. O, ötən ilin avqustunda “Keşlə”dən istefaya göndərilib.

  • Azərbaycanın 20 vətəndaşı Suriyadan ölkəyə gətirilib – RƏSMİ

    Mayın 27-də Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

    XİN-dən verilən məlumata görə, həmin şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.

    Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib, onların şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib. Daha sonra İraq və Suriyadan AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilmişlər.

    Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib.

    Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci ilin 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər.

    Cari ilin 27 may tarixində Türkiyə Respublikasının miqrasiya xidməti rəsmilərinin və Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə yuxarı qeyd olunan vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.

    Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

    Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

    Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.

  • Обнародованы стартовые составы сборных Азербайджана и Турции

    Сегодня состоится товарищеский матч между сборными Турции и Азербайджана по футболу.

    Команды объявили стартовые составы на предстоящий матч.

    21:00 ТУРЦИЯ – АЗЕРБАЙДЖАН

    Аланья, стадион “Оба”. Главный судья – Гендж Нуза (Косово).

    Турция: Алтай Байындыр, Мерт Мулдур, Мерт Демирал, Чаглар Сеюнджю, Рыдван Йылмаз, Халил Акбунар, Оркун Кекчю, Тайлан Антальялы, Каан Айхан (к), Ченгиз Ундер, Халил Дервишоглу.

    Азербайджан: Эмиль Балаев, Максим Медведев (к), Бадави Гусейнов, Антон Кривоцюк, Аббас Гусейнов, Эльвин Джафаргулиев, Гара Гараев, Эмин Махмудов, Исмаил Ибрагимли, Намик Алескеров, Рамиль Шейдаев.