Month: May 2021

  • Türkiyə və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb

    Azərbaycan və Türkiyə milliləri arasında bu gün Alanyada keçiriləcək yoldaşlıq oyunu üçün heyətlər açıqlanıb.

    Komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

    Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).

    Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.

    Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.

    Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul taboruna yeni komandir təyin olunub.

    Median.Az xəbər verir ki, vəzifəyə polis mayoru Mübariz Məmmədov təyin edilib.

    O yeni vəzifəyəfək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün komadiri kimi fəaliyyət göstərib.

  • Emin Əmrullayev Ziya Selçuk ilə Hərbi Qənimətlər Parkında – FOTO

    Təhsil Naziri Emin Əmrullayev Türkiyənin təhsil naziri Ziya Selçuk ilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

    Bu barədə nazir öz “Facebook” profilində paylaşım edib.

    Paylaşımı təqdim edirik:

    “Türkiyənin milli təhsil naziri hörmətli Ziya Selçuk ilə Hərbi Qənimətlər Parkını ziyarət etdik. Qarabağ Azərbaycandır!”

  • Paşinyandan şok etiraf: “Erməni hərbçilər Azərbaycan əsgərlərini girov götürməyə cəhd edib”

    Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Azərbaycanla sərhəddə yaranan gərginliyi müzakirə edib.

    Ölkə.az “novosti-armenia”ya istinadən xəbər verir ki, Paşinyan sərhəddə gərginliyin artdığını və artmaqda davam edəcəyini vurğulayıb.

    “Söhbət təkcə hərbçilərin qarşı qarşıya durmasından getmir. Bu gün baş verən hadisədən sonra bizim (yəni Ermənistanı-red) Silahlı Qüvvələrimiz onları (azərbaycanlıları-red) girov götürmək istəyir. Bununla da cavab addımı atmaq istəyirlər”- Paşinyan çıxışında bildirib.

    Paşinyan eyni zamanda son günlərdə baş verən təxribatların genişmiqyaslı hərbi əməliyyatlara keçid alacağını da bildirib. //ölkə.az

  • Putin: “Rusiyanın yeni silahları Suriyada sınaqdan keçirilir”

    Rusiya ordusunun yeni silahları Suriyada sınaqdan keçirilir.

    Median.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin açıqlayıb. O, silahların terroçulara qarşı keçirilən hərbi əməliyyatlatrda istifadə edildiyini bildirib:

    “İndi ordumuzun ən yeni uzun mənzilli “X-101” qanadlı raketləri, “Kalibr”, ballistik və qanadlı raket sistemi “İskəndər”, reaktiv yaylım atəş sistemi, müxtəlif çaplı idarəolunan aviabombaları var. Bu silahların xüsusiyyətləri yalnız xarici oxşarlarından daha yaxşı deyil, eyni zamanda özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər Suriyada terrorçulara qarşı əməliyyatlar zamanı gerçək hərbi əməliyyatlarla təsdiqlənib”.

  • Эрдоган направил письмо Президенту Азербайджана

    Президент Турецкой Республики Реджеп Тайип Эрдоган направил Президенту Азербайджана Ильхаму Алиеву поздравительное письмо по случаю национального праздника – Дня Республики.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Господин Президент, Дорогой Брат.

    От имени моего народа и от себя лично сердечно поздравляю Ваше превосходительство и весь азербайджанский народ с Днем дорогой Азербайджанской Республики.

    В этом году братский Азербайджан отмечает День Республики с чувством гордости в связи со справедливой победой, завоеванной в Отечественной войне. Турция с большой радостью разделяет это счастье Азербайджана, “печаль которого считает своей печалью”.

    Очень рад, что у нас единая воля укреплять наши стратегические связи, находящиеся на совершенном уровне, в духе провозглашенного лозунга “одна нация, два государства”. Уверен, что наше братство и сотрудничество являются самым большим гарантом мира, стабильности и благополучия в нашем регионе.

    Пользуясь случаем, желаю Вашему превосходительству здоровья и счастья, выражаю дружественному и братскому азербайджанскому народу наилучшие пожелания прекрасного будущего и постоянного благополучия”, – говорится в послании.

  • Ərdoğan Azərbaycan Prezidentinə məktub göndərib

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Cənab Prezident, Əziz Qardaşım.

    Can Azərbaycanın Respublika Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

    Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.

    Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir.

    Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına gözəl gələcək və rifahının daimi olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm”.

  • İraqın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

    İraq Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-aliləri Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

    Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dost xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirəm”.

  • Pakistanın Baş naziri İmran Xan Prezident İlham Əliyevi təbrik edib

    Pakistan İslam Respublikasının Baş naziri İmran Xandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    Məktubda deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

    Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

    Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq.

    Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzu edirəm.

    Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin”.

  • Ağacları kəsən şirkət cəzalandırılıb

    Xaçmaz rayonunun Seyidlər kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

    Xidmətin rəisi Hikmət Əlizadə “Report”a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən qovaq ağaclarının kəsildiyi və təbiətə 23800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

    “Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.