Month: May 2021

  • Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb – SİYAHI

    Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 27-də keçiriləcək.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

    1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş);

    3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

    8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994- cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

    10. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    12. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    14. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş);

    15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş).

  • Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası nümayəndələri ilə görüşüb

    Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyini Mətbuat xidmətindən bildirilib.

    Nazir görüşdə münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə “yaşıl enerji zonasının” yaradilması, “ağıllı şəhər” və “ağıllı kənd” layihləri barədə məlumat verdi.

    Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olundu və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görüldü.

  • В суде допрошен воевавший в Карабахе ливанский наемник-террорист – ФОТО

    Сегодня в Бакинском военном суде, в рамках процесса по рассмотрению уголовного дела в отношении воевавшего в Карабахе ливанского наемника-террориста Эулджекджияна Викена Абрахама состоялось очередное судебное заседание.

    Как сообщает Report, на процессе под председательством судьи Эльбея Аллахвердиева был оглашено обвинительное заключение.

    Затем обвиняемый дал свои показания.

    В материалах уголовного дела имеются фото и видео, свидетельствующие о том, что Эулджекджиян Викен Абрахам участвовал в боевых действиях со стороны Армении в качестве наемника.

    Судебный процесс продолжится в ближайшие дни.


    Ранее пресс-службы Генеральной прокуратуры и Службы государственной безопасности (СГБ) сообщили о завершении расследования уголовного дела, возбужденного Главным следственным управлением СГБ по факту участия в качестве наемников гражданина Ливана Викена Эулджекджияна и других лиц, в обмен на материальное вознаграждение, в террористической деятельности против граждан АР в составе организованной группы.

    Следствием было установлено, что 29 сентября 2020 года проживающей в Бейруте В.Эулджекджиян (1979 г.р.) принял предложение Овака Кикияна, который также является гражданином Ливанской Республики, принять участие в военных операциях на оккупированных территориях Азербайджана в качестве наемника в обмен на материальное вознаграждение в размере 2 500 долларов. С этой целью, в тот же день, вместе с другими лицами в составе организованной группы он сознательно пересек с территории Армении охраняемую госграницу АР, минуя контрольно-пропускные пункты, и прибыл на территории, где находились другие наемники.

    В.Эулджекджиян и другие боевики, привлеченные в качестве наемников за материальное вознаграждение, также участвовали в террористической деятельности против граждан и армии Азербайджана с использованием незаконно приобретенного огнестрельного оружия и боеприпасов.

    В.Эулджекджияну было предъявлено обвинение по статьям 114.3 (участие в качестве наемника в военном конфликте или в военной операции), 214.2.1 (терроризм, совершенный группой лиц по предварительному сговору, организованной группой или преступным объединением (организацией), 318.2 (незаконное пересечение государственной границы Азербайджанской Республики) и другим статьям УК АР. Решением суда в отношении его была избрана мера пресечения в виде ареста.

    5 мая 2021 года обвинительное заключение по уголовному делу было утверждено и направлено в суд для рассмотрения.

  • XİN: Ermənistanı yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə çağırırıq

    “25 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib”.

    Bu barədə “Report”a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilir ki, Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir:

    Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

    Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

    Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq”.

  • Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

    Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) Whatsapp-a yeni konfidensiallıq siyasətindən imtina etmək əmrini verib. Əks halda Hindistan hökuməti qanuni tədbirlər görmək məcburiyyətində qalacaq. Dünən nazirlik Whatsapp rəhbərliyinə belə bir məktub göndərib və qənaətbəxş cavabın verilməsi üçün messencerə 7 gün vaxt verib. Bu barədə Techcrunch saytı xəbər verib. “Hindistanlı vətəndaşların hüquqlarını və maraqlarını qorumaq üzrə suveren məsuliyyətini yerinə yetirərək Hindistan hökuməti mövcud olan qanunlar çərçivəsində mümkün olan bütün variantları nəzərdən keçirdəcək” – deyə rəsmi məlumatda qeyd olunub.

    Paralel olaraq Dehli şəhərinin Ali məhkəməsi Whatsapp-ın yeni konfidensiallıq siyasəti üzrə olan işə nəzarət edir. Ölkənin yerli antimonopoliya orqanları isə bu mövzu ilə bağlı araşdırmalar aparırlar. Buna cavab olaraq Whatsapp bildirib ki, Hindistanda olan bir çox şirkət eyni siyasətə riayət edir. Hələ bir neçə müddət bundan öncə Hindistan hökuməti Whatsapp-ın yeni konfidensiallıq siyasətinin tələblərindən narahat olduğunu qeyd etmişdi. Bundan əlavə olaraq Hindistan hökumətini qane etməyən fakt ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları yeni qaydaların məcburi şəkildə qəbul edilməsi öhdəliyindən azad olunublar.

    Hökumətin fikrincə bu üsul ilə messencer hindistanlı istifadəçiləri diskriminasiya edir. Qeyd etmək lazımdır ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin müəyyən məlumatları Facebook şirkətinə ötürüləcək. Facebook dəfələrlə qeyd edib ki, bu yeni qaydalar istifadəçilərin mesajlarını əhatə etməyəcək və onlar həmişəki kimi end-to-end şifrələnmə ilə qorunacaqlar. Hindistan Whatsapp üçün 1 nömrəli bazardır. Belə ki, Hindistanda 450 milyondan çox Whatsapp istifadəçisi var.

  • Bakıda aksiya keçirildi – Tələblər irəli sürüldü

    Azərbaycan Avtomobil Federasiyası BMT-nin dəstəyi ilə keçirilən 6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində beynəlxalq maarifləndirmə və təşviqat kampaniyası həyata keçirilib.

    Median.Az xəbər verir ki, Təhsil Nazirliyi, Regional İnkişaf İctimai Birliyi və Media Təhlil Mərkəzi ilə birgə keçirilən layihə çərçivəsində nəqliyyatın axınının sıx olduğu küçələrdə, eləcə də məktəbətrafı ərazilərdə sürət həddinin optimallaşdırılmasının vacibliyi qabardılıb.//sfera.az

  • Kimlər koronavirusu iki dəfə keçirir?

    RUDN Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski COVID-19-a yenidən yoluxma riskinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bu, oxşar immun çatışmazlığı və ya xroniki xəstəlikləri olan insanlarda olur.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, təkrarlanan hallar ola bilər, amma nadirdir.

    “Bu, ya bir növ immun çatışmazlığı olan, ya da səhv tətbiq olunan peyvənd sxemi olan insanlarda, ya da bəzi digər xroniki xəstəlikləri olan insanlarda müşahidə olunur” , – “RİA Novosti”yə Voznesenskiyə bildirib.

    Mütəxəssis eyni vaxtda koronavirus və qripə yoluxma hallarının qeydə alındığı insanların digər xəstələrə nisbətən 2,5 dəfə çox öldüyünü söyləyib. Üstəlik belə hallar yanaşı xəstəlikləri olan yaşlı xəstələrdə müşahidə olunur.

  • Госпогранслужба: Азербайджанские пограничники не открывали огонь по территории Армении

    Представитель Государственной пограничной службы Азербайджана полковник Мурад Нагиев ответил на вопросы АЗЕРТАДЖ относительно опубликованной сегодня Министерством обороны Армении информации.

    – Минобороны Армении распространило информацию о том, что позиции ВС этой страны в поселке Юхары Шоржа Гегаркуникского района Армении якобы подверглись обстрелу из Кельбаджарского района, в результате чего погиб военнослужащий. Что Вы можете сказать по этому поводу?

    – Информация о том, что азербайджанские пограничники, несущие службу на государственной границе с Арменией, открыли огонь по территории этой страны, не соответствует действительности. Представители Российской Федерации связались с нами около 14:40 в связи информацией, распространенной сегодня армянской стороной, ими было сообщено, что по информации армянской стороны, якобы в результате огня в воздух, открытого военнослужащими двух стран, ранение в ногу получил армянский военный, у них нет никаких претензий к азербайджанской стороне в связи с этим инцидентом.

    Позднее армянская сторона стала распространять сведения, что якобы армянский военный получил ранение в живот, в результате чего погиб. Еще позже нам стала поступать информация, что армянский военный якобы скончался от ранения в голову.
    Конечно же, все вышеизложенное свидетельствует о том, что данные, предоставленные армянской стороной российским представителям, так же как и заявления в армянских СМИ, являются полным абсурдом и не отражают реальной действительности. С полной ответственностью заявляю, что сегодня наши подразделения не открывали огонь по территории Армении.

    М.Нагиев также добавил, что ситуация на границе с этой страной стабильная и находится под контролем ВС Азербайджана.

    “Наша сторона предпринимает необходимые меры для оперативного решения всех спорных вопросов, без создания дополнительной напряженности. Ежедневно мы поддерживаем связь с российской стороной для решения всех возникающих проблем, конструктивно подходим к их разрешению”, – отметил он.

  • KOBİA və ICYF arasında memorandum imzalanıb – FOTO

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.

    Bu barədə KOBİA məlumat yayıb.

    Bildirilir ki, görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

    Görüş çərçivəsində həmçinin, bu il Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammitinin keçirilməsinə dair Agentlik və təşkilat arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

  • Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb – FOTO

    Mayın 25-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib.

    Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib