Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanParalimpiya çempionumuz Bakıda keçirilən yarışda medalsız qaldı

Paralimpiya çempionumuz Bakıda keçirilən yarışda medalsız qaldı

Bu gün Bakıda paracüdo üzrə Qran Pri yarışına start verilib.

Median.Az-ın xəbərinə görə, tamaşaçısız və media nümayəndələrinin iştirakı olmadan keçirilən yarışın ilk günündə Azərbaycanın 10 idmançısı mübarizə aparıb. Bunlardan 6-sı medal qazanıb.

Kişilərdə Namiq Abbaslı (-66 kq) qızıl və Vüqar Şirinli (-60 kq) bürünc medal qazanıb. 39 yaşlı Paralimpiya, dünya və ikiqat Avropa çempionu Ramil Qasımov (-73 kq) Bakıda keçirilən yarışda medalsız qalıb.

Qadınlar daha yaxşı çıxış edib. Sevda Vəliyeva (-57 kq) qızıl, Şahanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq) və Afaq Sultanova (-57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, sabah yarışın son günüdür. Sabah İlham Zəkiyev və Zülfiyyə Hüseynova kimi 8 ağır çəkili idmançımız mübarizə aparacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments