Month: June 2021

  • “İdeal”ın keçmiş sahibi məhkəmədə ifadə verib

    Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda İ.İsmayılovun müdafiəsi İlhamə Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.

    O qeyd edib ki, təqsirləndirilən şəxs həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq mədaxil edib.

    Daha sonra vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Təqsirləndirilən şəxsin digər vəkil Rəşad Əliyev məhkəmə iclaslarının audio yazısının aparılması ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırlıq iclasında bununla bağlı vəsatət qaldırılsa da, məhkəmənin texniki imkanları olmaması səbəbilə təmin edilməyib:

    “Buna görə də audio yazının müdafiə tərəfinin texniki vasitələri vsitəsilə həyata keçirilməsi və yazıların məhkəmə iclas protokoluna əlavə edilməsinə icazə verməyinizi xahiş edirik. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir”.

    Vəsatət təmin edilməyib.

    Vəkilər – İlhamə Həsənova və Rəşad Əliyev məhkəmə tərkibinə yazılı etiraz təqdim ediblər.

    Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərarı elan edib.

    Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

    Təqsirləndirilən İ.İsmayılov ittihama münasibətində özünü qətiyyən təqsirləndirli bilmədiyini, ittihamları qəbul etmədiyini bildirib.

    Növbəti proses iyunun 21-nə təyin edilib.

    Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

    Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • Vilayət Eyvazov yeni DYP rəisi təyin etdi

    Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin olunub.

    Median.Az “unikal.org”a istinadla xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis kapitanı Ruslan Rəhimov Astara DYP-nin rəisi vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, o, bu təyinatadək Qəbələ DYP-də rəis müavini vəzifəsində çalışıb.

  • Azərbaycanda baş həkimin cinayət işi məhkəməyə göndərildi – RƏSMİ

    1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılovun qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd edilən vəzifədə işləyərkən Rəşad İsmayılovun iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Bu şəxslərin maaşından pul tutulacaq

    Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib.

    Median.Az “report”a istinadən xəbrə verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Qərarla qaydanın 3.4-cü bəndi yeni redaksiyada verilir.

    Yeni redaksiyaya əsasən, aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.

    Qaydanın hazırkı variantı varinatı isə belədir: “Aylıq vəzifə maaşına əlavəyə gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir”.

  • Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?

    Məscidlərdə namaz qlımağa gələn insanların COVİD pasportunun olub-olmamasını icma üzvləri yoxlayacaq.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildirilib ki, bütün məscidlər bununla bağlı hazırlıq işlərini həyata keçirir.

    İdarədən qeyd edilib ki, COVİD-dən əvvəl də müxtəlif məsələlər zamanı dini icmanın üzvləri qapıda dayanır və gələnlərin sənədlərini yoxlayırdı. Yəni bu məsələləri həmişə icma üzvləri tənzimləyib. İndi də müvafiq icma üzvləri qapıda dayanacaq, məscidə gələn insanların pandemiya qaydalarına əməl edib-etməməsini yoxlayacaq və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edəcək.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

    Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

    Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

    İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

    İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

  • Azərbaycanda ŞOK – Qız ögey atası ilə evləndi, anasını küçəyə atdı – VİDEO

    ​​​

    Canlı efir zamanı Azərbaycanda baş verən şok olay barədə məlumat verilib.

    “ARB” telekanalında yayımlanan “Elgizlə izlə” proqramına qatılan Nailə adlı qadın qardaşının onu evdən atdığını bildirib.

    O, ata mülkündən rəsmi şəkildə imtina etməyə məcbur edildiyini deyib. Onun iddialarına görə, qardaşı məcbur edib ki, bacısı öz payından rəsmi şəkildə imtina etsin.

    Məsələyə aydınlıq gətirmək üçün canlı efirə qoşulan Akif adlı şəxs qadının qardaşı olduğunu deyib. O, bildirib ki, bacısı 3 dəfə ailə həyatı qurub.

    Qardaş canlı efirdə hamını şoka salan açıqlama verib. Bildirib ki, Nailə
    “İkinci əri ilə yaşadıqdan sonra, onun əri qızını aldı. Bir ər həm ananı, həm də qızını aldı. Sonradan əri və qızı Nailəni evdən atdılar. Siz bunu qəbul edərsiz?”.

    Daha ətraflı videodan izləyin:

  • Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana getdi

    Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.

  • Mahir Emrelinin yeni klubunda virus aşkarlandı

    Azərbaycanlı futbolçu Mahir Emrelinin oynayacağı Polşanın “Leqiya” klubunda koronavirus aşkarlanıb.

    Varşava komandasının özbəkistanlı futbolçusu Cəsurbəy Yaxşıboyevdə SARS-CoV-2 virusu müəyyənləşib.

    Belə ki, futbolçunun Polşaya gəlməzdən əvvəl verdiyi testin nəticəsi pozitiv çıxıb. 23 yaşlı sağ cinah oyunçusu indi özünü yaxşı hiss edir. O, növbəti həftə karantin müddətini başa vuraraq komandaya qoşulacaq.

    Qeyd edək ki, Mahir Emrelinin bu gün tibbi baxışdan keçdikdən sonra Polşa çempionu “Leqiya” ilə 3+1 illik müqavilə bağlayacağı gözlənilir. Millimizin futbolçusu yeni klubunda 11 nömrəli formanı geyinəcək.

  • Очередной позор армянских депутатов, или Для кого зачитывается отчет о выполнении госбюджета в пустом зале

    Отчет о выполнении госбюджета Армении за 2020 год заслушивается в пустом зале парламента, сообщают армянские СМИ.

    Отмечается, что на такое важное заседание пришли лишь председатель парламентской комиссии по территориальному управлению, сельскому хозяйству и экологии и зампред комиссии по финансово-кредитным вопросам.

    Данное обстоятельство было воспринято местной общественностью неоднозначно, в основном – с возмущением.

    Отсутствие армянских депутатов на слушании отчета об исполнении госбюджета, вероятно, связана с началом предвыборной кампании в стране. Но в любом случае, “избранники” народа показали свое равнодушие и пренебрежение интересами тех, кто выразил им доверие. Это в очередной раз доказывает, что для депутатов их личные интересы гораздо важнее благосостояния народа.

  • Erməni millət vəkillərindən növbəti rüsvayçılıq: Parlament boş qaldı

    Ermənistan parlamentində 2020-ci il büdcəsinin yerinə yetirilməsi dair hesabat boş zalda dinlənilir.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Belə ki, ölkə parlamentində bu cür mühüm bir hesabatın dinlənməsinə demək olar ki, bir sıra komitələrin sədrləri istisna olmaqla heç kim gəlməyib.

    Sözügedən fakt Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Erməni parlamentarilərin öz işlərinə dırnaqarası yanaşması qəzəb doğurub.

    Parlament zalının bu cür mühüm dinləmə zamanı boş qalması hazırda ölkədə seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqələndirilib. Lakin istənilən halda, hazırda mandat sahibi millət vəkillərinin xalqın taleyinə və maraqlarına laqeyd və etinasız yanaşmasını, deputatların xalqın mənafeyini deyil, özlərini düşündüyünü sübuta yetirib.