Month: June 2021

  • Azərbaycanda bir gündə dörd nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 2 688 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

  • DTX və Baş Prokurorluqdan erməni terrorçuları barədə yeni məlumat: Adlar açıqlandı – RƏSMİ

    Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

    Bildirilib ki, aparılmış istintaq nəticəsində məlum olmuşdur ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar.

    Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.

    Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.

    Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

    Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

  • Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü – VİDEO

    Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

    Bu barədə Bakupost.az -a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

    Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

    Əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

    Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

    Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

    Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)

    Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

  • В Баку задержан подозреваемый в краже плафонов с фонарных столбов

    В результате оперативно-разыскных мероприятий сотрудники отдельного полка быстрого реагирования и 1-го отделения Хазарского РУП Баку задержали подозреваемого в краже 5 июня с фонарных столбов, расположенных во дворе Исполнительной власти района, 20 плафонов на общую сумму 1000 манатов.

    Об этом сообщили в пресс-службе МВД.

    Им оказался ранее судимый житель столицы Ф.Гасымов, страдающий психическим расстройством.

    По данному факту ведется расследование.

  • Azərbaycanda icra hakimiyyətinin həyətindən oğurluq edildi

    Xəzər Rayon İcra Hakimiyyətinin həyətindən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də İcra Hakimiyyətinin həyətindəki işıq dirəklərindən 1000 manat dəyərində 20 ədəd plafon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb.

  • Türkiyə və Fransa XİN başçıları arasında görüş olub

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.

    “Report” xəbər verir ki, bunu M.Çavuşoğlu tvitterdə yazıb.

    “Fransalı həmkarım Jan İv Lö Drianla çoxtərəfli əlaqələrimizi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Fransa ilə əlaqələrimizi qarşılıqlı hörmət əsasında gücləndirməyi planlaşdırırıq”, – o bildirib.

  • Səhiyyə Nazirliyində işləyənlərdən icbari tibbi sığorta haqqı tutulacaq

    Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Qərarla qaydanın 3.4-cü bəndi yeni redaksiyada verilir.

    Yeni redaksiyaya əsasən, aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.

    Qaydanın hazırkı varinatı isə belədir: “Aylıq vəzifə maaşına əlavəyə gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir”.

  • Krasnoyarskdan Bakıya və əks istiqamətdə birbaşa uçuşlar başlayır

    Rusiyanın “S7” aviaşirkəti ölkənin Krasnoyars şəhərindən Bakıda birbaşa uçuşlara başlayır.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

    Məlumata görə, aviareyslər iyunun 23-dən həyata keçiriləcək. Uçuşlar həftədə bir dəfə – çərşənbə günü baş tutacaq. Krasnoyarskdan Bakıya təyyarə yerli vaxtla saat 18: 35-də, əks istiqamətdə isə saat 22: 00-da qalxacaq.

  • Bakı meriyası dövlət müəssisələrinə 6 milyon manatlıq subsidiya verəcək

    Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Tenderin qalibi “LPRS 777” MMC-dir.

    Qalib şirkətə 6 273,47 min manat ödəniləcək.

  • Dünya çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə başlayır

    Bu gün Azərbaycanın daha 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

    Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.

    Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq. Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək.

    Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska – Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

    Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.