Month: June 2021

  • Xaçmaz sakini özünü ağacdan ataraq intihara cəhd edib

    Xaçmaz rayon sakini özünü ağacdan ataraq intihara cəhd edib.
    Hadisə Qusarçay kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, Ramin Qeybulla oğlu Əlməmmədov Xaçmaz-Xudat avtomobil yolunun kənarındakı çinar ağacına qalxaraq özünü hündürlükdən atmaqla intihara cəhd edib.

    Yaxınlıqda olan həmkəndliləri onun cəhdinin qarşısını almaq istəyiblər. Ağacdan yıxılan R.Əlməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

    R.Əlməmmədova hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Xudat Şəhər Xəstəxanasına aparılıb.

    Qeyd edək ki, R.Əlməmmədovun spirtli içki qəbul etdiyi və hadisənin ailə münasibətləri zəminində törətdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.(report)

  • Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular

    Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin pilotları 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə verib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.
    Xarici ölkələrdən gəlmiş qonaqların tədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və bu aksiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının tarixində bir yenilikdir.
    Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir.
    Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq, hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.

  • Ədliyyə naziri Kəlbəcərdə şəhid olanlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi

    Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb.

    Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub.

    Lakin Ermənistan tərəfindən soydaşlarımızın geri qayıtmasına əngəl törətmək və mülki əhali arasında növbəti qurbanların olması məqsədilə ərazilərimizin minalandığı və bununla bağlı Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Ermənistanın qeyri-insani davranaraq, beynəlxalq normaları, o cümlədən BMT-nin 1949-cu il Cenevrə və İnsan hüquqlarına dair 1950-cı il Avropa konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla mina xəritələrini qəsdən vermədiyi vurğulanıb.

    Ermənistanın insanlığa qarşı bu cinayətkar əməlləri nəticəsində müharibədən sonra dinc sakinlər və sülhməramlılar olmaqla 140 nəfərdən çox şəxsin erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşdüyü və onlardan 27-nin həlak olduğu təəssüflə qeyd edilib. Bildirilib ki, sonuncu faciəvi hadisə isə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş verib və minanın partlaması nəticəsində peşə vəzifəsini yerinə yetirən iki jurnalist olmaqla 3 nəfər həlak olub, bir neçə şəxs isə ciddi xəsarət alıb.

    Bununla bağlı ədliyyə naziri xarici həmkarlarını və beynəlxalq insan hüquqları təsisatlarını müharibənin bitməsindən sonra insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, həmçinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq, Ermənistanı mina xəritələrinin verilməsi ilə əlaqədar beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb.

    Ədliyyə işçiləri iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olmuş həmvətənlərimizi anaraq xatirələrini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.

  • Almaniyada sinaqoq yandırılıb

    Almaniyanın Ştutqart şəhərindən 70 km cənub-şərqdə yerləşən Ulm şəhərindəki sinaqoqu naməlum şəxslər yandırıblar.

    “Report” xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

    Videoyazıya əsasən, bir kişi binaya yaxınlaşaraq minik maşının yük yerindən maye dolu kanistri götürüb, onu sinaqoqun qarşısına səpərək yandırıb.

    Yanğının alovları binaya ziyan vurub. Ravvin yerli polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək yanğının qəsdən törədildiyini bildirib.

  • Samur gömrük postunda sıxlığın aradan qaldırılması üçün qaynar xətt yaradıldı

    Hal-hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.

    Azərbaycan Respublikası Dəmir Yolları QSC-dən Oxu.Az-a bildirilib ki, bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir:

    “Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir.

    Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb”.

    Əlaqələndirici şəxslər:

    1. Emil Əhmədov – (ADY) Yük daşımalar departamentinin rəisi

    050 211 55 32

    2. Babək Əliyev – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini

    050 210 60 68

    3. Elçin Məmmədov – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini

    050 403 03 63

    4. Ceyhun Ağayev– (DGK) Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi

    050 271 85 85

    5. Orxan Mikayıl – (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri

    050 310 33 55

  • “Krevetka” restoranı və “Çinar” kafesi cərimələnib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

    AQTA-dan “Report”a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyun 4-də ölkə üzrə 446 ictimai iaşə obyektində 772 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Yasamal rayonu‎, A. Bakıxanov 2 ünvanında yerləşən, hüquqi şəxs “Vorf Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Scalini” restoranı;

    2. Bakı şəhəri, Yasamal rayonu‎, Bağırova 15b ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;

    3. Bakı şəhəri, Yasamal rayonu‎, İnşaatçılar prospekti 38 ünvanında yerləşən, hüquqi şəxs “Siti Keyterinq” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Siti” kafe;

    4. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq prospekti, ev 108 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Elçin Əliqulu oğluna məxsus “Krevetka” restoranı;

    5. Bakı şəhəri, Binəqədi rayonu‎, Nərimanov küçəsi, ev 15N ünvanında yerləşən, fiziki şəxs Həsənov İbrahim Tofiq oğluna məxsus “Han Garden” restoranı;

    6. Bakı şəhəri, Binəqədi rayonu‎, Nərimanov küçəsi, ev 15F ünvanında yerləşən, fiziki şəxs Qurbanov Munasib Rafiq oğluna məxsus restoran;

    7. Bakı şəhəri, Nərimanov rayonu‎, X. Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Qalota Oleq İqoreviçə məxsus “Tesla” çay evi;

    8. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küçəsi, ev 5, mənzil 9 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus “Turac” kafesi;

    9. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fuad Alikoviçə məxsus “Antikinoteatr” kafesi;

    10. Bakı şəhəri, Nərimanov rayonu, K. Atatürk 11/16 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Nazir Surxay oğluna məxsus “Çinar” kafesi;

    11. Bakı şəhəri, Xəzər rayonu‎, Mərdəkan qəsəbəsi, ev 87 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Vaqif Haknəzər oğluna məxsus restoran;

    12. Bakı şəhəri, Xəzər rayonu‎, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Yunusov Ağabəy Ağasəf oğluna məxsus “Rahib” restoranı;

    13. Bakı şəhəri, Nizami rayonu‎, Şərifli küçəsi, ev 256B ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus restoran;

    14. Bakı şəhəri, Yasamal rayonu‎, Zərdabi prospekti, ev 3166 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

    15. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Qivami Hüseyn oğluna məxsus “Tac” dönər evi;

    16. Qusar rayonu N. Şərifov küçəsində yerləşən, fiziki şəxs Sədullayev Səfayil Pirnəzər oğluna məxsus kafe;

    17. Tərtər rayonu, İrəvanlı kəndində yerləşən, fiziki şəxs Camalov Zaur Bayram oğluna məxsus kafe;

    18. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən, fiziki şəxs Rəhimov Nizami Malik oğluna məxsus kafe;

    19. İsmayıllı rayonu, Məmmədov küçəsində yerləşən, fiziki şəxs Süleymanov Seymur Alxan oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Президент SOCAR встретился с главой “Роснефти”

    В рамках Петербургского международного экономического форума президент Государственной нефтяной компании Азербайджана (SOCAR) Ровнаг Абдуллаев встретился с главным исполнительным директором ПАО “НК “Роснефть” Игорем Сечиным.

    В ходе встречи обсуждались вопросы дальнейшего развития сотрудничества между SOCAR и “Роснефтью”, состоялся обмен мнениями по вопросам, вытекающим из энергетического перехода.

    Напомним, президент SOCAR принял участие в Петербургском международном экономическом форуме и выступил на Энергетической панели.

  • SOCAR-ın prezidenti “Rosneft” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşü olub.

    Görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər haqqında ətraflı fikri mübadiləsi aparılıb.

    Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edərək, forumun Energetika panelində çıxış edib.

  • Formula 1-in sıralama turu iki bolidin sıradan çıxması ilə başa çatdı – FOTO

    Formula 1 üzrə Azərbaycan Qran Prisinin sıralama turu qəza ilə başa çatıb.

    Median.Az xəbər verir ki, sıralama turunda dördüncü dəfə qırmızı bayraq qaldırılıb.

    Belə ki, “Ferrari”nin pilotu Karlos Sayns və “AlfaTauri”nin sürücüsü Yuki Tsunoda eyni anda 3-cü döngədə idarəetməni itirib. Hadisə sıralama turunun son saniyələrində baş verib. Bu səbəbdən az vaxt qaldığından tur dördüncü qırmızı bayrağın qaldırılması ilə avtomatik dayandırılıb.

  • SOCAR-ın prezidenti “Rosneft” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşü olub.

    Görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər haqqında ətraflı fikri mübadiləsi aparılıb.

    Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edərək, forumun Energetika panelində çıxış edib.