Month: June 2021

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за последние сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 47 366 человек.

    При этом 41 631 из них получил первую дозу препарата, 5 735 – вторую.

    Об этом 5 июня сообщил оперативный штаб при Кабинете министров.

    Отмечается, что на сегодняшний день в нашей стране в вакцинации от коронавируса приняли участие 2 513 085 человек.

    При этом из общего числа 1 581 890 получили первую дозу препарата, 931 195 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 366 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 735 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 25 130 85, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 581 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 931 195 təşkil edir.

  • В Азербайджане за минувшие сутки выявлены 108 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 108 новых случаев инфицирования коронавирусом, 350 человек вылечились и были выписаны домой.

    Об этом 5 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 334 647 человек, 4 936 – скончались, 326 619 – вылечились, 3 092 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведен 3 559 951 тест на COVID-19 (за последние 24 часа – 8 331).

  • Azərbaycanda bir gündə üç nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 3 092 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, bu günə qədər isə ümumilikdə 3 559 951 test icra olunub.

  • Liman sakini 1,5 kq heroinlə saxlanıldı

    Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

    DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

    Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

    Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Videosu ilə gündəm olan şəxs barəsində ŞOK – “Qazi deyil, dələduzdur, obyektləri var”

    Bir müddətdir ki, sosial şəbəkələrdə Qarabağ qazisi adından istifadə edərək kampaniya aparanların sayı çoxalıb. Onlar saxta adla dövlətdən xüsusi imtiyazlar tələb edirlər. Belə hallara birinci Qarabağ müharibəsindən sonra da tez-tez rast gəlinirdi. Bəziləri müharibədə iştirak etdiyini bildirərək saxta veteran vəsiqəsi də əldə etmişdi. Müəyyən araşdırmalardan sonra isə həmin şəxslərin müharibədə iştirak etmədiyi məlum olurdu.

    90-cı illərin əvvəllərində müşahidə edilən vəziyyət bu gün bəzilərinin əlində yenidən fürsətə çevrilib. Belə ki bu addan yararlanmaq istəyənlər sosial şəbəkələrin gündəmini zəbt ediblər.

    Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu cür materiallar isə dəqiqləşdirilməmiş şəkildə mətbuatda yayıldıqda digərləri üçün də əlavə stimul yaranır. Onlar da qazi olduqlarını iddia edərək dövlətdən müxtəlif güzəştlər tələb edirlər.

    Belə hallardan biri də bu günlərdə baş verib. Belə ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Elnur Əfəndiyevin yerli mediada ailəsiylə birgə videoreportajı yayımlanıb. Bildirək ki, adıçəkilən şəxs bir müddət əvvəl Xoşqədəm Hidayətqızının da verilişində olub. Həmin verilişdə, eyni zamanda sonuncu videoreportajında da özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edib. O, Ağdam uğrunda gedən döyüşlərdə yaralandığını iddia edir. Bu zaman müxtəlif qəlpə yaraları alıb, sonradan isə zəhərlənmələr nəticəsində ayağında və əllərində yaranan qanqrenadan bu vəziyyətə düşdüyünü bildirir.

    Videoreportaj sosial şəbəkələrdə yayımlandıqdan sonra E. Əfəndiyevi tanıyanlar onun I Qarabağ müharibəsi qazisi olmadığını bildirib və qeyd ediblər ki, sözügedən şəxs ayaqlarını və əllərini müharibədə itirməyib.

    Elə onun haqqında material hazırlayarkən təkcə quqlda kiçicik araşdırma aparmaqla həmin şəxsin qazi olub-olmadığı haqda informasiya əldə etmək mümkündür. Hələ bir neçə müddət əvvəl təqaüdünün az olmasından gileylənən Elnur Əfəndiyev barəsində mərhum, baş qazi Etimad Əsədovun araşdırması yayımlanmışdı.

    E. Əsədov bildirmişdi ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev əslində dələduzdur:

    “O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb. Həmin şəxs kifayət qədər imkanlıdır. Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq cipi, 200 min manat dəyərində obyektləri var. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Onun kimi insanlara kömək etmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir”-deyə Baş qazi açıqlama vermişdi.

    I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu da Etimad Əsədovun vaxtilə E. Əfəndiyev barəsində araşdırma apardığını təsdiqləyib. O qeyd edib ki, vaxtilə həbsxanada olarkən sözügedən şəxsin qumar borcu yaranıb:

    “Buna görə də onun ciddi problemləri olacaqmış. Onu başa salıblar ki, damarına iynə vursun. O da belə bir üsula əl atıb. Bundan sonra onun səhhətində bu cür fəsadlar yaranıb. Əlini və qolunu itirib. Düzdür, əlildir, onun da yaşamaq haqqı var. Ancaq müharibə qazisi adından istifadə etmək düzgün deyil. Bildirir ki, Şirin Mirzəyevin batalyonunda döyüşüb. Bizim batalyonda elə adam olmayıb, yalan danışır. Əvvəllər Neftçilər metrosunun qabağında dayanırdı, dilənçilik edirdi. Ağsu-Şamaxı yolunda onun bir kafesi də var.

    Əslində əvvəllər o özünü Qarabağ qazisi kimi təqdim etmirdi. Onu mətbuat işçiləri gündəmə gətirdi, bundan sonra özünü qazi kimi təqdim etməyə başladı. Ola bilsin ki, 1994-1995-ci illərdə xidmətdə olub. Hərbi formada olan şəklini paylaşır. Ancaq bu o demək deyil ki, o, müharibədə iştirak edib. Yəni o zaman mərhum Etimad Əsədov bunu tam araşdırıb. Türmədə olan şahidlər proses barədə məlumat verib”.

    R. Kərimoğlu qazilər barədə məlumat hazırlayarkən mətbuatı ehtiyatlı olmağa çağırır:

    “Belə şoular düzəldəndə həmin şəxslər barəsində Qazilər, Veteranlar, Qarabağ əlilləri, şəhid ailələri ilə bağlı yaradılmış birliklərə müraciət etmək lazımdır. Görürsünüz, belə bir süjet hazırlayıblar, amma hamı yazır ki, o, saxta qazidir. E. Əfəndiyevin sənədlərinin hamısı sonradan düzəlmədir. Müdafiə Nazirliyindən, digər qurumlardan həmin sənədlər necə alınıbsa, daha bunu özləri bilərlər”.

    Xatırladaq ki, Vətən müharibəsindən sonra mətbuatda Rəna Kazımova adlı xanım iki oğlunun müharibədə itkin düşdüyünü bildirərək sosial şəbəkələrin gündəminə çevrilmişdi. Sonra məlum olmuşdu ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. Onun psixoloji problemləri olub, media da məsələni araşdırmadan gündəmə gətirib.

  • Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətindən şəhid media nümayəndələri ilə bağlı ÇAĞIRIŞ

    Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcər rayonu ərazisində şəhid olmuş media nümayəndələri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

    Çağırışda bildirilir:

    “İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilən minaya düşərək həlak olub, media nümayəndələri Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov AZƏRTAC xəbər agentliyinin əməkdaşı) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) ilə əlaqədar Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması günahsız insanların şəhid olmasına və Ermənistan hökumətinin bu günə kimi dəfələrlə müraciət edilməsinə rəğmən hələ də minalı ərazilərin xəritələrini təqdim etməməsi ilə bağlı çağırış edib.

    71 qeyri-hökumət təşkilatını özündə birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırıb”.

  • Ümumdünya Ətraf Mühit Günüdür – Azərbaycanda vəziyyət necədir?

    5 iyun Ümumdünya Ətraf Mühit Günüdür.

    Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub.

    Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə mesaj vermişdilər.

    Bu günün qeyd olunması 16 dekabr 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.

    Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb.

    Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir. Builki Ümumdünya Ətraf Mühit Günü “Ekosistemin bərpası” mövzusuna həsr olunub və Birləşmiş Millətlər Təşkilatı “Ekosistemin Bərpasının On illiyini” elan edərək, sosial mediada #GenerationRestoration hərəkatını başladıb.

    2021-ci il Ümumdünya Ətraf Mühit Günündən başlayaraq fərdlər, qruplar, hökumətlər, müəssisələr və təşkilatlar ekosistem deqradasiyasının qarşısını almaq və ya dayandırmaq, ekosistemi bərpa etmək və hamı üçün davamlı gələcəyi təmin etmək üçün qlobal bir hərəkatda qüvvələrini birləşdirə bilərlər.

    Dünyanın köməyə ehtiyacı var. İqlimlə bağlı problemlər və qlobal istiləşmə, vəhşi təbiətin itirilməsi və ətraf mühitin çirklənməsi evimizi məhv etmək və bu gözəl planetimizi bizimlə bölüşən milyonlarla növün bir çoxunu yox etmək təhdidi yaradır. Ancaq müasir dünyada zərəri aradan qaldırmaq, dünyanı bərpa etmək üçün gücümüz və biliklərimiz var – Əgər indi hərəkət etsək!

    Ekosistemlər yer üzündəki bütün canlı orqanizmləri, onların öz aralarındakı və ətraf mühit ilə olan qarşılıqlı əlaqələrini əhatə edir.

    Bizlərə sabit bir iqlim və nəfəs ala bilməyimiz üçün təmiz hava, su, qida və hər növ material təchizatı, fəlakət və xəstəliklərdən qorunma kimi əvəzsiz faydalar verir.

    Təbii ekosistemlər fiziki, zehni sağlamlığımız və şəxsiyyətimiz üçün vacibdir. Bunlar qiymətli vəhşi təbiətin vətənidir, çoxlarımız üçün heyrət və ilham mənbəyidirlər. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ölkəmizdə də əsas prioritetlərdəndir.

    Bu məsələlər bir sıra qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb.

    39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir.

    SOCAR ölkəmizdə vüsət alan ekoloji hərəkatın liderlərindən biri kimi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük diqqət göstərir.

    Neft-qaz yataqlarında planlı və davamlı ekoloji tədqiqatlar aparılır, alınan nəticələr ümumiləşdirilir.

    Müqayisə və təhlillər göstərir ki, SOCAR-ın dənizdə və quruda yerləşən fəaliyyət sahələrində ətraf mühitin keyfiyyət göstəricilərinin dəyişmə tendensiyası müsbət istiqamətdə davam edir.

    Şirkət tərəfindən neft və neft məhsulları ilə çirklənmiş böyük sahədə ərazilər rekultivasiya olunaraq təmizlənib, yeni ağac və kol bitkiləri əkilərək yaşıllıqlar salınıb.

    Ətraf mühitə təsir edən əsas amillərdən biri də hasilat zamanı formalaşan səmt qazı tullantılarıdır.

    SOCAR Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilatı prosesində yandırılmanın sıfıra endirilməsi” təşəbbüsünə qoşulub.

    Belə ki, şirkət artıq səmt qazı atqılarını 2 faizə endirib, 2022-ci ildə bu növ emissiyaları sıfıra endirməyi hədəfləyir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Paris İqlim Sazişini imzalamış ölkələr sırasındadır. SOCAR bu sənədə əsaslanaraq əsas ekoloji göstərici olaraq “sıfır tullantı” prinsipini qəbul edib və Paris İqlim Sazişinin öhdəliklərini icra etmək qərara alınıb.

    Ətraf mühitin mühafizəsi istiqamətində SOCAR daim müxtəlif tədbirlər görür və yeni layihələr hazırlayır. “Hədəf Sıfır” (Vision Zero) layihəsinin də hazırlanması uğurla davam etməkdədir. Azərbaycanın neft sənayesində fəaliyyət göstərən xarici tərəfdaşlar da ətraf mühitin qorunması layihələrində SOCAR-la birlikdə effektiv fəaliyyət göstərirlər.

    Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə hamımızı birləşdirən ortaq dəyərlərimiz olmalı və bu dəyərləri qorumalı olduğumuzu unutmamalıyıq. Yaşadığımız mühitə birlikdə dəyər verib, təbiətimizi-evimiz kimi qəbul edib, ona qayğı ilə yanaşaraq bu günün və gələcək nəsillərin daha sağlam, təmiz və yaşıl ətraf mühitdə yaşamaları üçün əlimizdən gələni etməliyik.

  • Rusiyada öldürülən azərbaycanlının dostları tutuldu

    Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi polisin açdığı atəş nəticəsində ölən 19 yaşlı Vəkil Abdullayevin dostları İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

    Bu barədə Sib.fm məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

    Bildirilir ki, İlkin İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə günahlandırılır.

    Qeyd edək ki, Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

    R.Qurbanov hadisə zamanı avtomobili idarə edən şəxsdir. İ.İsmayılov isə V.Abdullayevin qətlə yetirildiyi anının əks olunduğu görnütülərin müəllifidir.

  • Результаты опроса по выборам в Армении: Пашинян опережает Кочаряна менее чем на 2%

    Опубликованы новые результаты телефонного опроса представительства Gallup International Аssociation в Армении, в котором приняли участие 1 100 респондентов со всех регионов республики.

    Если бы выборы в РА состоялись в это воскресенье, голоса избирателей распределились бы следующим образом:

    22,4% – партия “Гражданский договор” Никола Пашиняна;

    20,6% – блок “Армения” Роберта Кочаряна;

    4,2% – партия “Процветающая Армения” Гагика Царукяна;

    3,5% – блок “Честь имею” Артура Ванецяна;

    2,9% – партия “Просвещенная Армения” Эдмона Марукяна;

    2,1% – партия “Республика” Арама Саркисяна;

    1,7% – Блок “Ширинян-Бабаджанян”;

    1,5% – партия “Национально-демократический полюс”.