Month: June 2021

  • NASA Veneraya iki yeni missiya göndərəcək

    NASA Veneraya iki yeni missiya göndərməyi planlaşdırır.

    Bu barədə “BBC News” məlumat yayıb.

    Missiyaların göndərilməsində məqsəd planetin atmosferinin və geoloji xüsusiyyətlərinin öyrənilməsi olacaq.

    Sözügedən missiyalara “Davinci+” və “Veritas” adları verilib. 2028-2030-cu illər arasında həyata keçiriləcək hər bir layihə üçün 500 milyon dollar maliyyə ayrılıb.

  • CAR-da çoxərliliyə icazə veriləcək

    Cənubi Afrika Respublikasının parlamentində qadınlarla kişilərin hüquqlarını bərabərləşdirəcək və qadınlara bir neçə ərə sahib olmaq imkanı verəcək qanun layihəsinə baxılır.

    Bu barədə “Die Welt” məlumat yayıb.

    Çoxarvadlılığın mövcud olduğu ölkədə sözügedən addım bərabərhüquqluluq məsələsində vacib addım kimi qəbul olunur.

  • “Apple” öz əməkdaşlarından iş yerlərinə gəlməyi tələb edir

    ABŞ-ın “Apple” korporasiyası 2021-ci ilin sentyabr ayından etibarən işçilərinə həftədə azı üç dəfə ofisə gəlməyi tələb edib.

    “The Verge” portalı bu barədə xəbəri “Apple” şirkətinin rəhbəri Tim Kukun işçilərinə ünvanlandığı məktubun mətninə əsasən yayıb.

    “Video konfranslar bizim aramızda olan məsafəni azaltdı, amma elə məqamlar var ki, onlar heç nə ilə əvəz edilə bilməz”, – T. Kuk bildirib.

    T.Kuk tələb edib ki, “Apple” işçilərinin əksəriyyəti bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri mütləq şəkildə ofisdə olmalıdırlar.

    Yalnız həftənin üçüncü və cümə günləri məsafədən işləmək icazəsi verilir.

  • “Bitcoin”ə rəqib gəlir

    Dünyanın ən böyük hedcinq fondu “Bridgewater Associates”in təsisçi CEO-su Rey Dalio rəqəmsal yuanın “Bitcoin”ə rəqib ola biləcəyini hesab edir.

    Bu barədə “A Haber” məlumat yayıb.

    Onun sözlərinə görə, Çinin ölkədaxili testlərə başladığı rəqəmsal yuan qlobal miqyasda yeni ehtiyat valyuta olma potensialına sahibdir.

    Çinin rəqəmsal pul məsələsində ABŞ-ı qabaqladığını bildirən Dalio deyib ki, çıxarılacaq pul beynəlxalq səviyyədə qəbul ediləcəyi təqdirdə əhəmiyyətli qələbə gətirəcək.

    Çin rəqəmsal yuanın 2022 Qış Olimpiya Oyunlarına qədər təqdim edilməsini hədəfləyir.

  • Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı – VİDEO

    2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib.

    Median.Az Baku.tv-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud Müzəffərovun Cavadxan küçəsində yerləşən mağazada satıcı işləyən, keçmiş arvadı Aytəkin Müzəffərovanın üzərinə yandırıcı mayeni tökərək, yandırması faktı barədə məlumat daxil olub.

    Faktla bağlı Nəsimi rayonn Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

    Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, 1993-cü il təvəllüdlü Aytəkin Müzəffərovnın bədən səthində 75-80%-ni əhatə edən ağır dərəcəli yanıq sahələri aşkar olunub. Onun ölümünə – yanıq şoku səbəb olub.

    İstintaqla müəyyən edilib ki, Məsud Müzəffərov arvadı Aytəkin Müzəffərovanın, onunla rəsmi nigahda olduğu halda 2017-ci il aprelin 21-də Türkiyə Respublikasına gedib, orada ona xəyanət etməsini düşünərək, qadını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

    2018-ci il mayın 24-də yoldaşının işlədiyi Cavadxan küçəsi, ev 40, mənzil 76 ünvanında yerləşən təsərrüfat təyinatlı mallar satılan mağazada işdə olduğunu dəqiqləşdirdikdən sonra, Məsud təxminən 1 litr benzin olan qabı götürüb, saat 16 radələrində ora gedib.

    Aytəkinin başına yanacağı töküb, alışqanı yandırıb od vurmaqla, habelə seçdiyi üsulla mağazada olan digər şəxslərin də həyat və sağlamlığı üçün açıq təhlükə törətdiyini dərk edərək, qadını xüsusi amansızlıqla qəsdən öldürüb.

    İş üzrə dindirilmiş Məsud Müzəffərov bildirib ki, 2009-cu ildə Aytəkin Cəfərova ilə evlənib. Nigahdan bir övladları olub. 2017-ci il aprelin 20-də arvadını xəstəliyi ilə əlaqədar, sonuncunun istəyi ilə yol maşını ilə Bakıya göndərib.

    Lakin 1-2 gündən sonra o, öyrənib ki yoldaşı Türkiyəyə gedib. Onun yoxa çıxması ilə bağlı Nizami RPİ-nə müraciət edib.

    Aytəkinin mobil nömrəsinə daxil olan zəngləri çıxardıb və onun Türkiyədə istifadə olunan bir nömrə ilə əlaqədə olduğunu öyrənib.

    Həmin nömrənin sahibinin Əhməd adlı şəxs olmasını öyrənib. Mayın 4-də arvadı Bakıya qayıdıb. Onun gəlməsini dəqiqləşdirmək üçün avtovağzala gedib və səhər saat 7 radələrində Aytəkini İstanbul avtobusundan düşən görüb.

    Gələndən sonra o “Memar Əcəmi” metrosu yaxınlığında anası və qardaşları ilə birlikdə yaşayıb. Bu hadisədən sonra rayonda qala bilməyib, dost-tanışdan utanıb. Noyabr ayından Nəsimi rayonunda xalasıoğlu ilə birlikdə kirayə evdə yaşayıb.

    Aytəkin gələndən sonra, onunla görüşmək və danışmaq imkanı olmayıb. Arvadı boşanmaq üçün Masallı rayon məhkəməsinə ərizə verib və 2018-ci il yanvarın 25-də onlar boşanıblar.

    Yoldaşına qarşı qəlbində qəzəb yaranıb. Əvvəl onu bıçaqla vurmaq istəyib. Lakin sonra sifətini yandıraraq, üzündə silinməz ləkələr qalmasına qərar verib. 1 litrə yaxın benzin alıb və qabı torbaya büküb, evdə saxlayıb.

    Qeyd edək ki, hadisədən bir ay əvvəl Aytəkin 19-cu polis şöbəsinə şikayət edərək, ərizədə onu döydüyünü göstərsə də, bu öz təsdiqini tapmayıb. Mayın 23-də Cavadxan küçəsi ilə hərəkət edərkən, təsadüfən arvadının mağazalardan birində işlədiyini görüb.

    Səhərisi gün saat 14 radələrində mağazaya daxil olub salfet alıb, ora getməyinə səbəb qadını görmək olub, əslində nəsə almaq niyyəti olmayıb.

    Onunla 7-8 dəqiqə söhbət edib, uşağı ilə görüşmək imkanı verməsini istəyib. Sonra evə gedib, benzinlə dolu qabı götürən Məsud saat 17 radələrində mağazanın qarşısına gəlib.

    Ordan Aytəkinin hərəkətlərini izləyib, sonuncunun yanında olan müştəri uzaqlaşan kimi, gözlənilmədən mağazanın içərisinə iti addımlarla girərək, yanacağı yoldaşının üzərinə, əsasən də başının arxa hissəsinə töküb.

    Qadın müqavimət göstərməyə çalışsa da, buna imkan verməyib və ona alışqanla od vurub mağazadan uzaqlaşıb.

    Daha sonra o 19-cu şöbəyə gedib və Aytəkini yandırdığınıni bildirib. Məsud Müzəffərov qeyd edib ki, arvadını yandırmasına səbəb ona xəyanət edərək Türkiyəyə getməsi olub, Aytəkini alimenti ödəməmək üçün öldürməyib.

    Bu niyyətindən kənar şəxslərin xəbəri olmayıb. Əməlinə görə peşman olub.

    Nəsimi RPİ 19-cu PŞ-dən daxil olmuş məktubdan görünüb ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Məsud və Aytəkin Müzəffərovların arasında qısqanclıq zəmnində mübahisə olub. Ailəli olduqları halda qadın Türkiyəyə gedib, orda türk vətəndaşı ilə tanış olub.

    Bir müddətdən sonra Bakı şəhərinə qayıtıb və həmin vaxtdan onlar ayrı yaşayıb. Məsud Müzəffərov bu halı qəbul edə bilmədiyi üçün arvadının üzərinə benzin töküb, yandırıb.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Cəfərzadə qeyd edib ki, bacısı Aytəkin işləmək və Məsudla birlikdə yaşamamaq üçün Türkiyəyə gedib, o yoldaşına xəyanət etməyib və Əhməd adlı şəxsi tanımayib.

    Məsud arvadının, ondan ayrılmasını qəbul edə bilməyib. Boşanandan sonra Aytəkin ərindən dəfələrlə, aliment ödəməsini xahiş edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Müzəffərov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Mərdəkanda ağır yol qəzası olub, xəsarət alan var

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Mərdəkan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə “Audi” markalı avtomobil toqquşub.

    Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

    Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

    Qəzanın başvermə səbəbi araşdırılır.

  • В Мингячевире спасли 14-летнюю девочку, бросившуюся в Куру

    В Мингячевире спасена девочка, бросившаяся в Куру.

    Как сообщает АПА, инцидент произошел минувшим вечером.

    Жительница города Нурай Сайядова (2007 г.р.), предпринявшая попытку суицида, была спасена лодочником Эльгином Алиджановым.

    14-летняя девочка была госпитализирована. После оказанной первой медицинской помощи ее состояние стабилизировалось.

    По предварительной информации, Н.Сайадова решила покончить с собой после того, как родители отобрали у нее мобильный телефон.

    По данному факту ведется расследование.

  • Mingəçevirdə özünü Kürə atan 14 yaşlı qızı qayıqçı xilas edib

    Mingəçevirdə özünü Kür çayına atan qız xilas edilib.

    APA xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

    Özünə qəsd edən şəhər sakini, 2007-ci il təvəllüdlü şəhər sakini Sayadova Nuray Asif qızını qayıqçı Elgin Əlicanov xilas edərək sahilə çıxarıb.

    O, xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yeniyetmənin vəziyyəti stabilləşib.

    İlkin məlumata görə, qızın bu addımı atmasına səbəb valideynləri tərəfindən mobil telefonunun əlindən alınması olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Более 220 россиян вернулись домой из Азербайджана

    Очередная группа из 228 граждан России вернулась на родину из Азербайджана через международный таможенный пункт пропуска “Яраг-Казмаляр” в Магарамкентском районе Дагестана.

    Как передает Report, об этом в четверг ТАСС сообщил министр по национальной политике и делам религий Дагестана Энрик Муслимов.

    “Сегодня группа из 228 граждан нашей страны вернулись из Азербайджана. Из-за пандемии коронавируса (наши соотечественники) вынуждены были находиться в соседней республике. Специалистами проведена их термометрия и приняты все рекомендуемые Роспотребнадзором меры”, – сказал Муслимов.

    По его словам, 15 человек из вернувшихся – жители Дагестана.

    “Только 15 человек – жители Дагестана, они остались в регионе. Остальные уехали в другие регионы страны”, – добавил Муслимов.

  • Azərbaycan 220-dən çox rusiyalını vətəninə yola salıb

    Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.

    Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.

    “Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir”,- deyə Müslümov əlavə edib.