Month: June 2021

  • Kontenin yeni komandası “Tottenhem” ola bilər

    “İnter”dən ayrılan Antonio Kontenin yeni klubu “Tottenhem” ola bilər.

    Bu barədə “Spor Arena” yazıb.

    Məşqçinin artıq klubla transfer danışıqlarına başladığı qeyd olunur.

  • Çində qasırğa: Ölən və xəsarət alanlar var – VİDEO

    Çinin şimal-şərqindəki Heyluntsyan vilayətində güclü qasırğa meydana gəlib.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Təbiət hadisəsi nəticəsində azı bir nəfər ölüb, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Təxinən 30 dəqiqə ərzində davam edən qasırğa dörd yaşayış məntəqəsinə ciddi zərər vurub. 148 ev dağıdılıb, 240 sakin təxliyə olunub.

    İlkin hesablamalara görə, qasırğa 795 min dollarlıq maddi zərərə səbəb olub.

  • Türkiyədə yerli peyvəndin tətbiqinə ən qısa müddətdə başlanacaq

    Türkiyədə yerli peyvəndin sınaqları tam sürətlə davam edir.

    “Haber Global”ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bəyan edib.

    Onun sözlərinə görə, bugünlərdə vaksin sınaqlarının sonuncu üçüncü mərhələsi olan insanlar üzərində testlərə start veriləcək.

    “Testlərdən uğurla keçən kimi yerli peyvəndin tətbiqinə ən qısa müddətdə başlanacaq”, – deyə nazir bildirib.

    O, qeyd edib ki, bu yaz maskaların üzləri tərlətdiyi son yaz olacaq.

  • Tramp şəxsi bloqunu birdəfəlik bağlayıb

    ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi bloqu birdəfəlik bağlanıb.

    CNBC xəbər verir ki, bunu siyasətçinin rəsmi nümayəndəsi Ceyson Miller bildirib.

    O qeyd edib ki, bir aydan da az bir müddət ərzində fəaliyyət göstərən bloq eks-prezidentin saytından həmişəlik silinib və bərpa olunmayacaq.

    C.Miller bloqun yalnız köməkçi vasitə olduğunu qeyd edib. O, həmçinin tezliklə Trampın yeni sosial şəbəkə səhifəsinin açılacağının da anonsunu verib.

    Qeyd edək ki, cari ilin əvvəllərində Kapitoliyə hücumdan sonra demək olar ki, bütün sosial şəbəkələrdə Trampın səhifələrinə qadağa qoyulub. Məhz bundan sonra siyasətçi öz tərəfdarları ilə ünsiyyət üçün şəsxi saytını, daha sonra isə bloqunu yaradıb.

  • İsveçrədə son 7 ayda ilk dəfə koronavirusdan ölüm qeydə alınmayıb

    Son sutka ərzində İsveçrədə 717 yeni yoluxma faktı aşkarlanıb.

    TASS ölkənin Federal Səhiyyə İdarəsinə istinadla məlumat verir ki, bununla da, İsveçrədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 696 213 nəfərə çatıb.

    Son 7 ayda ilk dəfə olaraq, ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

    Ümumilikdə isə pandemiya müddətində İsveçrədə 10 268 nəfər ölümcül virusun qurbanı olub.

  • Lənkəranda bir ailənin 5 üzvü yol qəzasında xəsarət aldı

    Lənkəranda avtomobil qəzasında biri uşaq olmaqla, beş nəfər xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Osaküçə kənd sakini, 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qənbərova məxsus “VAZ-2104” markalı 90 FB 281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb.

    İlkin məlumata görə, hadisə zamanı sükan arxasında avtomobil sahibinin kürəkəni, 1999-cu il təvəllüdlü Yusif Mais oğlu Nəhmətov olub. Ailə üzvləri istirahətdən qayıdarkən sürücü, 1967-ci il təvəllüdlü Rasif Qənbərov sərxoş olduğundan avtomobili idarə etməyi Y.Nəhmətova həvalə edib. Qəza zamanı sürcü özü xəsarət almasa da, qaynatası R.Qənbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qənbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqanə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin zəruri tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

    Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

    “Report” xəbər verir ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

    Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

    Allah rəhmət eləsin!

  • Скончался ветеран азербайджанского джаза Эмиль Гасанов

    На 62 году жизни скончался ветеран азербайджанского джаза, бас-гитарист, заслуженный артист Эмиль Гасанов.

    Как сообщает Trend, об этом на своей странице в соцсети написал народный артист Азербайджана Салман Гамбаров.

    Эмиль Гасанов родился 19 декабря 1960 года в Баку. Выпускник факультета струнных инструментов по классу виолончели (класс проф. Расима Абдуллаева) Азербайджанской государственной консерватории имени Узеира Гаджибейли (ныне Бакинская музыкальная академия).

    Он работал в Азербайджанском государственном эстрадно-симфоническом оркестре телевидения и радиовещания под управлением Рафига Бабаева, в группе “Джанги” в сотрудничестве с одноименным танцевальным ансамблем, ансамбле Государственного театра песни имени Рашида Бейбутова, группах “Бакустик Джаз” Салмана Гамбарова и “Раст” Рашада Гашимова, и т.д. Участник международных джазовых фестивалей в Азербайджане, России, Германии, Франции, Швейцарии и других стран.

  • Azərbaycan cazının veteranı vəfat edib

    Azərbaycan cazının veteranı, bas gitaraçı, əməkdar artist Emil Həsənov vəfat edib.

    Bu barədə caz musiqiçisi, bəstəkar, Azərbaycanın Xalq artisti Salman Qəmbərov məlumat yayıb.

    Qeyd edək ki, mahir caz ustası Emil Həsənov 1996-cı ildən Salman Qəmbərovun “Bakustik Jazz” qrupunun üzvü idi.

  • В ДТП на Абшероне водителю оторвало ногу

    В Абшеронском районе произошло тяжелое дорожно-транспортное происшествие.

    Как сообщает Report, инцидент зарегистрирован в поселке Гюздек. Так, Рахиль Садыгов не справился с управлением грузового автомобиля, в результате чего машина перевернулась.

    Во время аварии он попытался покинуть транспортное средство через окно, но его нога оказалась заблокированной в ходе аварии. В результате ему оторвало конечность.

    Пострадавший был доставлен в больницу, его состояние оценивается как тяжелое.