Month: June 2021

  • Azərbaycan və Türkiyə generalları Bakıda iclas keçirir

    İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

    Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

  • Paytaxtda avtomobil gənc qadını vuraraq xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Orucova Gülnar Ayaz qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynanın azərbaycanlı əməkdar elm xadimi vəfat edib – FOTO

    M.Qorki adına Donetsk Milli Tibb Universitetinin Ümumi cərahiyyə kafedrasının professoru, tibb elmləri doktoru Fərman Gülməmmədov vəfat edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, Ukraynanın əməkdar elm xadimi mayın 31-də 82 yaşında dünyasını dəyişib.

    F.Gülməmmədov 1939-cu il noyabrın 7-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub, 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb.

    F.Gülməmmədov 1991-1994-cü illərdə Bakıda fəaliyyət göstərib, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

    2002-ci ilin oktyabrında o, Ukraynanın əməkdar elm və texnika xadimi fəxri adına layiq görülüb, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki seçilib.

    Azərbaycanlı həkimin 2012-ci ildən etibarən çalışdığı M.Qorki adına Donetsk Milli Tibb Universiteti professorun vəfatı ilə bağlı başsağlığı yayıb. Bildirilib ki, elmə hədsiz sadiq, tələbkar və prinsipial rəhbər, xəstələrə daim diqqətli olan Fərman İbrahim oğlu onu sevən dostlar, həmkarlar və minnətdar pasiyentlərin xatirəsində həmişə yaşayacaq.

    “Professor-müəllim heyəti, tələbələr və əməkdaşlar onun ailəsinə, doğma və yaxınlarına səmimi qəlbdən başsağlığı verir. Yeri doldurulmaz itkinin ağrı-acısını bölüşürük”, – başsağlığında deyilir.

  • “Kupça” almaq asanlaşdı – Yeni xidmət istifadəyə verildi

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verib.

    Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.

    Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və ardınca təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

    Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn (elektron) qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur.

    Elektron xidmətin istifadə qaydası ilə bağlı videotəlimatla aşağıdakı linkə keçid etməklə (//bit.ly/3uKlHGU) tanış olmaq olar.
    Müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur.

    İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir.

  • “Bakıdan rayona da 5 manat, Bakıdan Bakıya da?” – İctimai nəqliyyatla bağlı qərar…

    Operativ Qərargahın metronun açılmasıyla bağlı verdiyi qərar şəhər əhalisini sevindirdi.

    Ən çox sevinənlər isə hər gün işə gedən və saatlarla yollarda tıxacda qalanlar oldu.

    Ancaq yumşaldılmalar fonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu ictimai nəqliyyata tətbiq olunan qadağanı qüvvədə saxlaması narazılıq yaradıb.

    Bugünlərdə isə məlum olub ki, rayonlararası və şəhərlərarası avtobuslar sənbə-bazar da isləyəcək. Amma sənbə-bazar günləri şəhərdə ictimai nəqliyyat isləməyəcəyindən, rayonlara gedənlər üçün nəqliyyat problemi yaranacaq.

    Avtovağzala getmək üçün ancaq taksi xidmətindən istifadə zəruri olacaq ki, bu zaman da xüsusilə uzaq məsafələrdə taksiyə xərclənəcək vəsait rayon avtobusuna ödəniləcək bilet pulu qədər ola bilər. Bir lətifədə deyildiyi kimi, Bakıdan rayona da 5 manat, Bakıdan Bakıya da…


    “İnsanlar işə, dərdinin-sərinin arxasınca getməsində problemlər yaşayıb, bəzən kilometrlərlə yolu piyada qət etməli olublar. İndi Allaha şükür olsun ki, pandemiya səngiyib. Bunun ardınca Operativ Qərargah tərəfindən karantinin yumşaldılmasına yönəlik qərarlar verilib.

    Artıq şəhər və rayonlararası sərnişindaşıma da bərpa edilib. Amma Bakıda həftəsonları hələ də bu qadağa qalır”.

    O qeyd edib ki, həftəsonları avtobuslarla rayonlara getmək olar, ancaq Bakıda avtobus və metro işləmir:

    “Sərnişin deyək ki, Əhmədli, Maştağa, yaxud da Pirallahıdan necə durub avtovağzala gələcək ki, oradan da avtobusa minib öz rayonuna, kəndinə, elinə -obasına gedə bilsin? Burada qeyri-bərabərlik, məntiqsizlik yaranır. Düşünürəm ki, artıq pandemiyaya görə ölkəmiz üçün elə bir ciddi təhlükə yoxdur. Bu baxımdan şənbə-bazar günləri ictimai nəqliyyat və metronun işləməsinə icazə verilməsi insanların əhval-ruhiyyəsinə də müsbət təsir göstərərdi. Ən vacibi isə onların gediş-gəlişini yüngülləşdirər və asanlaşdırardı. Buna çox ciddi ehtiyac yaranıb”.

  • Bakıda “parkovşik” sürücüləri cərimədən belə qoruyur – VİDEO

    Bakıda parklanma ilə məşğul olan şəxsin hərəkətlərini oxuculardan biri videoya çəkib.

    Median.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsində qanunsuz xidmət aparan həmin şəxs dayanma-durma qadağan olan yerdə avtomobillərin parklanmasına şərait yaradaraq onlardan xidmət haqqı alır. Avtomobillərin park olunduğu yerdə dayanma-durma qadağan edildiyi üçün parklanmaya nəzarət edən şəxs qeydiyyat nişanlarının üzərini örtüklə bağlayır. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi həmin sürücülərə kamera vasitəsilə cərimə yazmaqda çətinlik çəkir.

    Ümid edirik ki, hüquq-mühafizə orqanları həm qanunsuz xidmət aparan, həm də qanunsuz əməli ilə dövlət qurumunun işinə mane olan şəxs barəsində ciddi tədbir görəcək.

  • Azərbaycanda benzin istehsalı azalıb

    2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 10,0 faiz azalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə qeyd olunan müddət ərzində ölkədə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1,4 faiz azalıb.

    Neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesindəistifadə üçün benzinin istehsalı 35,0 faiz, neft koksunun istehsalı 13.8 faiz, dizel yanacağının istehsalı 6,0 faiz artmış, neft bitumunun istehsalı 14,8 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.

  • Özbəkistanda “Style” adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

    Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

    U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

    O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.

  • Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə xatirələrini bölüşdü – VİDEO

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşüb.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edib.

    Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.

    Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir.

    “Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışıb.

  • В Москве прошли консультации представителей России, Азербайджана и Армении

    Трехсторонние консультации представителей России, Азербайджана и Армении прошли в среду в Москве, стороны обсудили деэскалацию в отдельных районах азербайджано-армянской границы.

    Эту информацию подтвердили ТАСС несколько источников.

    “2 июня в Москве состоялись трехсторонние консультации представителей России, Азербайджана и Армении, на которых обсуждались пути деэскалации ситуации в отдельных приграничных районах Армении и Азербайджана. Договорились продолжить рабочие контакты”, – сообщил источник.