Month: June 2021

  • Abşeronda yol qəzasında gəncin ayağı amputasiya olundu

    Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha 9 nəfərin əlilliyi əsassız çıxdı

    Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş daha 21 şəxsin komissiya tərəfindən əyani müayinəsi aparılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

    Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak ediblər.

    Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

  • Rusiyada evdə qaz balonu partladı, beş nəfər uşaq xəsarət aldı

    Rusiyanın Voloqda vilayətinin Sokol şəhərində yaşayış evində qaz balonun partlaması nəticəsində beş nəfər azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, güclü partlayış bağ evində qeydə alınıb.

    Partlayışdan sonra başlayan yanğın evin 28 kvadrat metr ərazisini əhatə edib.

    Yanğın nəticəsində xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Həkimlər digər dörd nəfərin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

  • Турнир, на организацию которого претендовал Азербайджан, состоится в другой стране

    Объявлено место проведения чемпионата Европы по кикбоксингу среди старших кадетов, младших и старших юниоров.

    Соревнования пройдут в городе Будва, Черногория, 5-14 ноября текущего года.

    Следует отметить, что другими претендентами на проведение состязаний были Азербайджан и Нидерланды. По этому поводу президент Всемирной ассоциации организаций кикбоксинга (WAKO) Рой Бейкер приезжал в Баку и встречался с представителями Федерации кикбоксинга АР и Национального олимпийского комитета.

    Отметим также, что чемпионат мира среди взрослых и ветеранов кикбоксинга, на проведение которого ранее претендовал Азербайджан, перенесен в Италию. Мировое первенство состоится 15-24 октября текущего года.

  • Azərbaycanın ev sahibliyinə namizəd olduğu daha bir turnir başqa ölkəyə verildi

    Kikboksinq üzrə böyük kadetlər, kiçik və böyük juniorlar arasında keçiriləcək Avropa çempionatın ev sahibi bilinib.

    Oxu.Az-ın xəbərinə görə, yarış Monteneqronun Budva şəhərində keçiriləcək.

    Çempionat bu il 5-14 noyabr tarixlərində baş tutacaq.

    Qeyd edək ki, bu yarışı keçirməyə digər namizədlər Azərbaycanla Niderland idi. Hətta bunun üçün WAKO (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beyker Bakıya gəlmiş, Azərbaycan Kikboksinq Federasiyası və Milli Olimpiya Komitəsində görüş keçirmişdi.

    Onu da bildirək ki, daha əvvəl Azərbaycanın da ev sahibliyinə namizəd olduğu böyük və veteran kikboksçular arasında keçiriləcək dünya çempionatı İtaliyaya salınmışdı. Həmin dünya çempionatı bu il 15-24 oktyabr tarixlərində baş tutacaq.

  • Эрдоган примет делегацию ПЕА

    Президент Турции Реджеп Тайип Эрдоган 3 июня примет делегацию партии “Ени Азербайджан” (ПЕА).

    Об этом сообщается на официальном сайте Турецкой Республики.

    Встреча пройдет в штаб-квартире Партии справедливости и развития (ПСР).

    Напомним, что вчера в Турции был подписан протокол о сотрудничестве между зампредами правящей ПСР Нуманом Куртулмушем и ПЕА Таиром Будаговым.

  • Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün YAP-ın nümayəndə heyətini qəbul edəcək.

    Bu barədə Türkiyə Cumhuriyyətinin rəsmi saytında məlumat verilib.

    Görüş Ədalət və İnkişaf Partiyasının qərargahında keçiriləcək.

    Xatırladaq ki, dünən Türkiyədə hakim AK partiyanın sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında əməkdaşlıq protokolu imzalanıb.

  • Макрон поздравил Ильхама Алиева

    Президент Франции Эммануэль Макрон направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву по случаю 28 мая – Дня Республики.

    Текст послания опубликован АЗЕРТАДЖ.

  • Makron İlham Əliyevə məktub yazdı

    Fransa Prezidenti Emmanuel Makron 28 may – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycanın milli bayramı münasibətilə Sizə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularımı ünvanlayıram.

    Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz.

    İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik.

    Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.

    Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Азербайджанские и турецкие генералы проводят заседание в Баку

    3 июня в Баку началось 13-е заседание Азербайджано-турецкого военного диалога высокого уровня.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    На нем обсуждается нынешнее состояние двустороннего сотрудничества в области безопасности, в военной, военно-технической, военно-медицинской, военно-образовательной, военно-промышленной и других сферах, рассматриваются перспективы развития и основные направления деятельности в военной и оборонной отраслях.

    Следует отметить, что сопредседателем заседания с азербайджанской стороны является заместитель министра обороны генерал-лейтенант Керим Велиев, а с турецкой – второй начальник Генерального штаба корпусной генерал Сельчук Байрактароглу.