Month: June 2021

  • Atletlərimiz Avropa çempionatında qızıl və gümüş medallar qazandılar

    Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

    Bu barədə “Report”a Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildirilib.

    Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

    Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.

  • Abşeronda yol qəzasında gəncin ayağı amputasiya olundu

    Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Ереване прошла акция протеста в связи с сокрытием тел погибших военнослужащих

    В Ереване перед зданием Минздрава состоялась акция протеста: группа молодых людей, в основном – представителей молодежного крыла АРФ “Дашнакцутюн”, требовали отставки и.о. министра здравоохранения Анаит Аванесян, передает Sputnik-Армения.

    “Если в них осталось немного человечности, то Аванесян должна подать в отставку”, — сказал в беседе с журналистами один из протестующих.

    Участники требуют отставки министра в связи со скандалом, разгоревшимся пару дней назад из-за останков армянских военнослужащих, погибших в Карабахе, которые, как выяснилось, хранились (а вернее буквально беспорядочно валялись в мешках) в Абовянским отделении Судебно-медицинского научно-практического центра.

  • Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında məsləhətləşmələr aparılıb

    Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib.

    Bu barədə TASS məlumat yayıb.

    Məlumata əsasən, məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan sərhəddinin müəyyən hissələrində gərginliyin azaldılıması yolları müzakirə olunub.

    Həmçinin işçi əlaqələrin davam etdirilməsi qərara alınıb.

  • Aİ Şurasının Prezidenti Azərbaycanın dövlət başçısına telefonla zəng edib

    İyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqlayıblar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edilib.

    Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olunub.

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırıb.

    Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.

    Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparılıb.

  • AAYDA Bakıda dənizə axıdılan çirkab suları ilə bağlı məsələyə münasibət açıqladı

    Bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-ə məxsus boru vasitəsilə çirkab suyun dənizə axıdılması ilə bağlı kifayət qədər dolğun olmayan və agentliyin nüfuzuna xələl gətirən məlumat yayılıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, agentliyin çirkab suların formalaşmasına gətirib çıxara biləcək və bu suların təmizlənmədən axıdılmasına səbəb ola biləcək heç bir təsərrüfat sahəsi mövcud deyil.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir. Sözügedən nasosxana 2013-cü ildə Buzovna-Mərdəkan-Şüvəlan-Qala avtomobil yolunda inşa edilib. Məqsəd sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaj vasitəsilə nasosxananın su anbarına yığmaqdır. Anbara bu yığılan su qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadan oradan isə 4715 p/m uzunluğa malik boru vasitəsilə dənizə axıdılır.

    Lakin son vaxtlar sözügedən xəttə kənar müdaxilə ilə çirkab suların axıdılması müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, kənar müdaxilə çirkab suları xüsusi maşınlar vasitəsilə fərdi yaşayış evlərindən çəkərək daşıyan bəzi sürücülər tərəfindən edilir. Belə ki, həmin sürücülər tərəfindən çirkab suları qrunt və yağış suları üçün nəzərdə tutulmuş sözügedən drenaj xətlərinə axıdılır.

    Artıq drenaj xəttinə müdaxilə olunan nöqtə aşkar edilib və agentlik tərəfindən həmin ərazi nəzarətə götürülüb.

  • Евросовет: Шарль Мишель провел телефонные переговоры с Президентом Азербайджана

    Глава Евросовета Шарль Мишель встретился в Брюсселе с исполняющим обязанности премьер-министра Армении Николом Пашиняном, а также провел переговоры по телефону с Президентом Азербайджана Ильхамом Алиевым.

    Об этом говорится в заявлении Евросовета, распространенном в среду в Брюсселе по итогам этих переговоров, сообщает ТАСС.

    “Ш.Мишель напомнил, что полное осуществление Азербайджаном и Арменией декларации о прекращении огня от 9 ноября 2020 года имеет важное значение для региональной безопасности и стабильности. ЕС готов предоставить экспертные знания в области делимитации и демаркации границ и поддержать укрепление доверия”, – отмечается в заявлении.

    Ш.Мишель призвал “обе стороны в срочном порядке сотрудничать в деле обеспечения полной транспарентности в отношении минных полей и других важных гуманитарных вопросов”. “ЕС предоставляет почти €20 млн гуманитарной помощи и будет продолжать участвовать в этом, – говорится в документе. – Однако решение этих насущных проблем является лишь первым шагом на пути к устойчивому мирному урегулированию. Председатель призвал обе стороны возобновить переговоры в конструктивном духе”.

    В ходе переговоров Ш.Мишель также “подчеркнул важность для ЕС стабильности и процветания Южного Кавказа и углубления отношений с двумя странами-партнерами”.

    “Евросоюз глубоко заинтересован в безопасности, стабильности и процветании региона Южного Кавказа как неотъемлемой части Восточного партнерства ЕС”, – говорится в заявлении.

  • Böyük Britaniyada dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadəyə başlanılıb

    Böyük Britaniyada onurğa əzələlərinin atrofiya xəstəliyini müalicə etmək üçün dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadə olunmağa başlanılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Səhiyyə Xidməti körpələrdə və uşaqlarda nadir görülən və ölümcül xəstəlik olan onurğa əzələlərin atrofiyasının müalicəsi üçün lazım olan bu dərmanın istifadəsinə başlayıb. Xəstəlikdən əziyyət çəkən 5 aylıq körpə Artur gen terapiyasını alan ilk körpələrdən biri olub.

    Krallıqda Zolgensma müalicəsinin tətbiq olunduğu 4 xəstəxana fəaliyyət göstərir. Zolgensma bu günə qədər Milli Səhiyyə Xidməti tərəfindən tətbiq olunan ən bahalı müalicə üsuludur.

    Bir doza üçün təxminən 2,5 milyon dollar xərclənən Zolgensma, əzələləri zəiflədən və mərkəzi sinir sistemini pozaraq tədricən hərəkət etməyə imkan verməyən, genetik xəstəliyin inkişafını dayandırır. Dərmanın tərkibindəki “onasemnogene abeparvovec” adlı maddə xəstəliyə səbəb olan qüsurlu geni düzəldir, əzələ fəaliyyəti və sinir sisteminin sağlamlığı üçün vacib olan zülalları istehsal edir.

    Zolgensma İsveçrənin “Novartis” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. Gen terapiyası dərmanları istehsal edən “Novartis”, dünyanın ən zəngin əczaçılıq şirkətlərindən biridir.

    Tip-1 SMA xəstəliyi dünyada uşaq ölümünün ən çox müşahidə olunan səbəblərindən biridir. Hər il dünyada 60 min uşağa onurğa əzələlərinin atrofiyası diaqnozu qoyulur. Zolgensma bu günə qədər təxminən 40 ölkə tərəfindən təsdiqlənib və onun vasitəsilə 1000-dən çox uşaq müalicə olunub.

  • Özbəkistanda anomal istilər hökm sürür

    Mayın sonu, iyunun əvvəli Özbəkistanda anomal istilər hökm sürür.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlər Nukusda 41,2, Urgenc və Buxarada 43, Navaidə 41 dərəcə isti var.

    Məlumatda bildirilib ki, Özbəkistanda mayın sonu, iyunun əvvəli üçün belə istilər sonuncu dəfə 88 il əvvəl qeydə alınıb.

    Qeyd olunub ki, anomal istilər hələ bir neçə gün davam edəcək.

  • Məşhur aktrisa öldü

    Məşhur aktrisa Romi Ualzall vəfat edib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, 57 yaşlı sənətçi Los-Ancelesdə dünyasını dəyişib. Onun ölümünə səbəb infarkt keçirməsi olub.

    “Man of The People”, “Civil Wars” və “Murder One” kimi filmlərdə rol alıb.