
Bakıda 16 saylı uşaq poliklinikasının baş həkimi Sevda Vəzirova vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
S.Vəzirovanın koronavirusdan vəfat etdiyi bildirilir.


Bakıda 16 saylı uşaq poliklinikasının baş həkimi Sevda Vəzirova vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
S.Vəzirovanın koronavirusdan vəfat etdiyi bildirilir.

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
“Gənclik” metrostansiyasının yaxınlığında avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mahmudova İlkanə Şıxnəsib qızını və onun qızı, 2012-ci təvəllüdlü Mahmudova Aysun Burhan qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
İ.Mahmudovaya sol dizin sınığı, A.Mahmudovaya isə sol budun sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır .
“Nəticədən razı, etdiyimiz səhvlərdən narazı qaldım. Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Qapıya xeyli sayda zərbə endirsək də, cəmi üçü dəqiq oldu”.
“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
Bədavi Hüseynovun millidə ilk qolunu vurmasına toxunan italiyalı mütəxəssis 3 gün öncə ona artıq fərqlənməyin vaxtı çatdığını söylədiyini bildirib: “Futbolda hərşey mümkündür, əsas inanmaqdır. Debüt edən futbolçulara gəlincə, onların çıxışından razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir”.
Сборная Азербайджана по футболу провела товарищеский матч.
Как сообщает Report, команда, которую тренирует Джанни Де Бьязи, встретилась в Минске с Беларусью.
Матч, проходивший на Национальном олимпийском стадионе “Динамо” завершился победой азербайджанской команды со счетом 2:1.
В первом тайме счет не был открыт. После перерыва, на 56-й минуте хозяева, благодаря голу Максима Скавиша вышли вперед. На 73-й минуте Бадави Гусейнов восстановил равновесие, а 90-й минуте победный мяч забил Рамиль Шейдаев.
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.
“Dimamo” Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev yekun hesabı müəyyənləşdirib. Bu, komandanın 2021-ci ildəki ilk qələbəsidir.
Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna “Minay”ından Rüstəm Əhmədzadə millidə debüt edib.
Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda “Qarabağ”ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq, ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.
“Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir.
Dərman təminatı da sığorta zərfinə daxildir”.
Median.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Agentlik rəsmisi qeyd edib ki, hər hansı bir tibbi xidmət pasiyentin istəyinə görə deyil, həkimin təyinatı ilə pulsuz göstərilə bilər:
“Hansısa tibb müəssisəsinin həkiminin göndəriş verməməsi ilə bağlı narazı qalan vətəndaş həmin səhiyyə ocağının rəhbərliyinə müraciət edə bilər. Əgər xəstənin istəyi əsaslıdırsa, onun şikayəti təmin edilə bilər”.
A.Əhmədova bildirib ki, pasiyent icbari tibbi sığorta xidməti zamanı həkim seçimində azaddır.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru, Vətən müharibəsi qəhrəmanı Amid Heydərovun büstü hazırlanıb.
“Report” xəbər verir ki, abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevdir.
R.Qarayev “Report”a açıqlamasında bildirib ki, büstün hazırlanması şəhidin ailəsi tərəfindən sifariş edilib. Onun sözlərinə görə, abidə şəhidin dəfn olunduğu Lerik şəhərində ucaldılacaq.
Müəllif büstü təmənnasız hazırladığını bildirib.
Azərbaycan xalqının igid övladlarının obrazlarını yaradaraq, onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bilən heykəltəraş deyib ki, bundan sonra da şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə təmənnasız hazırlamağa davam edəcək.
Qeyd edək ki, R.Qarayev bir çox şəhidin xatirəsinə ucaldılmış abidənin, həmçinin Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. O, eləcə də Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini hazırlayıb.
Xatırladaq ki, Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib. Daha sonra isə təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib və hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olub.
Mayor Amid Heydərov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Lerik şəhərində dəfn olunub.
A.Heydərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Şəhid mayor həmçinin dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Китайско-азербайджанские отношения находятся на пороге нового исторического этапа”.
Как передает Report, об этом в телефонном разговоре с Президентом Азербайджанской Республики Ильхамом Алиевым сказал Председатель Китайской Народной Республики Си Цзиньпин.
Председатель КНР подчеркнул, что обе страны развивают традиционную дружбу, углубляют сотрудничество и расширяют взаимную поддержку. Си Цзиньпин отметил, что Азербайджан является важным партнером в деле реализации инициативы “Один пояс, один путь”, и заявил, что Китай поддерживает путь развития, избранный азербайджанским народом.
Лидер Китая выразил готовность к дальнейшему поощрению вложения китайскими компаниями инвестиций в Азербайджан, развитию сотрудничества в рамках инфраструктурных проектов. Одновременно он подчеркнул, что Китай намерен импортировать из Азербайджана высококачественную специальную продукцию.
В ходе беседы было сказано, что обе страны готовы прилагать совместные усилия для поощрения развития всесторонних связей стратегического партнерства.
Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon söhbətində vurğulayıb.
Si Cinpin bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.
Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.
Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.
Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.
Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
“Report”un məlumatına görə, toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, Kipr problemi, İraqında şimalında keçirilən antiterror əməliyyatları, Egey və Aralıq dənizindəki vəziyyət və s. məsələlər müzakirə olunub.
***
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
“Report” xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir.
Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı, Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.
İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.
İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasında müzakirə edilən digər məsələ Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.