Month: June 2021

  • Cəbrayılda Birinci Qarabağ müharibəsinə aid 3 şəhidin məzarı aşkarlandı (VİDEO)

    Cəbrayıl qəbristanlığından Birinci Qarabağ müharibəsində şəhid olmuş 3 şəhidimizin məzarı aşkar edilib.

    Qaynarinfo xəbər verir ki, görüntülərdə ərazisinin tamamilə kül olması əks olunub. Lakin 3 şəhidin məzarı isə yanğından zərər görməyib.

  • Özbəkistanda bu gündən COVID-19-la bağlı məhdudiyyətlər yenidən gücləndirilir

    Özbəkistanda iyunun 28-dən COVID-19-la bağlı məhdudiyyətlər yenidən gücləndirilir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib. Qərara əsasən Daşkənd şəhəri qırmızı, Səmərqənd və Daşkənd vilayətləri sarı, digər vilayətlər yaşıl zona elan olunub.

    Bildirilir ki, bu müddətdə regionlardan Daşkəndə gələn avtobuslar və fərdi minik maşınlarına məhdudiyyət qoyulur.

    Bu gündən paytaxtda gecə klubları, diskoteka və karaoke salonları, kompüter oyunları mərkəzləri, restoran, kafe və çayxanalar 08:00-dan 20:00-dək işləyəcək, müştərilərin sayı adi vaxta olduğunun 50 faizi qədər olmalıdır.

    Məscidlərin həyətlərində namaz qılmaq məsləhət görülür.

    Bu gün Özbəkistanda koronavirusa 493 yeni yoluxma halı qeydə alınıb.

  • Yüksək təzyiqin 40 qəpiklik vasitə ilə müalicəsi – Sovet metodu

    Qədim hind üsulu ilə adi yodu bədənin müəyyən nöqtə və xətlərinə çəkməklə yüksək təzyiq – Hipertoniyanı müalicə etmək və ya təzyiqi tədricən aşağı salmaq mümkündür.

    Median.Az resepti təqdim edir. Müalicə 2 mərhələdə aparılır.

    Ayın əvvəlində proseduru başlayıb, 10 gün davam etdikdən sonra 10 gün fasilə verilir, sonra yenidən 10 gün davam etdirilir.

    Üsul bədənin xətlərinə qulaq pambığı ilə yod xətləri çəkməkdən ibarətdir.

    Sxem şəkildə göstərilib. Hər gün yatmazdan əvvəl bir xətt yodlanır.

    Qollar və ayaqlardakı xəttlər dairəvi çəkilir. Uzun çarpaz xətlər isə kürəkdə çəkilir. İlk 10 gündə bütün 10 xətti çəkib bitirirsiz, sonra 10 gün fasilə verib, sonra olduğu kimi təkrar edirsiz.

    Sxemə və müalicə aylarına düzgün riayət etməyiniz vacibdir. Sınayın, effektini digərləri ilə də bölüşün.

    Yodun çəkiləcəyi nöqtələr. /medicina.az

  • ADA Universitetində “Məzun günü” tədbirləri təşkil edilib – FOTO

    ADA Universitetində 23-25 iyun tarixlərində 3 gün ardıcıl olaraq silsilə “Məzun günü” tədbirləri təşkil edilib. Mövcud pandemiya qaydaları nəzərə alınaraq İctimai və Beynəlxalq münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik, eləcə də Təhsil fakültələri məzunlarının buraxılış günləri eyni gündə deyil, müxtəlif günlərdə və məhdud sayda qonaq və məzunun iştirakı ilə keçirilib.

    ADA Universitetindən Trend-ə bildirilib ki, 2020-2021-ci akademik il üzrə 7 bakalavr və 5 magistr ixtisasından 474 yerli və xarici tələbə məzun olub. Yerli tələbələrlə yanaşı, Belarus, Çili, Əfqanıstan, Gürcüstan, İran, Kolumbiya, Qazaxıstan, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Türkiyə və Türkmənistan da daxil olmaqla 13 ölkədən 17 xarici tələbə də bu il məzun adını qazanıb.

    Buraxılış tədbirlərinin birincisi iyunun 23-də İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri üçün keçirilib. Bu fakültənin təqdim etdiyi Kompüter elmləri, İnformasiya Texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarından 87 tələbə məzun olub.

    Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Mərasimdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, xalq olaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə Böyük Qələbəyə imza atdıq.

    Vətənsiz əsl xoşbəxtliyin mümkün olmadığını vurğulayan rektor, məzunları qələbəmizin qorunub saxlanılmasında səylərini artırmağa, bilik və bacarıqları ilə inkişafımıza töhfə verməyə səsləyib.

    Mərasimin xüsusi qonağı Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyanı sürətləndirən ən vacib amil yeni kəşflərdir. ADA Universiteti öz növbəsində elmi tədqiqatlara əsaslanan təhsil proqramı ilə bu prosesi dəstəkləyir. Nazir əlavə edib ki, məzunların fəaliyyəti ilə innovasiya mühiti daha da inkişaf edəcək.

    24 iyun tarixində İctimai və Beynəlxalq münasibətlər, eləcə də Təhsil fakültələrində təhsil alan tələbələrin “Məzun günü” keçirilib.

    Bu fakültənin təqdim etdiyi Diplomatiya və Beynəlxalq münasibətlər, Dövlət idarəetməsi üzrə magistr, həmçinin Beynəlxalq və İctimai münasibətlər ixtisasları üzrə bakalavr proqramlarımdan 179 tələbə məzun olub.

    Təhsil fakültəsinin təqdim etdiyi Təhsil idarəetməsi və Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramlarından isə 21 tələbə məzun adını qazanıb.

    Tədbirin xüsusi qonağı qismində çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bu ilki məzunların əvvəlkilərdən bir çox mənada fərqləndiyini deyib. Onların ərazilərimiz işğaldan azad edildikdən sonra ali təhsil müəssisələrindən məzun olan, eləcə də pandemiya dövründə təhsil alan ilk tələbələr olduğunu diqqətə çatdırıb.

    Məzun günü tədbirlərinin sonuncusu iyunun 25-də Biznes fakültəsinin tələbələri üçün təşkil edilib. Biznesin idarəedilməsi və İqtisadiyyat ixtisaslarından 187 tələbə məzun olub.

    Tədbirin xüsusi qonağı “PAŞA Holding”in Baş İcraçı direktoru Cəlal Qasımov məzunlar qarşısında çıxış edərək, onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr verib.

    Mərasimdə məzunlar adından Lalə Əsgərova (İnfomasiya Texnologiyaları və Mühəndislik fakültəsi), Fatimə Keyseruxskaya (İctimai və Beynəlxalq münasibətlər fakültəsi), Nərmin Abdullayeva (Təhsil fakültəsi) və Pərvin Nəbili (Biznes fakültəsi) çıxış ediblər.

  • Şirin qarpızı necə seçməli?

    Çin Xalq qəzetinin yazdığına görə, əsas yay desertini – qarpızı dondurmaqla daha şirin etmək mümkündür.

    Median.Az xəbər verir ki, qarpızın tərkibində şirinliyi temperaturla tənzimlənən fruktoza var. Temperatur nə qədər aşağı olarsa, fruktoza bir o qədər şirinləşir. Qazlı içkiləri və dondurmanı da bu səbəbdən soyuq içməyə və yeməyə üstünlük verilir.

    Bütün yay şirniyyatları arasında qarpız ən faydalılardan biri olaraq qalır: tərkibində çox miqdarda vitamin var, həmçinin yeməkdən əvvəl bir dilim qarpız yesəniz, enerji dəyəri 100 qrama 30 kilokalori olacaq.

    Eyni zamanda, mütəxəssislər şəkərli diabetdən və böyrək çatışmazlığından əziyyət çəkən insanlara ehtiyatlı davranmağı tövsiyə edib. Ya kiçik miqdarda qarpız yeyilməli, ya da tamamilə imtina etmək lazım ola bilər.

    Bundan əlavə, qarpızı acqarına və ya yeməkdən dərhal sonra yeməməlisiniz. (publika.az)

  • Bu gün 5 nəfər dənizdə batmaq təhlükəsindən xilas olunub

    Bu gün bir neçə nəfər Xəzərdə batmaq təhlükəsi ilə üzləşib.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

  • Евро-2020: Испанцы опять увеличили разрыв в счете – ОБНОВЛЯЕТСЯ + ВИДЕО

    Испания забила пятый гол Хорватии.

    На 103-й минуте отличился Микель Оярсабаль (3:5).

  • AVRO-2020: İspaniya Xorvatiyaya beşinci qolu vurdu – YENİLƏNİR + VİDEO

    İspaniya millisi hesabda yenidən önə keçdi. Alvaro Morata çempionatda ikinci qolunu 100-cü dəqiqədə vurdu. Daha sonra Mikel Oyarzabal 103-cü dəqiqədə beşinci qolu vurdu. İspaniya indi Xorvatiyaya 5:3 qalib gəlir. Bu, AVRO-2020-nin ən bol qollu matçıdır.

  • Филип Рикер: США продолжат диалог с Азербайджаном

    “Мой визит на Южный Кавказ был очень полезным и позволил мне быть в курсе последних событий”.

    Как сообщает местное бюро Report, об этом заявил помощник госсекретаря США по делам Европы и Евразии Филип Рикер, после встречи в Риме с министром иностранных дел Грузии Давидом Залкалиани.

    По его словам, этот регион является приоритетом для США. “Мы продолжим регулярный диалог и обсуждения”, – сказал он.

    Отметим, что в начале июня официальный представитель США посетил Азербайджан, Грузию и Армению.

  • Filip Riker: ABŞ Azərbaycan və ona qonşu ölkələrlə dialoqu davam etdirəcək

    “Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Romada keçirdiyi görüşdən sonra deyib.

    O, regionun ABŞ üçün prioritet olduğunu bildirib: “Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”.

    Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.