Month: June 2021

  • Bakıda 22 yaşlı gənc Şüvəlan çimərliyində batıb

    Şüvəlan çimərliyində boğulma hadisəsi olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

    R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

    Türkiyədə son 24 saat ərzində 223 525 nəfərin COVID-19 testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5283 nəfər təşkil edib.

    Son sutka ərzində 58 nəfər koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5327 nəfərə çatdığı bildirilib.

    Hazırda Türkiyə xəstəxanalarında 751 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • В Гаджигабуле грузовик столкнулся с “Газелью”, есть пострадавшие

    В Гаджигабульском районе произошло дорожно-транспортного происшествие.

    Как передает Report, авария зафиксирована на участке автодороги Баку-Газах, проходящем по территории села Падар-Чол.

    Водитель многотонного грузовика TIR, потеряв управление транспортным средством, врезался в автомобиль марки “Газель”.

    В результате аварии водитель “Газель” – 50-летний житель Агсуискного Амрах Гасанов и его пассажир – 65-летний уроженец Шамахи Векалят Рафиев – получили различные травмы.

    Пострадавшие доставлены в Кюрдамирскую центральную больницу.

    По данному факту ведется расследование.

  • Hacıqabulda yük avtomobili “Qazel”ə çırpılıb, xəsarət alanlar var

    Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub

    “Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlu “Qazel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən arxadan gələn iritutumlu yük maşını (TIR) onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Qazel” yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.

    Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Евро-2020: Испания вышла вперед – ОБНОВЛЯЕТСЯ + ВИДЕО

    Испания забила второй гол в матче с Хорватией.

    На 57-й минуте отличился Сесар Аспиликуэта (1:2).

    21:05

    Судья из Турции Джунейт Чакыр дал старт второму тайму в матче сборных Хорватии и Испании.

    Следует отметить, что на счету обеих команд по голу.

    Автогол Испании на 20-й минуте записали на Педри.

    20:49

    Завершился первый тайм в матче сборных Хорватии и Испании.

    Напомним, что команды ушли на перерыв со счетом 1:1.

    20:42

    Сборная Испании сравняла счет в матче с Хорватией.

    На 38-й минуте отличился Пабло Сарабия (1:1).

    20:22

    На 20-й минуте матча вратарь Испании Унаи Симон забил гол в свои ворота.

    Этим он вывел вперед сборную Хорватии.

    20:02

    Начался первый тайм в матче между сборными Хорватии и Испании.

    Напомним, что победитель этой игры выйдет в 1/4 финала чемпионата Европы.

    19:55

    Сегодня состоится матч сборных Хорватии и Испании. Встреча 1/8 финала чемпионата Европы – 2020 пройдет на стадионе “Паркен” в Копенгагене (Дания). Стартовый свисток прозвучит в 20:00 по бакинскому времени.

    Команды выступят со следующими составами:

    Хорватия: Ливакович, Чалета-Цар, Вида, Гвардиол, Юранович, Ковачич, Модрич, Брозович, Влашич, Ребич, Петкович.

    Испания: Симон, Гайя, Аспиликуэта, Лапорт, Гарсия, Бускетс, Коке, Торрес, Сарабия, Педри, Мората.

    Обслужит встречу бригада арбитров из Турции во главе с Джюнейтом Чакыром. Помогать ему будут ассистенты Бахаттин Дуран и Тарык Онгун. Резервный рефери – швед Андреас Экберг.

  • AVRO-2020: İspaniya Xorvatiyaya qalib gəlir – YENİLƏNİR + VİDEO

    İspaniya millisi müdafiəçi Sesar Aspilikuetanın baş zərbəsindən vurduğu qolla hesabda önə keçdi. “Çelsi” ilə Çempionlar Liqasını qazanmış futbolçu 57-ci dəqiqədə fərqləndi. İspaniya 0:1 uduzduğu görüşdə xorvatlara 2:1 qalib gəlir.

    21:03

    Xorvatiyanın ilk qolu avtoqol kimi qapıçı Unai Simona ötürməni verən Pedrinin mənfisinə yazıldı. Görüşdə isə ikinci hissə başlayıb. Hesab 1:1-dir.

    20:40

    İspaniya millisi bərabərlik qolunu vurdu. Pablo Sarabiya 38-ci dəqiqədə hesabı bərabərləşdirdi – 1:1. Bu, PSJ-nin yarımmüdafiəçisinin ardıcıl ikinci oyunda ikinci qoludur.

    20:21

    Xorvatiya 20-ci dəqiqədə hesabda önə çıxdı. İspaniya millisinin qapıçısı Unai Simon sadə ötürməni ayağında saxlaya bilmədi və top qapıya getdi. Beləliklə, Unai Simon AVRO-2020-də avtoqola imza atan növbəti futbolçu oldu.

    20:01

    Xorvatiya – İspaniya matçı başladı.

    19:32

    Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.

    Oxu.Az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə son dünya çempionatının finalçısı Xorvatiya ilə dünya və Avropa çempionları İspaniya millisi üz-üzə gələcək.

    Türkiyəli Cüneyt Çakırın idarə edəcəyi bu görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb:

    Xorvatiya (4-1-2-3): Livakoviç, Qvardiol, Çaleta-Tsar, Vida, Yuranoviç, Brozoviç, Kovaçiç, Modriç (kapitan), Rebiç, Vlaşiç, Petkoviç

    İspaniya (4-3-3): Unai Simon, Qaya, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Feran Tores, Morata

    Qeyd edək ki, bu matçın qalibi bu gün axşam keçiriləcək günün ikinci matçı olan Fransa – İsveçrə oyununun qalibi ilə 1/4 finalda qarşılaşacaq.

  • Atalarının dəfn mərasimində şahzadə Harri və qardaşı Uilyam arasında çirkin mübahisə yaşanıb – FOTO

    Şahzadə Harri və Uillyam arasındakı münasibətləri əvvəl düşünüləndən daha pis olduğu ortaya çıxıb.

    “Daily Mail”in məlumatına görə, bu barədə britaniyalı tarixçi Robert Leysi xəbər verib.

    Onun sözlərinə görə, şahzadə Filippin dəfn mərasimində Harrinin kraliyyət ailəsi ilə barışması gözlənilirdi, ancaq əksinə böyük və biabırçı bir mübahisə yaşanıb.

    Qeyd olunur ki, qardaşlar kameralar qarşısında özlərini sakit aparıblar, lakin bir müddət sonra vəziyyət dəyişib.

    “Müqəddəs Georgi kilsəsinin yanında yenidən mübahisə etməyə başladılar. Mübahisə o qədər böyüdü ki, bir-birlərinin boğazlarını gəmirməyə hazır idilər. Qardaşlar bir-birlərinə ciddi çəkildə qəzəblidirlər, kinləri inanılmaz dərəcədə dərinləşib. Bir-birlərinə çox sərt və incidici şeylər söylədilər. Belə görünür ki, şahzadə Diana və Şahzadə Çarlzın oğulları arasındakı qarşıdurmanın tezliklə sona çatması ehtimalı yoxdur”, – deyə tarixçi bildirib.

    Bundan əlavə, mütəxəssis şahzadələrin də ataları ilə görüşmədiklərinə aydınlıq gətirdi.

    Bu arada, iyulun 1-də qardaşlar yenidən analarının abidəsinin açılışında görüşəcəklər. Ancaq orada da barışığın baş verəcəyi ehtimalı azdır.

  • Kanadada son 84 ilin ən isti havası qeydə alındı

    Kanadanın qərbini öz təsiri altına alan isti hava kütləsi ölkədə son 84 ilin ən isti yayının yaşanmasına səbəb olur.

    “Anadolu” agentliyi Kanada Meteoroloji Xidmətlərinin açıqlamasına istinadən xəbər verir ki, Britiş Kolumbiya ştatında dünən günorta saatlarından sonra 46,1 dərəcə isti qeydə alınıb.

    İsti hava səbəbindən ştatdakı restoranlar, pərakəndə satış mağazaları və məktəblər bağlanıb.

    Hətta koronavirusa qarşı peyvənd vurulan klinikalar da qəbulu qarşıdakı günlərə dəyişiblər.

    Ştatın Pemberton Vadisində isti hava nəticəsində qarlar gözləniləndən daha sürətlə və çox əridiyindən çayların səviyyəsi qalxıb və bir çox evdən sakinlər təxliyə olunub.

    Biıdirilir ki, bu gündən havanın istiliyi daha da artacaq və bəzi bölgələrdə 50 dərəcə təşkil edəcək.

    Bundan əvvəl Kanadada 1937-ci ilin iyul ayında Saskaçevan ştatında 45 dərəcə isti hava qeydə alınıb.

  • Bakıda qohumları azyaşlını döyərək dilənməyə məcbur ediblər

    Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

    O, qeyd edib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar: “O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.

    Kəmalə Ağazadə əlavə edib ki, Ü.Şərifov 5 il əvvəl də uşaq sığınacağında olub. Anası bir neçə ay sonra tapılıb və sığınacağa gələrək uşağı aparıb.

  • Çavuşoğlu və Lavrov Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

    İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edəcək.

    Bu barədə Rusiya XİN məlumat yayıb.

    Məlumata əsasən, tərəflər arasında bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

    Xüsusən də, danışıqlarda Qafqazdakı vəziyyətin də müzakirə olunacağı bildirilib.

    Bununla yanaşı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinin, eləcə də regional problemlərin də danışıqların predmeti olacağı qeyd edilib.