Month: June 2021

  • Azərbaycanda qadın yüksək vəzifəyə təyin olundu

    Səbail Rayon İcra Hakimiyyətində yeni müavin təyinatları olub.

    Oxu24.com xəbər verir ki, RİHB-nın müavini Vüqar Nurməmməd oğlu Şixəmmədov Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

    Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Ləzgi qızı Həşimova Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, daha əvvəl Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova olub. O, ötən ay vəzifəsindən azad edilib.

  • Azərbaycan xam neft hasilatını artıracaq

    Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

    Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

    Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

  • В Азербайджане начался сбор зерновых – ФОТО

    В Азербайджане начался сезон сбора урожая зерновых.

    Как сообщили во вторник Trend в министерстве сельского хозяйства, в этом году в Азербайджане зерновыми культурами засеяно 986 685 гектаров, из которых 611 967,3 гектара – пшеницей, а 374 717 гектаров – ячменем.

    В настоящее время уборка ячменя продолжается в 27 районах Азербайджана. На первое июня уже убран урожай с 19 666 гектаров.

    С полей уже собрано 54 600 тонн зерновых, средняя урожайность составила 27,8 центнера с гектара.

    Большая часть урожая была собрана на площади 8 045 гектаров в Нефтчалинском районе, который традиционно первым приступил к его уборке.

    В Билясуварском, Саатлинском, Сабирабадском и Джалилабадском районах собран урожай с более чем тысячи гектаров.

    Ожидается, что уборка ячменя в низменных районах будет завершена в оптимальные сроки. Во второй декаде июня в этих регионах начнется сбор урожая пшеницы.

    В страде задействовано 856 комбайнов, в том числе 289 – местных филиалов ОАО “Агросервис” и 429 – физических и юридических лиц.

  • Министры ОПЕК+ договорились сохранить апрельский план по росту добычи

    Министры стран ОПЕК+ завершили переговоры по действиям на рынке нефти и договорились оставить в силе план восстановления добычи нефти на 2,1 млн б/с в течение мая – июля, следует из финального проекта решения, опубликованного ОПЕК.

    Документ подтвердил информацию источников ТАСС.

    “Подтвердить план с учетом решений, принятых, в том числе в апреле 2021 года о постепенном возвращении на рынок 2 млн баррелей в сутки темпами, определяемыми в соответствии с условиями рынка”, – говорится в документе.

    Следующее заседание министерского мониторингового комитета и министерская встреча ОПЕК+ назначены на 1 июля 2021 года.

  • Hindistanda məhbuslar pandemiyaya görə azadlığa çıxmaqdan imtina etdi

    Hindistanın Uttar-Pradeş ştatındakı doqquz həbsxanada 20-dən çox məhbus vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanından istifadə etməyiblər.

    Bu barədə “India Today” məlumat yayıb.

    Məhbusların bu qərarına səbəb pandemiya olub. Belə ki, onlar həbsxanada qalmağın pandemiya şəraitində daha təhlükəsiz olduğunu, gündəlik qida və zəruri dərman preparatları ilə təminatın yaxşı olduğunu bildiriblər.

  • Спортивный директор ФК “Кешля” покинул клуб

    Спортивный директор ФК “Кешля” Джейхун Султанов покинул клуб.

    Об этом oxu.az сообщил сам Дж.Султанов, работавший в таких клубах как “Сумгайыт” и “Нефтчи”.

    “Я ушел не из-за низкой зарплаты. Мой контракт закончился. У меня есть планы, которые я хочу реализовать. Возможно, я буду работать в другом клубе”.

    Отметим, Дж.Султанов перешел из “Нефтчи” в “Кешлю” в середине прошлого сезона.

    Напомним, что ранее “Кешля”, которая будет представлять Азербайджан в Лиге европейских конференций, покинул руководитель пресс-службы Мурад Ахундов. Согласно информации, он ушел из клуба из-за сокращения зарплаты и начал работать в другой сфере.

  • Baş nazir: “Gürcüstanın Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı var”

    “Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.

    O, Türkiyənin uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirib.

    Hökumət başçısının sözlərinə görə, regionda Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi genişmiqyaslı birgə layihələr həyata keçirilib: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı, tərəfdaşlığı və ən əsası dostluğu var. İkitərəfli və üçtərəfli formatlarda layihələrin reallaşdırılması üçün yaxşı təməllər mövcuddur”.

    İ.Qaribaşvili Türkiyə prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bölgədə sülhə alternativin olmadığını qeyd edən baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

    Gürcüstanın hökumət başçısı Türkiyə liderini Tbilisiyə səfərə dəvət edib.

  • Londonda azərbaycanlının yaratdığı komandanın uğursuzluğunun səbəbi açıqlandı – FOTO

    İngiltərənin “Mançester” futzal klubunun həmtəsisçisi olan rusiyalı İlya Oveçkin Britaniyada yaşadığı 20 illik karyerasından danışıb.

    Oxu.az xəbər verir ki, o, verdiyi müsahibəsində bir zamanlar İngiltərə çempionu olmuş “Baku Yunayted” futzal klubunun səhv siyasətinə də toxunub:

    “Futzalda işləmək mənim arzum olub, heç bir dəfə də bu işdən əl çəkmək barədə düşünməmişəm. Hər şey elə uğurlu alınıb ki, nəyəsə tərəddüd etməyə vaxtım olmayıb. Hər il işləmək getdikcə daha maraqlı olur. İngiltərənin bütün futzal ictimaiyyəti bizə baxır. Burda bir çox klub sponsor gətirdi, bir mövsüm oynadı, sonra struktura diqqət ayırmadıqlarından it-bat oldular. Yaxın bir nümunə sahibi ukraynalı olan “London Baku” (“Baku Yunayted” komandasını nəzərdə tutur – S.M.) komandasıdır. Onlar yaxşı investor tapdılar, Çempionlar Liqasında oynadılar. Ancaq indi ikinci diviziondadırlar. İnfrastrukturla məşğul olmaq lazım gələndə isə onlar sadəcə yaxşı oyunçular gətirməyə çalışdılar”.

    Qeyd edək ki, “Baku Yunayted” klubu “Binə Aqro” QSC-nin 2019-2021-ci illərdə Müşahidə Şurasının sədri olmuş İlham Ağayev tərəfindən yaradılıb. 2008-ci ildə təsis olunan klub beş il sonra İngiltərə Super Liqasının qalibi olub və bu ölkəni 2014-cü ildə UEFA Kubokunda təmsil edib. Daha sonra klubda geriləmə müşahidə olunub. “Baku Yunayted” sonuncu dəfə fevralda sosial şəbəkə hesabında Londondan olan baş məşqçi və klub direktoru axtardığını elan edib.

  • Какие правила необходимо соблюдать при поездке в Грузию? – ВИДЕО

    С сегодняшнего дня Грузия открыла сухопутную границу с Азербайджаном.

    Для въезда в страну необходимо пройти тест на коронавирус в течение последних 72 часов. Следует отметить, что его следует сдать и вакцинированным лицам.

    Те, кто находится в Грузии более 72 часов, должны сдать тест повторно. В противном случае они могут быть оштрафованы на 2 000 лари (1 043 маната).

    Подробнее – в сюжете Baku TV:

  • Çində quş qripi insana yoluxub

    Çində quş qripi virusu H10N3 insana yoluxub.

    “RİA Novosti” Çinin Dövlət Sağlamlıq Komitəsinə istinadən məlumat verir ki, hadisə Çzyansu əyalətində qeydə alınıb.

    Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib.

    Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.

    Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma “effektivliyi” yoxdur.

    Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər.