Month: June 2021

  • Король Бахрейна направил письмо Президенту Азербайджана

    Король Бахрейна Хамад ибн Иса Аль Халифа направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо, сообщает Азертадж.

    «Мир Вам, милость Аллаха и Его благословение.

    Ваше превосходительство.

    Имею честь от имени Правительства и народа Королевства Бахрейн и от себя лично передать Вашему превосходительству искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Вашей дружественной страны – Дня Республики.

    Пользуясь случаем, передаю Вашему превосходительству самые искренние и добрые пожелания, желаю Вам крепкого здоровья и счастья, а Вашему народу – постоянного прогресса и процветания под Вашим мудрым руководством», – говорится в письме.

  • Nazirlik: Bakıda əhaliyə verilən suyun göstəriciləri norma daxilindədir

    “Bu gün Bakı şəhərinin içməli su ilə təchiz olunması məsələsində heç bir problem yoxdur. İstər bakteroloji, istərsə də kimyəvi göstəricilər norma daxilindədir”.

    Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.

    O qeyd edib ki, dövlət proqramına uyğun olaraq ölkə ərəzisində su və kanalizasiya sistemlərinin yenidən qurulması prosesi davam etdirilir.

  • Səhiyyə Nazirliyi çimərliklərə gedənlərə xəbərdarlıq edib

    “İnsanlar çimərliyə gedəndə çox vaxt hazır qidalar götürürlər. Bəzən şikayətlər alırıq ki, vətəndaş çimərlikdən qayıtdıqdan sonra özünü narahat hiss edir. Bu narahatlığın da kəskin mədə-bağırsaq sisteminin pozulması, yaxud qida zəhərlənməsi olduğunu təyin etmək çətin olur”.

    Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.

    Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb: “Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamaq olmaz. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”.

  • В отношении судьи, обвиняемого в убийстве своей жены, избрана мера пресечения в виде ареста

    По указанию руководства Генеральной прокуратуры Азербайджана ведение следствия по уголовному делу, возбужденному в прокуратуре Сабунчинского района Баку по статье 120.1 (умышленное убийство) УК АР по факту убийства 30 мая жительницы столицы Парваны Ахмедовой, поручено Следственному управлению Генпрокуратуры.

    Как сообщили в пресс-службе надзорного ведомства, в ходе предварительного расследования были выявлены основательные подозрения в том, что П.Ахмедову убил выстрелом из охотничьего ружья ее муж Фаган Ахмедов.

    Он был привлечен к следствию в качестве обвиняемого, суд избрал в его отношении меру пресечения в виде ареста.

    В настоящее время продолжаются необходимые следственные действия по делу.

    Отметим, что Фаган Ровшан оглу Ахмедов (1976 г.р.) с 2016 года является судьей Сабунчинского районного суда.

  • İstifadə üçün yararlı olan çimərliklərin ilkin siyahısı açıqlandı


    “Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”.

    “Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”ında deyib.

    Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir:

    “İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.

  • Qadağa qoyulan çimərliklər bunlardır – SİYAHI

    “May ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

    Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır.

    Şöbə müdiri xatırladıb ki, hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı deyil.

  • Səudiyyə Ərəbistanında azan səsi azaldılıb

    Səudiyyə Ərəbistanında azan səsinin azaldılmasına dair qərar qəbul olunub.

    Səudiyyə Ərəbistanı hökumətində islam işləri üzrə nazir Abd əl-Lətif əş-Şeyx müəzzinlərin azan səslərinin azaldılması, habelə azanın səsgücləndirici ilə verilməsinin qadağan olunması barədə qərarı müdafiə edib.

    Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar bildiriblər ki, azan sülh və əmin-amanlıq gətirir: “Səsgücləndiriciləri məscidlərə qaytarın”.

    Ancaq nazir azanın uca səslə yayılmasının uşaqları oyatdığını, sakinlərin dincliyini pozduğunu və səsgücləndiricilərin gücünün 30 faizədək məhdudlaşdırılmasının qüvvədə qaldığını bildirib: “İnsanların səsgücləndiriciyə ehtiyacı yoxdur və onlar həmin vaxt məsciddə olurlar”.

    Qeyd edək ki, İsraildə azan səsinin məhdudlaşdırılması haqqında qanunun qəbulu uğursuzluğa düçar olmuşdu. Bu layihəyə qarşı İsraildəki ərəblərlə yanaşı, dini partiyalar və hüquq müdafiəçiləri də çıxış etmişdi.

  • “Sabah” daha bir futbolçusu ilə müqaviləni yenilədi

    “Sabah” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

    Müdafiəçi Bəxtiyar Həsənalızadə növbəti mövsümdə də komandanın formasını geyinəcək.

    28 yaşlı oyunçu ötən ilin dekabrında “Sabah”a keçib və 8 oyunda meydanda olub.

    Qeyd edək ki, “Sabah” Xulio Rodrigeslə də müqavilənin müddətini artırıb.

    Klub daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

  • Almaniyadan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    AQTA-dan “Report”a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Bremen şəhərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bərdədə şəhid ailəsi üçün fərdi ev tikilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün də fərdi yaşayış evi inşa etdirilərək təqdim edilib.

    Nazirlikdən “Report”a verilən məlumata görə, Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı.

    Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək tam təmirli halda ailənin istifadəsinə verilib.

    Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edilmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.

    Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.